Xalid Qaradağlı

Xalid Qaradağlı (1822, Qaradağlı, Dağıstan MSSR1875) — XIX əsr Azərbaycan şair-satirik və aşığı. Dağıstan azərbaycanlılarının (Tərəkəmə) fərdi (müəllif) poeziyasının banilərindən biri hesab olunur.

Xalid Qaradağlı
Doğum tarixi 1822
Doğum yeri
Vəfat tarixi 1875
Fəaliyyəti yazıçı, şair, qazı
Əsərlərinin dili Azərbaycan dili

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

1822-ci ildə Qaradağlı kəndində anadan olub. Atası oğluna dini təhsil vermək arzusunda idi, lakin Xalid mədrəsəni bitirdikdən sonra din xadimi olmaq istəmir və özünü poetik yaradıcılığa həsr edir. Təhsilini bitirdikdən sonra Xalid qazi oldu.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

O, yaradıcılığının anti-feodal yönümlü olması ilə məşhurlaşır[1].

Xalid öz satirik əsərlərində cəmiyyətin sosial çirkinliklərini, feodal istismarını tənqid edir.

"Xalidin Şikayəti"ndə aşıq Xalid insanların hiyləgər, satqın olmasından şikayətlənir. Dosta belə güvənmək bəzən çətin olur: "… yüz dosta, bir qram belə güvən haradan gəlir? İnsanlar azıb şeytan simasına bürünüblər…"[2].

"Dağıstanın hədiyyələri" toplusunun tərtibçisi M. Yarəhmədov öz yaradıcılığına şairin üç poemasını daxil etmişdir: "Olsun", "Eylər", "Düşübdür"[3].

Xalidin yaradıcılığının fərqli cəhəti xalqa bağlılığı idi. O, xalq haqqında və xalq üçün mahnı oxuyurdu. Onu mehribanlıqla "el şairi" – xalq şairi, aşıq adlandırırdılar. O, sazın köməyi ilə hər misraya uyğun melodiyanı uğurla seçərək dinləyicilərin qəlbinə ən qısa və əlçatan yol açmışdır[4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Гаджиева С. Ш. Дагестанские азербайджанцы. XIX — начало XX в.: Историко-этнографическое исследование. — "Восточная литература" РАН,, 1999. — 307 с. — ISBN 5–02–017792-Х.
  2. Гаджиева Патимат. "Исследовательская работа « Искусство народов Дагестана»" (rus). 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-08.
  3. Гаджиева С. Ш. Дагестанские терекеменцы. XIX — начало XX в.: Историко-этнографическое исследование. — Наука, 1990. — С. 191. — ISBN 5-02-016761-4.
  4. Хурдамиева С. Х. Дастаны и ашугская поэзия дагестанских азербайджанцев : диссертация. — Махачкала. 2000. С 111