XOCAY

tacir; müəllim, alim, həkim; molla, seyid; qoca; vəzirlərin fəxri titulu; hərəmxana işçisi, axta.
XOCAVERDİ
XOCƏLİ
OBASTAN VİKİ
Guman Xocayev
Guman Xocayev (Tam adı: Guman Əvəz oğlu Xocayev (Qocayev); d.1942, Cəmilli - ö.20 fevral 1991, Şuşa) — Şəhid == Həyatı == Guman Xocayev 2 iyun 1942-ci ildə Cəmilli rayonunda anadan olmuşdur. 1965-ci ildə ailə həyatı qurmuş və Xankəndinə köçmüşdür. 1961–1965-ci ildə isə hərbi xidmətdə olmuşdur. === Ailəsi === 1965-ci ildə Ulduzə Valeh qızı Xocayeva ilə ailə həyatı quran Guman Qocayev 6 övlad sahibi olmuşdur. Saidə Xocayeva; Səbirə Xocayeva; Elşən Xocayev; Nizami Xocayev; Şəfəq Xocayeva; Sevda Xocayeva. Güman Xocayev və 15 yaşlı oğlu Elşən Xocayev 1990-cı ildə erməni terrorçuları tərəfindən qurğu qurularaq girov götürülmüş və Xankəndi həbsxanasında həbs olunmuş, 10 gündən sonra Xalq Cəbhəsi tərəfindən geri qaytarılmışdır. == Şəhidliyi == 1991-ci il fevral ayının 20-də 《KamAz 5511》 markalı 25-31 AQT nömrəli avtomaşın Stepanakert Şuşa yolunda - 《Zərin bağı》 deyilən yerdə partladılmış, nəticədə Guman Xocayev(Qocayev) ölmüş, sürücü İlham Allahverdiyev isə çox ağır yaralanaraq xəstəxanaya aparlımışdır. Ayın 21-də İlham Allahverdiyev xəstəxanada dünyasını dəyişərək şəhid olmuşdur. Azərbaycandan olan SSRİ xalq deputatları- V.H.Cəfərov, Y.İ.Abbasov, H.R.İbrahimov, M.N.Hacıyev, O.Ə.Əhmədov, M.R.Məmmədov, L.V.Baruşeva, P.Ə.Əzizova fevralın 22-də SSRİ Ali Sovetinin sessiyasında bəyanat vermişlər. Bəyanatda deyilir: == Xatirəsi == Ana Harayı Abidəsində adı yazılmışdır.
Xalid Səid Xocayev
Xalid Səid Xocayev (1888 – 13 oktyabr 1937, Bakı) – çağdaş Azərbaycan dilçiliyinin banilərindən biri, Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərinin Azərbaycan dilinə ilk tərcüməçisi, repressiya qurbanı. == Həyatının erkən dövrü == Xalid Səid Xocayev 1888-ci ildə Daşkənd yaxınlığında olan Koş-Kurqan kəndində anadan olub. İlk təhsilini Daşkənddə yerləşən mədrəsədə alıb. 1914-cü ildə İstanbul Universitetində tibb fakültəsinə daxil olub. 2 il burada təhsil aldıqdan sonra ixtisasını tarix-filologiyaya dəyişib və universiteti 1918-ci ildə bitirib. === Azərbaycana gəlişi === İstanbul Universitetindəki təhsilini bitirdikdən sonra Qafqaz Türk İslam Ordusunun əsgərləri ilə birgə Azərbaycana gəlmiş, Bakı və Gəncə kimi şəhərlərdə orta və ali məktəblərdə dərs demişdir. === Fəaliyyəti === ==== "Divani lüğətit-türk" əsəri ==== SSRİ EA-nın Azərbaycan filialında çalışıb. Dünya Türkologiyasında ilk dəfə Mahmud Kaşğarinin "Divani lüğətit-türk" əsərini dilimizə tərcümə edib. 1988-ci ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Zərifə Budaqova akademik-katib Bəkir Nəbiyevə yazdığı məktubda bildirirdi ki, "Divanü Lüğat-it-Türk" SSRİ-də ilk dəfə Xalid Səid tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Xalid Səid isə Kaşqarlı "Divan"ının sadəcə ərəb dilindən Azərbaycan türkcəsinə tərcüməsini gerçəkləşdirməklə kifayətlənməyib, türkologiyanın çağdaş prinsipləri baxımından əsərin ilk izahlı, elmi tərcüməsini yaradıb.
