YIKMAK
YILAN
OBASTAN VİKİ
Almas Yıldırım
Almas İldırım (əsl adı Əbdülhəsən Almaszadə) (24 mart 1907, Qala, Bakı qəzası – 14 yanvar 1952, Elazığ) — Azərbaycanın mühacir şairi. == Həyatı == Uşaqlıqdan onu babasının adı ilə — Almas çağırırdılar. Şeirlərini Almas imzasıyla dərc etdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır. Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir. 1926-cı ildə şair Süleyman Rüstəm ilə birlikdə "Dün bu gün" adlı şeir məcmuəsini çap etdirir. 1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir.
Almas Yıldırım (film, 2004)
Aziz Yıldırım
Aziz Yıldırım və ya azərbaycanlılaşdırılmış formada Əziz İldırım (tr. Aziz Yıldırım) — Fənərbaxça klubunun prezidentidir. 1998-ci ildən etibarən bu klubun prezidentidir.
Binəli Yıldırım
Binəli Yıldırım (20 dekabr 1955, Sivas ili) — Türkiyə siyasi alimi. Sabiq nəqliyyat naziri, Türkiyə Respublikasının Sabiq baş naziri, Türkiyə Respublikasının Sabiq TBMM sədri. == Həyatı == 1955-ci ildə Erzincan'ın Refahiye mahalında doğulub. İstanbul Texniki Universiteti Gəmi İnşa və Deniz Elmləri Fakültəsindən məzun oldu və eyni hissədə yüksək lisenziya etdi. Dərhal sonra 1978–1993 illəri arasında Türkiyə Gəmi Sənaye Ümumi Müdirliyi və Camialtı Tersanesi'nde müxtəlif qədəmələrdə idarəçilik etdi. 1990–1991 illəri arasında İsveçdə olan Beynəlxalq Dənizçilik Təşkilatına (IMO) aid Dünya Dənizçilik Universitetində (WMU) Dənizdə Can və mal təhlükəsizliyi Rəhbərliyi mövzusunda ixtisas təhsili aldı. Bu təhsil zamanı ümumi 6 ay Skandinaviya ölkələri və Avropada müxtəlif ölkə limanlarında Dənizçilik İdarəsi Professionallar ilə birlikdə idarələrdə tapıldı. Yıldırım 20 oktyabr 2022-ci ildə Zəngilana səfər edərkən yol qəzasına uğrayıb. == Şəxsi həyatı == Müəllim Semiha Yıldırım ilə evli olan Binəli Yıldırımın üç uşağı var. Yaxşı səviyyədə ingilis və fransız dilləri bilir.
Burak Yılmaz
Burak Yılmaz (türk. Burak Yılmaz, 15 iyul 1985, Antalya) — "Qol kralı" ləqəbli türk futbolçusu, Fransanın "Lill" və Türkiyə yığmasının hücumçusu, yığmanın kapitanı, Hakan Şükürdən sonra Türkiyə futbol yığmasında ən çox qol vurmuş bombardir (66 oyunda 28 qol), Sergen Yalçından sonra Türkiyənin dörd ən böyük futbol klubu olan "Beşiktaş", "Fənərbaxça", "Trabzonspor" və "Qalatasarayda" oynamış ikinci futbolçu. Bu dörd komanda ilə Çempionlar Liqasında oynayıb. == Oyun stili == Burak Yılmaz klassik mərkəz hücumçusudur, hər iki ayaqla dəqiq zərbələr endirə bilir, kəllə ilə gözəl oynuyur, fiziki gücə və topun texniki qəbul etmə qabiliyyətinə malikdir. Həmçinin penalti və standart cərimə zərbələri yerinə yetirir, hərçənd bu sahədə yüksək usta hesab olunmur. Oyun stilinə görə yüksək sürətə malik dağıdıcı forvarddır. == Klub karyerası == == Transferlər == === Antalyaspor === Burak Yılmaz peşəkar futbol karyerasına 16 yaşında "Antalyaspor" klubunda sağ vinqer mövqeyində başlayıb === Qalatasaray === 2012/2013 futbol mövsümünün başında "Trabzonspordan" "Qalatasaraya" transfer qiyməti 5 mln avro olub. === Beytsinq Quan (Beijing Guoan) === 2016-cı ildə Çinin "Beytsinq Quan" klubuna 8 mln avro müqabilində transfer olunub. === Trabzonspor === 2017-ci ildə 3,5 mln avroya "Trabzonspora" tranfer olunub. === Lill === 2020/2021 il mövsümündə Fransanın "Lill" klubuna transfer olunub.
