Qlen Vilyam Şou (ing. Glenn William Shaw; 1886[1][2], Los-Anceles, Kaliforniya – 1961[1]) – ABŞ pedaqoqu, yazıçısı, tərcüməçisi, dövlət məmuru.[4] 1916–1940 və 1949–1957-ci illərdə Yaponiyada aktiv fəaliyyət göstərmişdir.[4] İkinci dünya müharibəsinə qədər bir çox müasir Yaponiya yazıçısının əsərlərini ingilis dilinə tərcümə etmiş, Qərb dünyasının Yaponiyanı başa düşməsinə töhfə vermişdir.[4] Müharibədən sonra ABŞ–Yaponiya münasibətlərinin yaxşılaşdırılması üçün çalışmışdır.[4]
Qlenn Vilyam Şou | |
---|---|
Doğum tarixi | 1886[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1961[1] |
Vətəndaşlığı | |
Təhsili |
|
Fəaliyyəti | pedaqoq, tərcüməçi, yazıçı |
Qlen Vilyam Şou 1886-cı ildə ABŞ-nin Los-Anceles şəhərində doğulmuşdur.[4] 1910-cu ildə Kolorado Kollecindən məzun olmuş, Havay adaları, Yaponiya, Çin və Hindistanda ingilis dili dərsləri vermişdir.[4] 1916–1940-cı illərdə Yaponiyanın Osaka prefekturasında fəaliyyət göstərmişdir.[4] "Osaka Mainichi" qəzet şirkəti üçün radio yayımları hazırlamış, "Osaka Asahi Shimbun" qəzetinin köşə yazarı olmuşdur.[4]
Yapon dilini bildiyi üçün 1940–1949-cu illərdə ABŞ donanması üçün işləmiş, yapon dili təlimi ilə məşğul olmuş, Kolorado ştatında yerləşən Donanma Dil Məktəbinin direktoru olmuş, Vaşinqtonda yerləşən Donanma Kəşfiyyat Məktəbinin dekanı təyin olunmuşdur.[4] 1949-cu ildə dövlət tarixçisi kimi Yaponiyaya qayıtmış, Yaponiya Xarici İşlər Nazirliyinin sənədlərinin lentə alınma prosesinə başçılıq etmişdir.[4] 1952–1957-ci illərdə ABŞ-nin Tokio səfirliyində ABŞ İnformasiya Agentliyinin mədəniyyət işçisi kimi işləmişdir.[4]
ABŞ prezidentinin Ləyaqət sertifikatı (1947), Kolorado Kollecinin ədəbiyyat üzrə fəxri dərəcəsi (1954), eləcə də, Yaponiya hökumətinin üç ordeni ilə təltif olunmuşdur.[4]
Əsas əsərlərinə "Osaka eskizləri" (1929), "Yapon qaralama dəftəri" (1932) və "Yaponiyada yaşamaq" (1936) daxildir.[4] O, bir sıra müasir Yaponiya yazıçılarının əsərlərini tərcümə etmişdir: "Keşiş və onun şagirdləri" (1922, Hyakuzo Kurata), "Tocuronun sevgisi" (1925, Kikuçi Kan), "Adilik" (1927, Futabatey Şimey).[4] Rünoske Akutaqavanın hekayələrini tərcümə edərək 1930-cu ildə "Qrotesk və maraqlı hekayələr" adı ilə nəşr etdirmişdir.[4]