Denis Urubko

Denis Urubko (29 iyul 1973, Nevinnomıssk, RSFSR, SSRİ) — Rus əsilli Qazaxıstanlı alpinist. 2009-cu ildə o, 14 səkkizminliyin hamısını fəth etmiş on beşinci, oksigen balonu istifadə etmədən fəth edən səkkizinci şəxs kimi tarixə düşüb.

Denis Urubko
Şəxsi məlumatlar
Milliyətirus
Doğumu23.07.1973
Nevinnomıssk, RSFSR, SSRİ
Peşəsialpinist
peşəkar idmançı
məşqçi
yazıçı
dağ bələdçi
Saytıhttp://urubko.blogspot.com
Alpinistlik karyerası
TanınırSəkkizminlikləri 19 dəfə fəth etdiyinə görə
24 oktyabr 2015 tarixində yenilənmişdir.

2006-cı ildə Urubko yeni sürət rekordunu müəyyənləşdirməklə yanaşı Elbrus dağına sürətli dırmanma yarışında qalib gəlib. O Azau məntəqəsindən zirvəyə 3 saat, 55 dəqiqə, 58 saniyəyə çatıb. Bu fəthdə o təxminən saatda 800 metr şaquli qalxma sürəti ilə 3250 metr məsafəyə şaquli istiqamətdə dırmanıb. Denis Urubko bu zirvəni növbəti tamamlayan iştirakçıdan təxminən 40 dəqiqə tez bitirib.[1] O həmçinin Xan-Tenqri dağ festivalında da qalib gəlib.[2]

Urubko qışda iki 8000 metrdən yüksək zirvəni fəth edib. 2009-cu ildə Simone Moro ilə birlikdə Makalunu və 2011-ci ildə Kori Riçards və Simone Moro ilə birlikdə Gaşerbrum II zirvəsini fəth edib. Urubko həmçinin Ço-Oyu, Manaslu və Broud zirvələrini fəth etmək üçün yeni marşrutlar açıb.[3] Ümumilikdə o, 8000 metrlik zirvələri 19 dəfə əth edib. Denis Urubko keçmiş SSRİ-də beş yeddiminlik zirvəni fəth etdiyinə görə Qar bəbiri mükafatına layiq görülüb. O bu nailiyyətini oksigen balonundan istifadə etməyərək 1999-cu ilin yayında cəmi 42 gündə tamamlayıb.

  1. "Urubko Crushes Mt. Elbrus Course. climbing.com". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  2. "Khan Tengri Mountain Festival". 2camels.com. 2011-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.
  3. "Climbers - First 14". 8000ers.com. 2019-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]