Büşra Yılmaz
Büşra Yılmaz (türk. Büşra Yılmaz; 1996, Tokat) – Türkiyə qadın romançısı. == Karyera == Kiçik yaşlarından bəri yazmağa marağı olan Büşra Yılmaz, əlində hal-hazırda "Ölümə Pıçıldayan Adam" kimi əsəri olmasına baxmayaraq, əyləncəyə ehtiyacı olduğu bir dönəmdə internetdən 4N1K adlı əsərini bölüm-bölüm yazmağa və birbaşa oxuyucuya təqdim etməyə başladı. Gələn böyük maraqdan sonra, çap üçün Epsilon nəşriyyatı ile razılaşdı. Kitab satışa çıxan kimi "çox satanlar" siyahısına ilk sıradan girdi və ilk həftə 100 mindən çox satıldı. Elele Avon Qadın Mükafatları (2016) tərəfindən "İlin Yazarı" mükafatına layiq görüldü. İmza günlərində yaşanan gərginlikdən sonra o, Fabrika Yapım-dan işini filmə çevirmək təklifini qəbul etdi və bu təklif "4N1K-2: 12-dən sonra" üçün davam etdi. Çıxarılan iki filmdən sonra ekranlarda "4N1K İlk Sevgi" adı ilə Fox TV seriyalı kimi yayımlanmağa başladı. Birinci sezondan sonra serial rəqəmsal olaraq "4N1K Yeni Başlanğıclar" adı ilə davam etdi. 4N1K ilə çox ziddiyyətli bir fantastikaya sahib olan "Ölümə Pıçıldayan Adam" və onun davamı olan "Kibrit Çöpü Məzarlığı" da Epsilon Nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Can Yılmaz
Can Yılmaz — türk aktyor, ssenarist və yazıçı. == Həyatı == Əslən Gürün, Sivaslıdır. Məşhur şoumen Cem Yılmazın böyük qardaşıdır. Anası evdar xanım, atası isə elektrikli ev alətləri ticarəti ilə məşğul olan Can Yılmaz uzun müddət mətn yazarı olaraq fəaliyyət göstərmişdir. Ən parlaq işi Komedi Dükkanı adlı proqramının mətn yazarı olmasıdır. Proqramın bütün konsept və mətni Can Yılmaza məxsusdur. Can Yılmaz ssenari və tamaşa yazarı olaraq da tanınır. "Hoqqabaz", "Hər şey çox gözəl olacaq", "G. O. R. A", "Yahşı Qərb" kimi sinema filmlərinin ssenariləri Can Yılmaza və qardaşı Cem Yılmaza aiddir. Əsasən kamera arxasında yer almağa daha çox meyillidir.
Cem Yılmaz
Cem Yılmaz (23 aprel 1973, İstanbul) — Türkiyəli komediya ustası, aktyor, karikaturaçı rəssam, ssenarist və rejisor. == Həyatı == Cem Yılmaz 23 aprel 1973-cü ildə İstanbulda anadan olmuşdur. Sənət həyatına 1992-ci ildə "Leman Kültür Merkezi"ndə başlamış, Leman karikatura jurnalında (Leman Dergisi) karikaturçu rəssam olaraq çalışmışdır. "Leman Kültür Merkezi"ndə yumoristik çıxışları ilə məşhurlaşdıqdan sonra karyerasını "Beşiktaş Kültür Merkezi"ndə davam etdirmişdir. Hazırda Türkiyənin ən məşhur komediya ustalarından biridir.
