şou-biznes
şou-proqram
OBASTAN VİKİ
Xəbər
Xəbər — Bir iş, hadisə və s. haqqında məlumat.
Bernard Şou
Corc Bernard Şou (ing. George Bernard Shaw; 26 iyul 1856[…], Dublin, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 2 noyabr 1950[…]) — irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925), ictimai xadim (sosialist-fabianist — ingilis yazısının islahatları tərəfdarı), Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu. Corc Bernard Şou həm "Nobel"in pul mükafatından imtina etmişdir (amma laureatlara verilən medalı qəbul etmişdir; sonralar bu addımı Boris Pasternak və Jan-Pol Sartr da atmışlar). == Həyatı == İrland dramaturqu, musiqişünas və tənqidçidi Corc Bernard Şou Dublində doğulmuşdur. Janr və forma baxımından seçilən 60-dan çox pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çox diqqət yetirmişdir. Bernard Şounun atası əvvəlcə dövlət qulluğunda çalışmışdı. Ardınca uğursuz ticarətə qurşanmış, sonda isə həyatını içki düşkünü kimi başa vurmuşdu. Anası müəyyən istedaddan məhrum olmayan həvəskar musiqiçi idi. Şou ailəsi əsl-nəcabətli sayılsa da, ehtiyac onlardan yan keçməmişdi.
Corc Şou
Corc Şou (ing. George Shaw, 10 dekabr 1757, Bekingemşir, Böyük Britaniya - 22 iyul 1813, London, Böyük Britaniya) - ingilis botanik və zooloqu. == Həyatı == Corc Şou Oksford Universitetində 1786-1791-ci illərdə botanika üzrə mühazirə söyləmişdir. Linney cəmiyyətinin həmtəsisçisi olmuşdur. == Əsas işləri == Zoology of New Holland (1794) Museum Leverianum (1792—1796) General Zoology (1800—1812) The Naturalist’s Miscellany (1789—1813) == Mənbə == DNB, Katalog der Deutschen Nationalbibliothek: George Shaw (alm.) == Ədəbiyyat == Bo Beolens, Michael Watkins, Michael Grayson. The Eponym Dictionary of Mammals. — 2009. — С. 375. William T. Stearn. The Natural History Museum at South Kensington.
Klivlend Şou
"Klivlend şou" (ing. The Cleveland Show) — Set Makfarleyn, Riçard Eppel və Mayk Henri tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün "Qriffinlər" serialının bir spin-offu olaraq yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər, Klivlend Braun və Donna Tabbs, onların uşaqları, Klivlend Braun Kiçik, Roberta Tabbs və Rallo Tabbs ibarət yaxşı vəziyyətdə olmayan Klivlend-Tabbs ailəsi durur. Serialın yumorunun böyük bir hissəsini, "Qriffinlər" kimi çox vaxt ümumi süjet ilə heç bir əlaqəsi olmayan, ABŞ mədəniyyətini həcv edən, katevey-zarafatlar təşkil edir. Pilot seriya üçün olan DVD şərhinə əsasən, serial "Qara Qriffinlər" adlandırılacaqdı. Serialı yaratmaq fikri Set Makfarleynin ağlına "Fox Broadcasting Company" üçün "Qriffinlər" və "Amerikan ata!" seriallarını hazırlayıb işləməsindən etməsindən sonra, 2007-ci ildə gəlmişdir. Makfarleyn serialı "Qriffinlər" personjları olan Klivlend Braun, yeni arvadı Donna Tabbs, ögey uşaqları Rallo və Roberta Tabbs və öz uşağı Klivlend Braun Kiçik üzərində mərkəzləşdirmək qərarına gəlmişdir. Serial 27 sentyabr 2009-cu ildən, 19 may 2013-cü ilə qədər efirə verilmişdir. Serial, 4 illik ömründə 4 mövsüm və 88 seriya edirə vermişdir. "Klivlend şou" bir Enni mükafatına, bir Praym-taym Emmi mükafatına və iki Yeniyetmə Seçimi mükafatına namizəd olmasına baxmayaraq, media tənqidçiləri tərəfindən qarışıq rəylər almışdır.
