YAŞ

YAŞ I is. İl, sinn. Bahar oldu, qış oldu – itirdiyim ömür, gün; Qazandığım yaş oldu (B.Vahabzadə).

YAŞ II is. Ağlamaq nəticəsində gözdən tökülən su. Dedikcə qəlbinə qaranlıq çökür; Gözündən od kimi o, yaşlar tökür (S.Vurğun).

YAŞ III sif. Nəm, sulu. Nahid uçuruma enmək istəyəndə ayağı yaş gilin üstündə sürüşdü, az qaldı ki, dərəyə ensin (H.Abbaszadə).

YAŞ IV sif. Pis. Məzhəbi, dini, rəhmi yox; İşləri yaşdı, qoymayın! (M.Ə.Sabir).

YARI
YAŞLANMAQ
OBASTAN VİKİ
Yaş (dəqiqləşdirmə)
Azərbaycan dilində aşağıdakıları ifadə edir : Yaş (orqanizm) - canlı orqanizmin anadan olandan ölənədək fəaliyyət göstərdiyi zaman kəsiyi ; Yaş (rütubətlilik) - əşyanın normadan artıq rütubətlilik faizi.
Yaş dəsmal
Yaş dəsmal — və ya "Yaş salfet" — kiçik bir tikə nəmləndirilmiş salfet və ya parça. Ümumiyyətlə qatlanmış və fərdi rahatlığı təmin etmək üçün örtülü olur. Yaş dəsmal şəxsi gigiyena və ya ev təmizlənməsi kimi, təmizləmə məqsədləri üçün istifadə olunur.
Yaş məhdudiyyəti
Yaş məhdudiyyəti — kütləvi mədəniyətdə istehsal olunan verilişlərə, filmlərə və kompüter oyunlarına reytinq sistemi ilə birgə qoyulan dövlət siyasətidir. Bir çox Amerika və Avropa ölkələrində televiziyada 23:00–03:00 saatları arasında göstəriləcək filmlərdən əvvəl yaş məhdudiyyəti cədvəli qoyulur.
Yaş psixologiyası
Yaş psixologiyası - Psixologiya elminin pedaqoji psixologiya ilə sıx bağlı olan digər mühüm bir sahəsidir. Yaş psixologiyası insanda anadan olandan ömrünün axırına qədər psixi inkişafın dinamikasını, qanunauyğunluqlarını, şəxsiyyətin psixi prosesləri və xassələrinin ontogenezdə inkişaf xüsusiyyətlərini öyrənir. == Predmeti == İnsanın psixiki inkişafının hərəkətverici qüvvələri, şərati və qanunauyğunluqları təşkil edir. Psixi inkişafın hərəkətverici qüvvələri anlayışı altında insanın psixi inkişafına təkan verən, onu müəyyən istiqamətə yönəldən səbəblər başa düşülür. Uşağın psixi inkişafının hərəkətverici qüvvələri, hər şeydən əvvəl, fəaliyyətdə yaranan yeni tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik ziddiyyətdən ibarətdir. Bu ziddiyyət yalnız kiçik yaş deyil, bütün yaş dövrləri üçün xarakterikdir. Lakin həmin ziddiyyətlər özünü göstərdikdə yaşdan asılı olaraq müəyyən spesifik xüsusiyyətə malik olurlar. Psixi inkişafın şəraiti adı altında daima təsir edən elə daxili və xarici amillər nəzərdə tulur ki, onlar hərəkətverici qüvvələr olmasalar da, inkişafa təsir göstərir, inkişafın gedişini istiqamətləndirir. Psixi inkişafın qanunauyğunluqlarına gəldikdə, onlar ümumi və xüsusi qanunauyğunluqlardan ibarətdir. Həmin qanunauyğunluqların köməyi ilə insanın psixi inkişafını qeyd etmək və bunun köməyi ilə həmin inkişafı idarə etmək mümkündür.