Durmuş Yılmaz
Durmuş Yılmaz (1947, Uşak) – türkiyəli iqtisadçı, bürökrat və siyasətçi. == Həyatı == Uşakın Eşme ilçəsinin Qaracağmərli kəndində anadan olmuşdur. İlk və orta məktəbini Uşakda tamamlamışdır. Lisey təhsilini Ankara Kupça və Kadastr Peşə iseyində tamamlamışdır. Muğlada Xəritə və Katastr texniki işçisi olaraq çalışarkən Muğla Turqutrəis liseyindən normal lisey diplomu almışdır. Ankara Universiteti Hüquq fakültəsində 3 il hüquq təhsili almışdır. 1970-ci ildə Milli Təhsil Nazirliyinin açmış olduğu dövlət təqaüdü imtahanından keçərək, İngiltərəyə Ticarət nazirliyi adından iqtisadiyyat təhsili almağa göndərilmişdir. London Şəhər Universitetində bakalavr, London Universitetində magistr təhsili almışdır. == Fəaliyyəti == 1980-ci ildə Türkiyə Respublika Mərkəzi Bankası kambiyo şöbəsinin müdirliyinə təyin edilmişdir. Xarici Borc Ertələmə, Valyuta Mübadiləsi və Valyuta Rezerv İdarəçiliyi sahələrində çalışmışdır.
Erzincan Binali Yıldırım Universiteti
Erzincan Binali Yıldırım Universiteti — 2006-ci ildə Türkiyənin Erzincan şəhərində qurulmuş dövlət universiteti. == Fakültələr == Erzincan Binali Yıldırım Universitetində başlıca 12 fakültə vardır. == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Esat Oktay Yıldıran
Əsəd Oqtay İldıran (türk. Esat Oktay Yıldıran; 15 fevral 1949 – 22 oktyabr 1988, İstanbul) — Türkiyə hərbçisi. O, Kipr əməliyyatında iştirak etmiş və 1980-ci il dövlət çevrilişindən sonra Diyarbəkir həbsxanasında daxili təhlükəsizlik komandiri vəzifəsində çalışmışdır. İldıranın Diyarbəkir həbsxanasında işlədiyi müddətdə məhbuslara işgəncə verdiyinə dair iddialar var. O, 22 oktyabr 1988-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür. İldıranın nəşi Ədirnəqapı şəhidliyində dəfn edilmişdir. == Fəaliyyəti == Əsəd Oqtay İldıran 1974-cü ildə Kipr əməliyyatında xidmət etmişdir. Əsəd Oqtay İldıran 12 sentyabr dövlət çevrilişindən sonra 24 fevral 1981-ci il tarixindən 1983-cü ilə qədər Diyarbəkir E tipli hərbi həbsxanasında təhlükəsizlik rəisi vəzifəsində çalışmışdır. O, Ankaradan Diyarbəkirə göndərilmiş və kiçik gizir Mövlud Ağqoyun əvəzinə bu vəzifənin icrasına başlamışdır. İldıranın vəzifədə olduğu müddətdə məhbuslara işgəncə verməsi ilə bağlı iddialar var.
Fatma Yıldırım
Fatma Vidadi qızı Yıldırım (12 yanvar 1973, Bakı) — fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Fatma Yıldırım 1974-cü il yanvarın 12-də Bakı şəhərində anadan olub. 1990–1995-ci illərdə Bakı Dövlət Universitetində (BDU) fizika üzrə ali təhsil alıb. Fizika-riyaziyyat üzrə elmlər namizədidir. Fatma Yıldırım 2012–2016-cı illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində insan resursları şöbənin müdir müavini, 2016–2018-ci illərdə isə Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ildən o, Dövlət Şəhərsalma və Memarlıq Komitəsində insan resursları şöbəsinin müdiri vəzifəsində çalışırdı. === Ailəsi === Fatma Yıldırım ailəlidir, 2 övladı var. Professor Vidadi Yusif oğlu Əliyevin qızıdır. == Siyasi fəaliyyəti == 2012-ci ildən çalışdığı qurumlarda Yeni Azərbaycan Partiyasının ərazi üzrə təşkilatlarının sədr müavini olub, eyni müddət ərzində Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə sədrlik edib. Fatma Yıldırım Belçika Krallığında 2003-cü ildə yaradılmış "Avropa Azərbaycanlıları Mərkəzi"nin təsisçisi və rəhbəri olub.
