Arif Əbdürəhmanov
Arif Nadir oğlu Əbdürəhmanov (d. 5 aprel 1950) — "Azərbaycanfilm" kinostudiyasında Quruluşçu rəssam, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Musiqili Komediya, Gənc tamaşaçılar və Opera və Balet teatrlarında qoyulan tamaşaların quruluşçu rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Akademik rəngkarlıq" kafedrasının dosenti,
Azərbaycanın Əməkdar rəssamı.
== Həyatı ==
Əbdürəhmanov Arif Nadir oğlu 5 aprel, 1950-ci ildə Bakıda anadan olmuşdur. O, 1974-cü ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının Teatr-Dekor ixtisası üzrə bitirmişdir. Arif Əbdürəhmanov "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Musiqili Komediya, Gənc tamaşaçılar və Opera və Balet teatrlarında qoyulan tamaşaların quruluşçu rəssamı kimi fəaliyyət göstərmişdir. Arif Əbdürəhmanov İstanbul şəhərindəki Camal Rəşid Bəy konsert zalında qoyulan "Arşın mal alan" musiqili komediyasının quruluşçu rəssamı olmuşdur. Rəssam eləcədə V.A. Motsartın "Sehrli fleyta" operasının dekorasiyalarının, M.Zadornovun "Özümə ər almaq istəyirəm" tamaşasına, M.Maqomayevin "Şah İsmayıl" operasının, E.Aslanovun "Mənim dayım" tamaşasının eskizlərinin müəllifidir. Rəssamın əsərləri Türkiyədə, Rusiyada, İranda, Polşada nümayiş olunmuşdur. O, 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Arif Abdürəhmanov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Akademik rəngkarlıq" kafedrasının dosentidir.