Maşın Şou
"Maşın Şou" (tam adı "Maşın" realiti şou) — realiti şou janrında olan layihə. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur. MGP (M Group Production) şirkətinin ən yaddaqalan layihəsidir. Bu realiti şou hələ də baxımlı veriliş statusunu saxlaya bilir. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olmuşdur. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları cəm olunub. İyirmi gün canlı efirdə yayımlanan layihənin 18 günü yarışmadan ibarətdir və 18 nəfər iştirak edir. Layihədə iştirakçı olmaq ödənişsizdir və hər bir iştirakçı yarışmaya MGP (M Group Production) şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Eyni zamanda canlı efirdə tamaşaçı qismində iştirak edən auditoriya da şirkət tərəfindən məxsusi dəvətnamə ilə çağırılır.
Tok-şou
Tok-şou (ing. Talk show) — Televiziya və ya radio kanallarında təbii söhbət üzərində qurulmuş janr. Tok-şou digər televiziya proqramlarından müəyyən ümumi tərzi ilə seçilir. Tok-şouda bir nəfər (və ya bir qrup insan və ya qonaq) bir aparıcının irəli sürdüyü müxtəlif mövzuları müzakirə edir. Bu müzakirə mühüm ictimai, siyasi və ya dini mövzular və hadisələr haqqında bir reportaj və ya sadə bir söhbət şəklində ola bilər.
Şou-biznes
Şou-biznes (ing. Show business) — əyləncə sahəsində kommersiya fəaliyyəti, əyləncə sənayesi. Aşağıdakılar "şou-biznes" sayılır : audio və video məhsullar buraxan şirkətlər; əyləncə sahəsində çalışan artist və bəzi idmançılar; maliyyə gəliri əldə etməyə üstünlük verən kino, teatr, musiqi, televiziya sahələri.
Brent Şou
Brent Donald Şou (ing. Brent Donald Shaw; 27 may 1947 və ya 1947, Edmonton) — Kanada və ABŞ tarixçisi. Fəlsəfə doktoru (1978), 2004-cü ildən Prinston Universitetinin professoru, ondan əvvəl Letbric və Pensilvaniya universitetlərində professor, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (2012). 1976–1977-ci illərdə Birminhem Universitetində qədim tarix üzrə müəllim olmuşdur. 1977–1996-cı illərdə Letbric Universitetində dərs demiş, 1981-ci ildən professordur. 1994-cü ildə Təkmilləşdirilmiş Tədqiqat İnstitutunda professordur. 1989–1995-ci illərdə Prinston Universitetində qonaq professor olmuşdur. 1996-cı ildən Pensilvaniya Universitetində professor olmuşdur. 2004-cü ildən Prinston Universitetində klassiklər üzrə professor olmuşdur. Pensilvaniya Universitetinin fəxri magistr dərəcəsinə layiq görülmüşdür (1996).
Stenford Şou
Stenford Şou(İngilis dili:Stanford J. Shaw), (d. 5 May 1930, Minnesota - ö. 16 dekabr 2006, Ankara). ABŞlı tarixçi. Osmanlı tarixi və Erməni Soyqırımı sahəsində etdiyi işlərlə tanınan və 1977-ci ildə "Erməni soyqırımı yoxdur" dediyi üçün Ermənilər tərəfindən təhdid edilərək, evi qundaqlanan ABŞlı tarixçi. 26 il əvvəl Türkiyəyə yerləşib işlərinə burada davam etmişdir. Son olaraq Bilkent Universitetində Osmanlı Tarixi dərsləri verirdi. Ayrıca Türkiyə Elmlər Akademiyasından edilən şərhdə, 16 dekabr 2006da Akademiyanın Şərəf Üzvlüyünə seçildi və2006 ili Sentyabr ayında Prof. Dr. Xəlil İnalcık ilə birlikdə Türk və Türkiyə tarixinə qatqılarından ötəri Türk Tarix Təşkilatı tərəfindən Xidmət Medalı və Beratı ilə şərəflənildi.