Mehmet Yıldız
Mehmet Yıldız, 1981-ci ilin 14 sentyabrında anadan olub. Futbolçu kimi karyerasına "Tigemspor" klubunda başlayıb. Çox keçmədən gənc hücumçu nisbətən güclü klubların maraq dairəsinə düşür və 2000-ci ildə Mehmet "Sivasspor"a keçir. Onun komandaya gəldiyi vaxt "Sivasspor" aşağı dəstədə superliqaya çıxmaq üçün mübarizə aparırdı. Elə həmin il, yəni 2000-2001-ci il mövsümündə "Sivasspor" aşağı dəstənin çempionu olur və superliqaya vəsiqə əldə edir. Amma Mehmet yeni klubunda təsadüfi hallarda meydana çıxır, özünü göstərmək şansı əldə edə bilmirdi. Ona görə də gənc futbolçu klubunu dəyişməli olur. Mehmet 3-cü liqada mübarizə aparan "Samsun Çarşanbaspor"a keçir. 21 yaşlı futbolçu peşəkar karyerasında ilk qolunu da Samsunda vurur. Yıldız "Divriğispor"a qarşı oyunun 7-ci dəqiqəsində hesabı açır.
Muta Yılqa (Askın)
Muta Yılqa (başq. Мутайылға, rus. Мута-Елга) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Mutabaş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 46 km, kənd sovetliyindən (Starıye Mutabaş): 30 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 40 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə 237 nəfər yaşayır ki, bununda — 115 (48,5 %) nəfəri kişi, 122 (51,5 %) nəfəri qadındır. Milli tərkib baxşmından başqırdlar (97%) üstünlük təşkil edir.
Məsud Yılmaz
Əhməd Məsud Yılmaz (türk. Ahmet Mesut Yılmaz; 6 noyabr 1947, İstanbul – 30 oktyabr 2020, İstanbul) və ya əmilərinin soyadı ilə Akçal. Əslən Rizə Çayeli Çataldərə/Cimil kəndindən) — hemşinli əsilli türk siyasətçisi. Azərbaycan suveren dövlət kimi onun dövründə Türkiyə Cümhuriyyəti tərəfindən rəsmən tanınmışdır. == Həyatı == Ahmet Mesut Yılmaz 6 noyabr 1947-ci ildə İstanbulda anadan olub. İstanbul Oğlanlar litseyini bitirib. 1971-ci ildə Ankara Universiteti Siyasi Məlumatlar Fakültəsi Maliyyə və İqtisad Bölümündən məzun oldu. 1972–1974-cü illər arasında Almaniyanın Köln Universiteti İqtisadi və İctimai Elmlər Fakültəsində yüksək lisans çalışması etdi. 1975–1983-cü illərdə kimya, tekstil və çatdırma sahəsində, müxtəlif özəl şirkətlərdə idarəçi olaraq işləyib. 1983-cü ilin may ayında yaradılan Ana Vətən Partiyasının qurucularından biri və sədr müavini olub.
Qışlaq-i Yılatanhacıabbas (Biləsuvar)
Qışlaq-i Yılatanhacıabbas (fars. قشلاق یل اتان حاج عباس‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 14 nəfər yaşayır (4 ailə).
Qışlaq-i Yılatanülhürdidövlət (Biləsuvar)
Qışlaq-i Yılatanülhürdidövlət (fars. قشلاق یل اتان الهوردی دولت‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (4 ailə).
