Xalid Oşayev
Xalid Dudayeviç Oşayev (çeç. Ошаев, Халид Дудаевич ; 20 dekabr 1897 (1 yanvar 1898), Terek vilayəti – 12 dekabr 1977 və ya 3 sentyabr 1977) — Çeçen yazıçısı, alimi və dramaturqu.
== Həyatı ==
Xalid Oşayev 1897-ci ildə Vozdvijenskaya qəsəbəsində (indi mövcud deyil, müasir Çeçenistan ərazisində yerləşirdi) işçi ailəsində anadan olub. 1916-cı ildə Qroznı real məktəbini bitirmiş, sonra Petroqradda Meşəçilik İnstitutunda oxumuşdur. 1921–1922-ci illərdə Çeçen İnqilab Komitəsinə rəhbərlik edib. Sonra Vladiqafqazdakı Dağ Pedaqoji İnstitutunun direktoru oldu. 1925–1930-cu illərdə Oşayev Çeçenistanda vilayət xalq maarif şöbəsinin müdiri olmuşdu.Xalid Oşayevin ilk əsərləri 1926-cı ildə nəşr edilmişdir. Oşayev Rusiyada vətəndaş müharibəsindən bəhs edən "Odlu illər" ("Alun Şeraş") adlı dörd kitabda romanın müəllifidir. O, həm də qan davasına qarşı mübarizədən bəhs edən "Vendettanın ölümü" hekayəsinin həmmüəlliflərindən biridir. Oşayevin "Aslanbek Şeripov" (Vətəndaş Müharibəsi haqqında), "Gənə", "Mübarizə davam edir", "Selasat", "İki Zaybull", "Kim günahkardır", "Bir əlində iki qarpız", "Zulay" pyesləri tamaşaçılar arasında populyardır.