Yaş Çopra
Yaş Ray Çopra (hind. यश चोपड़ा; 27 sentyabr 1932, Lahor, Britaniya Hindistanı – 21 oktyabr 2012, Mumbay) — Hindistan kino aktyoru, prodüser və ssenari müəllifi. == Həyatı == Yaş Çopra 27 sentyabr 1932-ci ildə Lahorda anadan olub. Film çəkmək üçün 1973-cü ildə "Yash Raj Films" kino şirkətini yaratmışdır, hansı ki, bu şirkət Hindistanın ən böyük kino şirkəti idi. Həmin şirkət 20-dən çox film çəkmişdir. Ona görə də Yaş Çopra hind kino tarixinin ən böyük rəhbərlərindən biri hesab edilir və onu Bollivudun "Romantika kralı" adlandırırlar. O, 2005-ci ildə Padma Bhuşan ordeni ilə təltif olunmuşdur. Yaş Çopra 21 oktyabr 2012-ci ildə Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində vəfat etmişdir.
Orta yaş böhranı
Orta yaş böhranı, 1965-ci ildə Eliot Jaques tərəfindən işlədilmiş termindir. Yetkin insanların öz ölümləri barədə düşünməyə, geri qalan həyatını hesablamağa başlaması ilə xarakterizə olunur. Qadınlarda menopauza, kişilərdə isə andropauzadan əvvəl dəyişən hormonlarla əlaqədar olaraq cinsi istəklərin artımına verilən ümumi addır. Qadınlarda böhranlı yaş dövrü 40 yaşından sonra başlayır. Bu böhranlı dövr 55 yaşa qədər davam edə bilər. Bu yaşda qadın artıq yaşının keçdiyini, qocaldığını düşünməyə başlayır. Qadınlar bu hisslərinə görə depressiyaya düşə və ya yenidən sevə bilərlər.
Qadının üç yaş dövrü (roman)
125 yaşlı sənət məbədi (film, 2008)
14 yaşlı kiçik rəqqasə
14 yaşlı kiçik rəqqasə (fr. La Petite Danseuse de Quatorze Ans) — Fransız rəssamı və heykəltəraşı Edqar Deqanın hazırladığı məşhur heykəl.
15 yaşlı kapitan (roman)
15 yaşlı kapitan (Un capitaine de quinze ans) - Fransa yazıçısı Jül Vern tərəfindən 1878-ci ildə yazılmış uşaq romanı. Romanda afrikalı kölə ticarətindən söhbət açılır.
19 yaşadək qızlardan ibarət milli komanda (futbol)
İndiyədək qatıldığı 5 Avropa çempionatında yalnız birinci mərhələ keçən millimiz bu müddətdə keçirdiyi 18 qarşılaşmada 6 qələbə qazanıb, 2 heç-heçə edib və 10 dəfə uduzub. Beş ildə 16 top vuran qızlarımız 61 dəfə topu öz qapısında görüb. Qeyd edək ki, Azərbaycan yığması iki dəfə birinci seçmə mərhələyə ev sahibliyi edib.
ABŞ Yaşıl Partiyası
ABŞ Yaşıl Partiyası (abbr. ABŞ YP, ing. Green Party of the United States, abbr. GPUS) — ABŞ siyasi partiyaların yaşıl federasiyası.
Acılı yaşayış yeri
Аcılı yаşаyış yеri — Şərur rayonundа Dərəkənddən şimal-qərbdə yеrləşir. Yаşаyış yеrində оlаn uçub-tökülmüş tikinti qаlıqlаrı binаlаrın dаş təməl üzərində möhrə və çiy kərpicdən inşа оlunduğunu göstərir. Tədqiqаt zаmаnı Sоn Оrtа əsrlərə аid şirli və şirsiz kеrаmikа məmulаtı аşkаr оlunmuşdur.
Adem Yaşari
Adem Yaşari (albanca Adem Jashari, serb-xorvatca Adem Jašari/Адем Jaшари; 28 noyabr 1955 – 7 mart 1998, Kosovo) — Kosovo Alban millətçisi, Kosovo müharibəsinin ən məşhur hərbi xadimlərindən biridir. 1998 ildə Drenitsa rayonundakı Prekaz kəndidə öz ailəsi ilə Serb (o zamankı Yuqoslaviya Federativ Respublikası) polisi tərəfindən qətlə yetirilmişdir. Albaniya və Alban əhalisi əksəriyyəti olan Kosovoda milli qəhrəman, Serbiyada isə terrorçu və quldur kimi tanınır.
Adi yaşıl ağacdələn
Adi yaşıl ağacdələn (lat. Picus viridis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin yaşıl ağacdələn cinsinə aid heyvan növü. == Yarımnövləri == P. v. viridis Linnaeus, 1758 P. v. karelini J. F. Brandt, 1841 P. v. sharpei (Saunders, 1872) P. v.