Taner Yıldız
Taner Yıldız (3 aprel 1962) — Türk siyasətçi, elektrik mühəndisi. 22., 23. və 24. Dövr Ədalət və İnkişaf Partiyası Kayseri millət vəkili və Türkiyə respublikasın Enerji və Təbii Qaynaqlar Naziridir. == Həyatı == 3 Aprel 1962 tarixində Yozğadın Boğazlıyan mahalına bağlı Dəvəçipinar Qəsəbəsində dünyaya gəldi. Lisey təhsilini Kayseri Liseyində tamamladı. İstanbul Texniki Universiteti Elektrik-Elektronik Fakültəsi Elektrik Mühəndisliyi Hissəsini bitirdi. Kayseri Elektrik İstehsal Şirkətinin İdarə heyəti Üzvü, Kayseri və Ətrafı Elektrik TAŞ-ının İdarə heyəti Üzvü və Ümumi Müdiri olaraq vəzifə yerinə yetirdi. 2002 ümumi seçkilərində Əİ Partiyasından Kayseri millət vəkili namizədi oldu, 22. Dönəmdə Türkiyə Böyük Millət Məclisinə girdi.
Yeliz Yılmaz
Yeliz Yılmaz (d. 19 avqust 1980) — Türkiyəni təmsil edən həndbolçu. Yeliz Yılmaz, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Yeliz Yılmaz, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Yılanyılqa (Şaran)
Yılanyılqa (başq. Йыланйылға, rus. Елань-Елга) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd İçke Tombaqoş kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 17 km, kənd sovetliyindən (İçke Tombaqoş): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 49 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (79%) üstünlük təşkil edir.
Yılançıqbaş (Şaran)
Yılançıqbaş (başq. Йылансыкбаш, rus. Еланчикбаш) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 28 km, kənd sovetliyindən (Miçurinsk): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 70 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (95%) üstünlük təşkil edir.
Yılmaz Öztuna
Yılmaz Öztuna (20 sentyabr 1930 və ya 1930, İstanbul – 9 fevral 2012 və ya 2012, Ankara)— Türkiyə tarixçisi, siyasətçisi, jurnalisti və yazıçısı. == Həyatı == 1969-cu ildə Ədalət Partiyasından Konya millətvəkili seçilərək Türkiyə Böyük Millət Məclisinə daxil oldu. Türk və Osmanlı tarixi ilə bağli əsərlər yazan və Türkiyə qəzetində köşə yazarı olaraq da işləyən Yılmaz Öztuna, 9 fevral 2012-ci il tarixində Ankarada vəfat etdi. Cənazəsi, İstanbuldakı Zincirlikuyu Məzarlığında torpağa verildi.
Yılmaz Ərdoğan
Yılmaz Ərdoğan (tam adı: türk. Yılmaz Erdoğan; 4 noyabr 1967, Hakkari) — Kürd əsilli Türk aktyor, yazıçı və rejissor. Debüt komediya filmi Vizontele (2001) və Bir Demet Tiyatro (1995–2002/2006–2007) serialı ilə məşhurluq əldə etmişdir. Sadri Alışık Kino və Teatr Mükafatlarında ən yaxşı aktyor, Qızıl Kəpənək mükafatında ən yaxşı komediya serialı, 4-cü Avstraliya Kino və Televiziya Sənəti Mükafatlarında Su axtaran (2014) filmindəki roluna görə ən yaxşı köməkçi aktyor, Afifə Teatr Mükafatlarında Cavad Fəhmi Başqurd xüsusi mükafatlarının sahibidir. == Həyatı == Yılmaz Ərdoğan Nazim və Süheyla Ərdoğanların ailəsində dünyaya göz açıb. Ailənin ortancıl oğludur. Anadolu atəşi rəqs qrupunun qurucusu Mustafa Ərdoğan onun böyük, sənətçi Dəniz Ərdoğan isə kiçik qardaşıdır. Yılmaz Ərdoğanın uşaqlığı Ankarada keçmişdir. Daha sonra ailəsi ilə birlikdə İstanbula köçüb. Ailəsi əslən kürddür.
Yılqayax
Yılım (Baymak)
Yılım (başq. Йылым, rus. Зелимово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd İşbirzə kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 57 km, kənd sovetliyindən (İşbirzə): 13 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 98 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.