Daimi şou
Regular Show (azərb. Müntəzəm şou‎); 8-ci mövsüm Regular Show in Space (azərb. Müntəzəm şou kosmosda‎) olaraq tanınır — J. G. Quintel tərəfindən Cartoon Network üçün yaradılmış animasiya sitkom janrında Amerikan cizgi-serialı. 6 sentyabr 2010-cu ildə başladı və 16 yanvar 2017-ci ilə qədər 8 sezon və 261 bölümü yayımlandı. Serial 23 yaşlı 2 dostun həyat hekayəsindən bəhs edir. Onlar Mordekay (növcə mavi zığ-zığ), Riqbi (yenot) işlədikləri parkın ərazasini mühafizə etməklə məşğuldurlar. İkili işdən qaçmaq və əylənmək üçün hər yola əl atır və nəticədə hər dəfəsində məntiqsiz və fövqəltəbii vəziyyətlə qarşılaşırlar. Digər baş personajlara Skips (qar adam), Musqul adam, Çax beşlik kabus, Pops (lolipop) və parkın müdiri Benson (saqqız maşını) daxildir. Seriya Azərbaycan dilində yayımlanmamışdır. == Məzmun == Serialda parkda bağban işləyən iki dənə 23 yaşlı dost Mordekay və Riqbinin günlük həyatından bəhs edilir.
TRT Xəbər
TRT Haber TRT tərəfindən qurulan xəbər kanalıdır. 18 mart 2010-cu il tarixində yayıma başlamışdır. Kanal qurulana yaxın TRT 2 bağlandı. Yayım saatını əsasən xəbər verilişləri təşkil edir. 18 noyabr 2013-cü il tarixində "HD" yayıma başlamış və 16:9 formatlı yayıma keçmişdir.
Xəbər (dəqiqləşdirmə)
Xəbər
Xəbər (qrammatika)
Xəbər — haqqında danışılanın hərəkət və ya əlamətini bildirən cümlənin baş üzvüdür. Əsasən, sonda gəlir. Xəbər "nə edir?" (felin bütün şəkil və zamanlarında), "kimdir?", "necədir?" ,"haradadır?" və s. suallarından birinə cavab verir. == Növləri == === Feili xəbər === Feilin təsriflənən formaları (əmr, xəbər, arzu, lazım, vacib, şərt) və frazeoloji birləşmələrlə ifadə olunur. Məsələn: Əmr şəkli ilə — Sevdiyim kitabı götürmə! Xəbər şəkli ilə — Müəllim dayanmadan yazırdı. Arzu şəkli ilə — Kaş o bu gün gələ idi. Lazım şəkli ilə — Dayım sabah gələsidir. Vacib şəkli ilə — Şəhidlərimizin xatirələrini unutmamalıyıq!
A Xəbər
A Haber — "Çalık Holding" tərəfindən qurulmuş, Türkiyədə ilk dəfə HD yayımlanan xəbər kanalıdır. Kanalın rəhbərliyini Habertürk TV-nin keçmiş rəhbəri Erdoğan Aktaş üzərinə götürmüş, amma işdən çıxmağa qərar verdikdən sonra onun yerinə əvvəl köməkçisi olmuş Cengiz Er keçmişdir. Həm HD, həm də SD yayımlanır. TRT Türk-dən sonra 16:9 (geniş ekran) formatlı yayıma keçən ikinci xəbər kanalıdır. Kanal xəbər proqramlarından başqa futbol qarşılaşmalarını da yayımlayır. "Copa America 2011", "İtaliya Superkuboku" və "Ziraat Türkiyə Kuboku"nun yayım hüquqlarına malikdir. == A Haber HD == A Haber ilə birlikdə yayıma başlayan HD kanal. Həmçinin ilk şifrəsiz HD xəbər kanalıdır.