Adi yaşıl balıqçıl
Adi yaşıl balıqçıl (lat. Chloroceryle americana) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Albantəpə yaşayış yeri
Albantəpə yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin qərbində yerləşən, antik dövrə aid qədim yaşayış yeri. == Haqqında == Yaşayış yeri hər tərəfdən dağlarla əhatələnmiş dərədə yerləşən ümumi dağ sistemindən ayrılmış uzunsov təpə üzərindədir. Abidədə 1979-cu ildə aparılmış arxeoloji qazıntılar nəticəsində 1,5 m dərinlikdə mədəni təbəqə aşkar edilmiş, daş divar qalıqları, torpağa basdırılmış iki küp tapılmışdır. 6-7 sm qalınlığında kül təbəqəsi ilə örtülmüş mədəni təbəqədə küp və qazan tipli gil qab qırıqları, osteoloji qalıqlar (it, at, qoyun, keçi və qaramal sümükləri), bitki qalıqları (taxıl, şaftalı və ərik dənələri), dəmirdən hazırlanmış metal əşyalar (oraq, bıçaq, ox və nizə ucluqlar), şüşə qab parçaları və sair əldə edilmişdir.
Alisa artıq burada yaşamır (film, 1974)
Alisa artıq burada yaşamır (ing. Alice Doesn't Live Here Anymore) Oskar mükafatlı, 1974-cü ilin filmidir. Rejissoru Martin Skorseze, ssenarisi isə Robert Getçeldir. Baş rolun ifaçısı Elen Börstin ən yaxşı qadın roluna görə "Oskar"a layiq görülmüşdür. == Məzmun == Alisa yenicə dul qalmış gənc qadındır. O, 11 yaşlı oğlu ilə yeni həyat qurmaq üçün Montereyə yollanır. Onun məqsədi yenidən müğənni olmaqdır, lakin o Montereyə çatmamış başına bir çox əhvalat gəlir.
Almalı yaşayış yeri
Аlmаlı yаşаyış yеri — Хаrаbаlıqlаrı еyniаdlı kəndin yахınlığındа yеrləşir. Еvlər dаş təməl üzərində çiy kərpic və möhrədən inşа еdilmişdir. Bəzi еvlərin divаrlаrınа аğаc tirlər аtılmışdır. Uçub-tökülmüş binаlаrın içərisində dördkünc tахçаlаrа və buхаrılаrа rаstlаnır. Kеrаmikа məmulаtı çəhrаyı rəngdə yахşı bişirilmiş şirli qаblаrdаn və qаrа rəngli çölməklərdən ibаrətdir. Yаşаyış yеrindən аşkаr еdilmiş sахsı məmulаtı XIX-XV əsrlərə аiddir.
Alovtəpə yaşayış yeri
Alovtəpə — Kəngərli rayonunda Yurdçu kəndindən şərqdə orta əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Sahəsi 2 hektardır. Qərb tərəfdən dərə ilə məhdudlaşır. Mədəni təbəqə olduqca az qalmışdır. Yaşayış yerinin mərkəzi hissəsində dördkünc formalı evlərə aid daş təməl qalıqları mövcuddur. Tikinti qalıqlarına əsasən demək olar ki, evlər daş təməl üzərində çiy kərpicdən və möhrədən inşa olunmuşdur. Yerüstü materiallar şirli və şirsiz saxsı məmulatından ibarət olub əsasən çəhrayı rəngdədir. Gil məmulatı içərisində küpə tipli qabların oturacaq hissəsinin və onların gövdəsinin sınıqları üstünlük təşkil edir. Tapıntıların əksəriyyəti forma verməyən parçalardan ibarətdir. Bəzi qabların gilinə iri qum qatılaraq qeyri-bərabər bişirilmiş, içəri tərəfinə qırmızı boya çəkilərək yaxşı hamarlanmışdır.Digərləri iri qum və Bitki qarışığı olan gildən hazırlanmış çəhrayı rəngdə bişirilmişdir.
