ƏLBOŞİ
ƏLCƏ-ƏLCƏ
OBASTAN VİKİ
2011-ci il Əlcəzair iğtişaşları
12 fevral Əlcəzairin paytaxtı Əlcəzair şəhərində aksiyaçılarla polislər arasında qarşıdurma gedir. Lent.az-ın "France 24" telekanalına istinadən verdiyi məlumata görə, aksiyaçılar Əlcəzair prezidenti Abdelaziz Buteflikanın istefasını tələb edir, "Buteflika-rədd ol!" şüarları səsləndirirlər. Polis indiyə qədər 20 nəfəri saxlayıb. "France Presse" agentliyi isə artıq 2 min nəfərin polis səddini yardığı barədə məlumat yayıb. Misir ssenarisinin təkrarlanacağından qorxan Əlcəzair hakimiyyəti müxalifətə demokratik azadlıqların genişlənməsi, iş yerlərinin açılması və hökumət dəyişikliyi tələbi ilə kütləvi aksiya keçirməyə icazə verməsə də, insanlar küçələrə çıxıblar.Etiraz aksiyalarını müxalifət partiyalarının koalisiyası, sivil təşkilatlar və qeyri-rəsmi həmkarlar ittifaqları təşkil edəcək. Bundan öncə müxalifət dünən paytaxtda keçirilən nadir nümayişin iştirakçılarını alqışlamışdı. Həmin bu nümayiş küçələrə on minlərlə polisin çıxarılmasına baxmayaraq baş tutmuşdu. Tunis və Misirdə baş verən xalq üsyanlarından ruhlanan 2000-ə yaxın fəal paytaxtın 1 May meydanında toplaşaraq prezident Əbdüləziz Butelfikanın istefasını tələb ediblər. Bir çox fəallar polis barrikadalarını yararaq meydana çata bilmişlər. Əlcəzair hökuməti müxalifətin nümayişinin qarşısını almaq üçün küçəyə 30 min polis çıxarmışdı.
Afir (Əlcəzair)
Afir (ərəb. أعفير‎) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 17 metr yüksəklikdə, 62 km2 ərazidə yerləşir. == Demoqrafiya == 2008-ci ildə əhalinin sayı 13,223 nəfər idi.
Azzaba (Əlcəzair)
Azzaba (ərəb. عزابة‎) — Əlcəzairin Skikda vilayətində kommuna. Mədən bölgəsidir. Bir qrup civə vulkanogen-hidrotermal yataqları var. Ümumi ehtiyatları 12 min ton civədir. Filizdə civənin tərkibi 1,15% təşkil edir. Açıq mədən hasilatı təqribən 0,7 min tondur (1987).Kommuna çoxsaylı Roma xarabalıqlarının yerləşdiyi bir ərazidə salınmışdır. Fransa müstəmləkəçiliyi dövründə Jemmap adlanan kommunanın adı Əlcazirin müstəqillik dövründə dəyişdirilmişdir.
Azərbaycan–Əlcəzair münasibətləri
Azərbaycan–Əlcəzair münasibətləri — Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin aprel ayının 22-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Bir müddət Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərmişdir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Rəfael Allahverdiyev olmuşdur. == İqtisadi əlaqələr == === Əmtəə dövriyyəsi (min doll.) === == Mədəni əlaqələr == 1988-ci ildə Şamaxı rayonunun kənd sakinlərinin və Azərbaycan Dövlət İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə əlcəzairli rejissor Dedo Mate-Koco tərəfindən qısametrajlı "Fatimə" filmi çəkilmişdir. Filmdə Əlcəzair xalqının müstəmləkəçilik buxovlarından azad olunması uğrunda apardığı mübarizədən bəhs edilir.
Canet (Əlcəzair)
Canet (ərəb. جانت‎; fr. Djanet) — Əlcəzairin cənub-şərqində, İllizi vilayətində şəhər və kommuna. Canet dairəsinin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin cənubunda, Tassilin Accer yaylasının cənub hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,470 kilometr (910 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1,053 metr (3,455 ft) qədərdir.Canet kommunası İllizi və Bürc-əl-Huas kommunaları, Liviya və Niger əraziləri ilə həmsərhəddir. Sahəsi 57,460 km2-dir. == İqlimi == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 18 mm). Orta illik temperatur 23,4 °C-dir.
Korso (Əlcəzair)
Korso (ərəb. قورصو‎, fr. Corso) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 22 metr yüksəklikdə yerləşir, 22,4 km2 ərazini əhatə edir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 41 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 5 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 20,705 idi.