Xocaylı
Xocaylı (özb. Xoʻjayli, qaraq. Xojeli) — Özbəkistanın Qaraqalpaqıstanda şəhər, Xocaylı rayonunun inzibati mərkəzi. Vodnik şəhər qəsəbəsi Xoceyli şəhər hakimliyinə (meriya) tabedir. == Tarixi == Xocaylı (Xoca Eli) şəhərinin tarixi indiyədək xüsusi tədqiq edilməmişdir. P. P. İvanov, M. Yuldaşev, A. Sadıqov, Ya. Qulyamov, S. K. Kamalov, Yu. Bregel, O. Jalilov, V. N. Yaqodin, M. Mambetullaev, T. Xocayeva, Q. Xocaniyazov, M. Ş. əsərlərində və tədqiqatlarında Kdırniyazov, M.Türebekov, X.Esbergenov, O.Yusupov, başqa tarixçi və arxeoloqlar Xoceyli mədəniyyətinin tarixi və tarixinin müxtəlif aspektlərini işıqlandırmışlar. Bu baxımdan, 500 ildən artıq müddətdə Amudəryanın sol sahilində çoxsaylı tarixi, sosial, mədəni və siyasi hadisələrin mərkəzi olmuş Xocayli şəhərinin keçmiş həyatına aid arxiv materialları böyük maraq doğurur. qaraqalpaqların, qazaxların, türkmənlərin və xorəzm özbəklərinin əsas bazarlarından.
Xocayurd
Xocayurd — Azərbaycan Respublikası Kəlbəcər rayonu ərazisində dağ. Çilgəz dağ tirəsində zirvədir. Tərtər və Xaçın çaylarının suayrıcında yerləşir. Hündürlüyü 2397 m. Keçmişdə maldar ellərin yaylaq yeri olmuş bu dağ xocalı nəslinin adını daşıyır. Oronim "xocalıların yurdu" mənasındadır.
Alim Xocayev
Xocayev Alim (24 sentyabr (7 oktyabr) 1910, Buxara, Rusiya Türkistanı general-qubernatorluğu – 14 fevral 1977, Moskva, RSFSR, SSRİ) — özbək sovet aktyoru. SSRİ xalq artisti (1959). SSRİ Dövlət mükafatı laureatı (1949; 1977-ölümündən sonra). 1945 ildən Sov. İKP üzvü. 1929 ildən Həmzə ad. Özbəkistan Dram Teatrında cıxış etmişdir. Əsas rolları: Əlişir Nəvai ("Əlişir Nəvai", Uyğun və İ. Sultanov), Həmzə Həkimzadə Niyazi ("Həmzə", K Yaşen və A. Öməri), Hamlet ("Hamlet", V. Şekspir), Karl Moor ("Qaçaqlar", F. Şiller), Astrov ("Vanya dayı", A. Çexov), Poltoratski, Akbarbay ("Dan ulduzu" "İnqilab şəfəqləri" K. Yaşen) və s. Rej. kimi də fəaliyyət göstərmiş, kinoda çəkilmişdir.
Xocayev Alim
Xocayev Alim (24 sentyabr (7 oktyabr) 1910, Buxara, Rusiya Türkistanı general-qubernatorluğu – 14 fevral 1977, Moskva, RSFSR, SSRİ) — özbək sovet aktyoru. SSRİ xalq artisti (1959). SSRİ Dövlət mükafatı laureatı (1949; 1977-ölümündən sonra). 1945 ildən Sov. İKP üzvü. 1929 ildən Həmzə ad. Özbəkistan Dram Teatrında cıxış etmişdir. Əsas rolları: Əlişir Nəvai ("Əlişir Nəvai", Uyğun və İ. Sultanov), Həmzə Həkimzadə Niyazi ("Həmzə", K Yaşen və A. Öməri), Hamlet ("Hamlet", V. Şekspir), Karl Moor ("Qaçaqlar", F. Şiller), Astrov ("Vanya dayı", A. Çexov), Poltoratski, Akbarbay ("Dan ulduzu" "İnqilab şəfəqləri" K. Yaşen) və s. Rej. kimi də fəaliyyət göstərmiş, kinoda çəkilmişdir.