Xəbər saytı
Xəbər saytı, həmçinin internet-qəzet, onlayn qəzet və ya elektron qəzet — qəzetin onlayn versiyası. Bu, müstəqil nəşr və ya çap olunmuş dövri nəşrin onlayn versiyası ola bilər. İnternetə keçmək qəzetlər üçün daha çox imkanlar yaratmışdır. Məsələn, onlar son xəbərləri daha tez təqdim etmək üçün yayım jurnalistikası ilə rəqabət aparırlar. Təməli yaxşı qurulmuş qəzetlərin etibarlılığı, güclü marka reklamı və onların reklamçılar ilə yaxın əlaqələri qəzet sənayesində fəaliyyətlərini davam etdirmək şanslarını gücləndirir. Həmçinin çap prosesinin kənarlaşdırılması da xərcləri azaltmağa kömək edir. Xəbər müxbirləri bu sahədə video çəkməyi və internet xəbər səhifələrində lakonik şəkildə xəbər yazmağı öyrənirlər. Xəbər saytlarına çap qəzetlərində olduğu kimi böhtan, məxfilik və müəllif hüquqları ilə bağlı qanuni məhdudiyyətlər tətbiq edilir. Bu, Birləşmiş Krallıq kimi əksər ölkələrdə onlayn nəşrlərə də şamil edilir. Həmçinin, Birləşmiş Krallıqda Məlumatların qorunması haqqında qanun onlayn qəzetlərə və xəbər səhifələrinə şamil olunur.
Xəbər agentliyi
Xəbər agentliyi və ya informasiya agentliyi — xəbərləri toplayan və onları qəzetlər, jurnallar, radio və televiziya yayımçıları kimi özünə abunə olan xəbər təşkilatlarına satan təşkilat. Xəbər agentlikləri öz press-relizləri ilə tanınırlar. Dünyada bir çox xəbər agentlikləri olmasına baxmayaraq, üç qlobal xəbər agentliyinin – "Agence France-Presse" (AFP), "Associated Press" (AP) və "Reuters"in dünyanın əksər ölkələrində ofisləri var, medianın bütün sahələrini əhatə edir və beynəlxalq xəbərlərin əksəriyyəti dünya qəzetləri tərəfindən çap olunur. == Tarixi == Keçmişdə yalnız bir neçə böyük qəzet öz şəhərlərindən kənarda büroların xərclərini qarşılaya bilirdi. Onlar bunun əvəzində xəbər agentliklərinə, xüsusən də Fransada "Agence France-Presse" (AFP) və ABŞ-də "Associated Press" agentliyinə etibar edirdilər. AFP-nin keçmiş əməkdaşları 1851-ci ildə Britaniyada "Reuters", 1849-cu ildə isə Almaniyada "Wollfs"-un əsasını qoyublar. Bu agentliklər bütün abunəçilərə tək obyektiv xəbər lenti təqdim etmək kimi əsas fəlsəfə ilə fəaliyyətə başlamışdır. Conatan Fenbi fəlsəfəni belə izah edir: 1960-cı illərdən etibarən iri agentliklərə televiziya və jurnallarda yeni imkanlar yaradılmış və xəbər agentlikləri isə tələbatı daim artan görüntü və fotoların ixtisaslaşmış istehsalı ilə təmin olunmuşdur. Məsələn, onlar Fransada milli bazarın üçdə ikisini təşkil edir. 1980-ci illərə qədər dörd əsas xəbər agentliyi - AFP, AP, UPI və "Reuters" bütün dünyada qəzetlər tərəfindən çap olunan xarici xəbərlərin 90%-dən çoxunu təmin edirdi.