Alışar yaşayış yeri
Alışar yaşayış yeri — Şərur rayonunda eyniadlı kəndin cənubunda Antik dövrə aid arxeoloji abidə. Alışar kəndinin cənubunda, düzənlik sahədə yerləşir. Yaşayış yerinin ərazisi dəfələrlə şumlanıb əkildiyindən yerüstü əlamətləri itmişdir. Tədqiqat zamanı buradan Dəmir dövrünə aid çəhrayı və qara rəngli keramika parçaları aşkar edilmişdir. Yaşayış yerində tikinti qalıqlarına rastlanmamışdır. Ehtimal ki, onlar möhrədən olmuş və dağılmışdır. Tədqiqat zamanı yaşayış yerinin ərazisindən bir ədəd tunc bilərzik də əldə olunmuşdur. Ehtimal ki, yaşayış yerinin yaxınlığında qəbiristanlıqda olmuşdur. Arxeoloji materiallara əsasən yaşayış yerini e.ə. I minilliyə aid etmək olar.
Amazon yaşıl balıqçılı
Amazon yaşıl balıqçılı (lat. Chloroceryle amazona) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Avropa üçün yaşıl pakt
2050-ci ilə qədər Avropa İttifaqına üzv ölkələrdə təbii xanmaldan bərpa olunan enerji və xammal mənbələrinə keçidlə sıfır xalis istixana qazı emissiyalarına və sıfır ümumi ətraf mühitin çirklənməsinə nail olmaq planı. Planın məqsədi qlobal istiləşmə və ətraf mühitin çirklənməsi ilə mübarizə aparmaqdır. Pakt 11 dekabr 2019-cu ildə Avropa Komissiyası tərəfindən qəbul edilmişdir. Havanı çirkləndirməyən avtonəqliyyat vasitələri, istilik izolyasiyası olan yaşayış binaları, müasir istilik sistemləri və ekoloji təmiz elektrik enerjisindən istifadə edilməsi nəzərdə tutulur. Aİ sənayesinin ekoloji standartlara keçidi, o cümlədən əlavə gömrük rüsumları ilə ucuz idxal məhsullarından qorunması, istixana qazları emissiyası üçün kvotaların istifadəsi üçün iqtisadi tədbirlər hazırlanmışdır. Avropa İttifaqında iqtisadiyyatın demək olar ki, bütün sektorlarında və ictimai həyatda baş verən son yaşıllaşdırma tendensiyaları Aİ-nin qonşularına, o cümlədən Şərq Tərəfdaşlığı (ŞT) ölkələri ilə bağlı siyasətinə də öz təsirini göstərir. Ətraf mühit və iqlim prioritetlərinin Aİ siyasətlərinə daxil edilməsi, onların əhatə dairəsinin, o cümlədən qlobal səviyyədə artırılması/genişlənməsi, ilk növbədə, Aİ-da Avropa Yaşıl Sazişinin (EGC) tətbiqinə başlanması ilə əlaqədardır. Artıq bu gün aydındır ki, Avropa yaşıl sazişinin Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna kimi Şərq Tərəfdaşlığı ölkələrinin iqlim siyasətinə əhəmiyyətli təsir göstərəcək. Önümüzdəki illərdə ŞT ölkələrinin iqlim siyasəti Aİ-nin ambisiyalarını gücləndirmək istiqamətində sistemli təsiri altında olacaq. == İstinadlar == == Mənbə == The-European-Green-Deal-Communication.pdf The European Green Deal Европейский зеленый курс: формирование будущего Восточного Партнерства.
Azərbaycanda yayılmış suda-quruda yaşayanlar siyahısı
Azərbaycanda yayılmış suda-quruda yaşayanlar == Mənbə == AMEA.Zoologiya İnstitutu.
Balaca və damda yaşayan Karlson
Balaca və damda yaşayan Karlson (isveç dilində "Lillebror och Karlsson på taket") — isveç uşaq yazıçısı Astrid Lindqrenin "Balaca və Karlson" trilogiyasının birinci kitabıdır. Hekayədə təsvir olunan hadisə 1950-ci illərdə Stokholmun mərkəzi rayonlarının birində - Vazastanda bir evdə baş verir. Bu evdə hekayənin qəhrəmanları - Ostermalm küçəsində yaşayan Svanteson ailəsinin kiçik uşağı yeddi yaşlı Svante, böyük qardaşı, bacısı və ata, anası yaşayır. Hadisələr damda yaşayan Karlson və uşaq ətrafında cərəyan edir. Karlson çox mənzilli evin damında yaşayır. Bu rayonda Astrid Lindqrenin özü də yaşamışdır. == Xarici keçidlər == Астрид Линдгрен.
