Qadının üç yaş dövrü (roman)

Qadının üç yaş dövrüCeylan Mumoğlunun ilk romanı.

Qadının üç yaş dövrü
Romanın rəsmli üz qabığı
Romanın rəsmli üz qabığı
Müəllif Ceylan Mumoğlu
Janr Roman
Orijinalın dili Azərbaycanca
Ölkələr Azərbaycan Azərbaycan
Orijinalın nəşr ili 2020
Rəssam Qustav Klimt
Nəşriyyat Parafraz Nəşrləri
Səhifə 152
Əvvəlki Sev və inan
ISBN ISBN 9786257689847

Roman sadə və rəsmli olmaqla iki üz qabığı ilə nəşr edilib. Romanın adı və üz qabığındakı rəsm Qustav Klimtin 1905-ci ildə çəkdiyi "Qadının üç yaş dövrü"en[1] adlı rəsm əsərindən götürülüb.[2] Üz qabığın dizaynı Sitarə Xəlilovaya məxsusdur. Romanın arxa üz qabığında Qustav Klimtin Öpüşİlqar Tofiqoğlunun "Əsli və Kərəm" rəsm əsərlərindən istifadə edilib.

Məzmun[redaktə | mənbəni redaktə et]

"Qadının üç yaş dövrü" romanı bir gənc qızın sevgi, aldanma, özünütanıma, məsuliyyət, azadlıq hissləri ilə tanışlığını nəql edərkən, digər tərəfdən də yüz illik müddət ərzində üç qadının həyatını və bu həyatlar arasındakı bağları, ağrı-acıları, ümumiyyətlə, həyat və ölüm mövzularını müzakirə-yə açıq qoyur.

“Qadının üç yaş dövrü”ndə oxucu Qərb və Şərq mədəniyyətlərini təmsil edən Qustav Klimtin “Qadının üç yaş dövrü” rəsm əsəri və “Əsli və Kərəm” dastanı ilə yenidən qarşılaşacaq, insan həyatının əvvəlki mədəniyyət nümunələri ilə necə səsləşdiyinə bir daha şahid olacaq.

Nəşr və tərcümə[redaktə | mənbəni redaktə et]

2021-ci ildə roman türk dilinə tərcümə edilib və "Kadının üç çağı" adı ilə Ankarada "Platanus Publishing" nəşriyyatında çap edilib.[3][4]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Qadın və qocalıq". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  2. Ceylan Mumoğlu. ""Qadının üç yaş dövrü" - Gustav Klimt" (az.)). ceylanmumoglu.com/"Ustad" dərgisi - 25-ci say. səh. 38. 2019-03-18. 2020-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-25.
  3. "Azərbaycanlı yazıçının əsəri Türkiyədə". 2021-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  4. "Fox Tv, Çalar Saat, Kadının üç çağı kitap tanıtımı". 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]