Aygün Şou (konsert)
Corc Bernard Şou
Corc Bernard Şou (ing. George Bernard Shaw; 26 iyul 1856[…], Dublin, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 2 noyabr 1950[…]) — irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1925), ictimai xadim (sosialist-fabianist — ingilis yazısının islahatları tərəfdarı), Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu. Corc Bernard Şou həm "Nobel"in pul mükafatından imtina etmişdir (amma laureatlara verilən medalı qəbul etmişdir; sonralar bu addımı Boris Pasternak və Jan-Pol Sartr da atmışlar). == Həyatı == İrland dramaturqu, musiqişünas və tənqidçidi Corc Bernard Şou Dublində doğulmuşdur. Janr və forma baxımından seçilən 60-dan çox pyesin müəllifidir. Yaradıcılığında sosial mövzulara daha çox diqqət yetirmişdir. Bernard Şounun atası əvvəlcə dövlət qulluğunda çalışmışdı. Ardınca uğursuz ticarətə qurşanmış, sonda isə həyatını içki düşkünü kimi başa vurmuşdu. Anası müəyyən istedaddan məhrum olmayan həvəskar musiqiçi idi. Şou ailəsi əsl-nəcabətli sayılsa da, ehtiyac onlardan yan keçməmişdi.
Ellen Dedceneres şou
Ellen Dedceneres şou (ing. The Ellen DeGeneres Show); qısaca Ellen) — ABŞ aktrisası Ellen Dedceneresin aparıcısı olduğu tok-şou. Şou 8 sentyabr 2003-cü il tarixində NBSUniversal tərəfindən yayımlanmağa başlanmışdır, Syndication və Telepictures tərəfindən istehsal olunur. İlk beş mövsümdə Burbank, Kaliforniyada NBC studiyalarında 11 mövsüm çəkilmişdir. Daha sonra Warner Bros tərəfindən başqa bir səhnəyə köçürüldü. Altıncı mövsümün əvvəlindən bu yana, Ellen yüksək dəqiqlikli yayım etməkdədir. Tamaşa 2011-ci ildə 32 Daytime Emmy Mükafatı qazandı. Şounun 10-cu mövsümü 10 sentyabr 2012-ci il tarixində başladı. 14 mövsüm boyu davam etməsi gözlənilən şou, 2017-ci ilə qədər davam edəcəyi 11 Mart 2013-cü il tarixində açıqlanıb.
Güldür Güldür Şou
Maşın realiti-şou
"Maşın Şou" (tam adı "Maşın" realiti şou) — realiti şou janrında olan layihə. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur. MGP (M Group Production) şirkətinin ən yaddaqalan layihəsidir. Bu realiti şou hələ də baxımlı veriliş statusunu saxlaya bilir. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olmuşdur. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları cəm olunub. İyirmi gün canlı efirdə yayımlanan layihənin 18 günü yarışmadan ibarətdir və 18 nəfər iştirak edir. Layihədə iştirakçı olmaq ödənişsizdir və hər bir iştirakçı yarışmaya MGP (M Group Production) şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Eyni zamanda canlı efirdə tamaşaçı qismində iştirak edən auditoriya da şirkət tərəfindən məxsusi dəvətnamə ilə çağırılır.
Maşın realiti şou

Ran Ran Şou
Ran Ran Şou və ya Şao Jenlen (d. 19 noyabr, 1907, Tsin imperiyası – ö. 7 yanvar, 2014, Honkonq, Çin) — Honkonq mediamaqnatı, milyarder, mesenat, Ran Ran Şou mükafatının təsisçisi. == Həyatı == 19 noyabr 1907-ci ildə anadan olub. Şou adlı qardaşı ilə Shaw Organisation adlı beynəlxalq media şirkətini təsis edib və 1958-ci ildə onu Shaw Brothers adlı aparıcı Asiya kinostudiyasına çevirib. 1967-ci ildə dünyada ən iri teleşirkət olan TVB-ni yaradıb. Mesenatlıqla məşğul olmuş, xeyriyyə, tibbi və təhsil təşkilatlarına kömək etmişdir. 2002-ci ildə öz adına təsis etdiyi nüfuzlu elmi mükafatı "Asiyanın Nobel mükafatı" da adlandırırlar. Mükafatın həcmi bir milyon dollardır və riyaziyyat, astronomiya və tibb sahəsi üzrə verilir.