Billava yaşayış yeri
Billava yaşayış yeri — Şərur rayonunda, Axura kəndinin cənub-şərqində, hər tərəfdən dağlarla əhatələnmiş dərədə son orta əsrlərə aid arxeoloji abidə. Yaşayış yeri XX əsrin ortalarınadək həyatın davam etdiyi eyni adlı kəndin 2 km-liyində yerləşir. Yerüstü tədqiqatlar nəticəsində Billava kəndi yaxınlığında şirli gil qab parçaları əldə edilmişdir. Abidəni IX-XX əsrlərə aid etmək olar. Hündür təpənin üzərində aşkar edilən nekropolda qəbirlərin hamısı qiblə istiqamətindədir. Başdaşıları yonulmamış, yastı daşlardan qoyulmuşdur. Bəzi qəbirlərin ətrafı dördkünc formada çaydaşıları ilə əhatələnmiş, bəzilərinin isə üstü tamamilə daşla örtülmüşdür. Nekropolun ərazisindən orta əsrlərin inkişaf etmiş dövrünə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.45.
Billаvа yaşayış yeri
Billava yaşayış yeri — xarabalıqları Axura kəndinin cənub-şərq istiqamətində hər tərəfdən dağlarla əhatə edilmiş dərədə yerləşir. Billava orta əsr yaşayış yeri son dövrlərədək həyatın davam etdiyi eyni adlı kəndin 2 km-liyində yerləşir. Tədqiqatlar nəticəsində yaşayış yerlərindən aşkar olunan arxeoloji materiallar başlıca olaraq şirli və şirsiz keramika məmulatlarından ibarətdir. Yaşayış evləri daş təməl üzərində möhrədən və çiy kərpicdən inşa edilmişdir. Divarların seysmik davamlılığını artırmaq üçün hörgünün arasına ağac tirlər atılmışdır. Bu materiallar əsasında yaşayış yerini 9–20 əsrlərə aid etmək olar.
Bir Pessimistin Göz Yaşları
Birlik 90/Yaşıllar
Birlik 90/Yaşıllar (alm. Bündnis 90/Die Grünen‎) və ya sadəcə Yaşıllar – Almaniyanın siyasi partiyalarından biri. 1993-cü ildə Almaniya Yaşıl Partiyası (1979) ilə Birlik 90 (1989) partiyalarının birləşməsi nəticəsində yaranıb. Partiyanın əsas idealogiyası ekoloji, sosial və iqtisadi vəziyyətin yaxşılaşdırılmasıdır. Sədrləri Simone Peter və Cem Özdemirdir. Partiya Bundestaqda 63 yerə (630-dan) sahibdir.
Bizim 10 yaşımız var (film, 1966)
Bizim 10 yaşımız var qısametrajlı sənədli televiziya filmi 1966-cı ildə Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin fəaliyyətinə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin fəaliyyətinə həsr olunmuşdur.
Bülövqaya yaşayış yeri
Bülövqaya — Babək rayonunun Göynük kəndindən qərbdə Sarısu çayının sol sahilində yerləşən qədim yaşayış yeri. == Əhəmiyyəti == Yaşayış yerindən aşkar edilmiş keramika qrubunun hazırlanma texnologiyası, bişirilməsi, naxışlanması kimi bir çox xüsusiyyətlər Dalmatəpə tipli keramika ilə yaxın bənzərlik göstərir. Buradan aşkar edilmiş boyalı keramika Şimal-Qərbi İranda Kültəpə yaşayış yeri (Culfa), Seh-Qabi və digər Dalma tipli keramika ilə xarakterizə edilən yayşayış yerləri ilə bənzərlik göstərir. Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlar Cənubi Qafqazda Dalmatəpə mədəniyyətinin yayılma arealını öyrənmə baxımından əhəmiyyətlidir.
Bəndovan yaşayış yeri
Şimali Azərbaycanda orta əsrlərə aid yaşayış yeridir. Qalıqları Bəndovan burnu və Xəzər dənizində aşkar edilib (1970). Sahildə və su altında aparılmış arxeoloji tədqiqatlar zamanı covustan tipli tikililər, dulus kürələri, orijinal şirli vəşirsiz qablar, şüşə bəzək şeyləri, əmək alətləri, sikkələr və s. tapılıb. Arxeoloji nateriallar Bəndovanın IX-XIII əsrlərə aid olduğunu göstərir. Tapılmış mis və gümüş sikkələr Şirvanşahlar dövrünə aiddir. Şəhər haqqında Abbasqulu ağa Bakıxanov məlumat verib.

Digər lüğətlərdə