Qlenn Vilyam Şou
Qlen Vilyam Şou (ing. Glenn William Shaw; 1886, Los-Anceles, Kaliforniya – 1961) – ABŞ pedaqoqu, yazıçısı, tərcüməçisi, dövlət məmuru. 1916–1940 və 1949–1957-ci illərdə Yaponiyada aktiv fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsinə qədər bir çox müasir Yaponiya yazıçısının əsərlərini ingilis dilinə tərcümə etmiş, Qərb dünyasının Yaponiyanı başa düşməsinə töhfə vermişdir. Müharibədən sonra ABŞ–Yaponiya münasibətlərinin yaxşılaşdırılması üçün çalışmışdır. == Həyatı == Qlen Vilyam Şou 1886-cı ildə ABŞ-nin Los-Anceles şəhərində doğulmuşdur. 1910-cu ildə Kolorado Kollecindən məzun olmuş, Havay adaları, Yaponiya, Çin və Hindistanda ingilis dili dərsləri vermişdir. 1916–1940-cı illərdə Yaponiyanın Osaka prefekturasında fəaliyyət göstərmişdir. "Osaka Mainichi" qəzet şirkəti üçün radio yayımları hazırlamış, "Osaka Asahi Shimbun" qəzetinin köşə yazarı olmuşdur. Yapon dilini bildiyi üçün 1940–1949-cu illərdə ABŞ donanması üçün işləmiş, yapon dili təlimi ilə məşğul olmuş, Kolorado ştatında yerləşən Donanma Dil Məktəbinin direktoru olmuş, Vaşinqtonda yerləşən Donanma Kəşfiyyat Məktəbinin dekanı təyin olunmuşdur.
Bakı Xəbər (qəzet)
Bakı-Xəbər — Gündəlik ictimai siyasi-qəzet. == Haqqında == "Bakı-Xəbər" 2003-cü il sentyabrın 4-dən Azərbaycanın paytaxtı Bakı şəhərində çap olunmağa başlamış gündəlik ictimai-siyasi, analitik qəzetdir. 2004–2005-ci illərdə öz dövriliyini artıraraq həftədə hətta yeddi dəfə çap olunsa da, hazırda həftədə beş dəfə fasiləsiz çap olunan az sayda Azərbaycan qəzetlərindən biridir. Qəzet 2003-cü ilin avqustunda və 2005 ci il mayın 15-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi, 2014-cü il mayın 6-da və 2016-cı il dekabrın 28-də isə redaksiyanın hüquqi ünvanının dəyişilməsi ilə əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən MMC kimi qeydiyyata alınıb. Azərbaycan dövlət büdcəsinə vergi ödəyicisidir. "Bakı-Xəbər"in təsisçisi və baş redaktorun ictimai-siyasi xadim Aydın Alqulu oğlu Quliyevdir. "Bakı-Xəbər" qəzeti 2003-cü ildə rəsmi şəkildə müstəqil qəzet kimi təsis olunsa da, formal olaraq müxalif partiya qəzeti kimi fəaliyyətə başlayıb. 2007-ci il sentyabrın 4-dən siyasi partiyalı kursdan siyasi təmayülsüz müstəqil qəzet mövqeyinə keçid edib. Azərbaycan Mətbuat Şurasının üzvüdür. == Ünvanı və telefonu == Azərbaycan, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı, VI mərtəbə Tel.: +994-12-510-87-40; +994-12-510-87-39; +994-12-510-87-38.