Milli Qurtuluş Cəbhəsi (Əlcəzair)
Milli Qurtuluş Cəbhəsi (fr. Front de libération nationale, FLN; ərəb. جبهة التحرير الوطني لجزائرية‎, Jabhat al-Taḩrīr al-Waţanī‎‎) — Əlcəzairdə milliyətçi siyasi partiya. Əlcəzair müharibəsi zamanı əsas milliyətçi hərəkat olmuşdur. Bu, 1989-cu ildə digər partiyalar qanuniləşdirilənə qədər Əlcəzair dövlətinin yeganə hüquqi və hakim siyasi partiyası idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Derradji Abder-Rahmane, The Algerian Guerrilla Campaign: Strategy & Tactics, Lewiston, New York: Edwin Mellen Press, 1997. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 1, Lewiston, New York: Edwin Mellen Press, September 2002. Derradji Abder-Rahmane, Concise History of Political Violence in Algeria in Arms: Brothers in Faith, Enemies in Arms, Vol. 2, Lewiston, New York: Edwin Mellen Press, November 2002.
Nasiriyyə (Əlcəzair)
Nasiriyyə (ərəb. ناصرية‎, fr. Naciria) — Əlcəzairin şimalında, Bumerdes vilayətinin ərazisində kommuna . == Coğrafi mövqe == Kommuna vilayətin cənub-şərq hissəsində, dəniz səviyyəsindən 158 metr yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 77 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 43 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 22,431 nəfər idi.
Penon de Əlcəzair
Penon de Əlcəzair (isp. Peñón de Argel) — Aralıq dənizinin Əlcəzair şəhəri sahilinə yaxın ərazidə yerləşən ada. Orta əsrlərdə ada qumlu dillə sahilə birləşirdi. == Tarix == 1510-cu ildə İspaniya imperiyası Afrikanın şimalında möhkəmlənmək məqsədi ilə Əlcəzairin yaxınlığında olan adanı işğal edir. Adanın məhdud imkanlarına baxmayaraq ispanlar burada istehkam inşa edə bilirlər. Adada yerləşən qarnizon 200 nəfərdən ibarət idi. Yerli sultan İspaniya imperiyasının vassallığını qəbul edir və kral II Ferdinanda and edir. Qala 1516-cı ildə Oruc Barbarossanın hücumuna məruz qalsa da ələ keçirilmir. 1529-ci ildə isə Xeyrəddin Barbarossa Əlcəzair müharibəsi əsnasında qalanı ələ keçirir. Onun əmri ilə qala ispanların regiondakı mövcudluğunun simbolu olaraq tamamən dağıdılır.
Premyer Liqa Qızıl Əlcək
Premyer Liqa Qızıl Əlcək (ing. Premier League Golden Glove) — Premyer liqada qol buraxmadan ən çox oyun keçirən qapıçıların qazandığı futbol mükafatıdır. Sponsorluq razılaşmaları nəticəsində, bu mükafat ilk dəfə 2004-05 mövsümündən bu yana hər il "Barclays Qızıl Əlcək" adıyla təqdim olunur. Başlanğıcda, Qızıl Əlcək mükafatı sadəcə bir oyunçu tərəfindən qazanılırdı. Qolsuz oyun sayılarının bərabər olması nəticəsində mükafat, qolsuz oyun sayısının sezon boyu çıxdığı oyun sayısına nisbəti yüksək olan qapıçıya verilirdi. 2013-14 mövsümündən etibarən isə mükafat, qapıçıların çıxdıqları oyun sayısına baxmayaraq, qol buraxmama rokordu bərabər olan qapıçılar arasında paylaşılır.Qızıl Əlcək mükafatları 2005-ci ildən verilməyə başlamışdır. Bu mükafatı ilk qazanan Petr Çex olmuşdur. Qapıçılar arasında ən çox qazananlar isə, dörd mükafatla Co Hart və Petr Çexdir. Hartın mükafatı qazandığı dörd mövsümdə də forma geydiyi Mançester Siti, hal-hazırda mükafatı ən çox qazanan klubdur. Hartın və Çexin dörd mükafatıyla ingilislər və çexlər mükafatı ən çox qazanan millətlər olaraq ilk sırada yer alarkən, onları üç mükafatla ispanlar izləyir.
Salam, Əlcəzair (1968)
== Məzmun == Film Əlcəzairdə keçirilən beynəlxalq yarmarka haqqındadır. Dünyanın 20 ölkəsinin iştirak etdiyi bu yarmarkada Azərbaycan yeganə respublika idi ki, ona xüsusi bölmə ayrılmışdı. Filmdə yarmarkanın açılışı, Əlcəzair dövlət xadimlərinin yarmarkanın Azərbaycan bölməsinə gəlişi, burada nümayiş etdirilən eksponatlar, Əlcəzairin qeyri-adi gözəlliyi, habelə respublikamızın incəsənət ustalarının konsertləri öz əksini tapmışdır.
Salam, Əlcəzair (film, 1968)
== Məzmun == Film Əlcəzairdə keçirilən beynəlxalq yarmarka haqqındadır. Dünyanın 20 ölkəsinin iştirak etdiyi bu yarmarkada Azərbaycan yeganə respublika idi ki, ona xüsusi bölmə ayrılmışdı. Filmdə yarmarkanın açılışı, Əlcəzair dövlət xadimlərinin yarmarkanın Azərbaycan bölməsinə gəlişi, burada nümayiş etdirilən eksponatlar, Əlcəzairin qeyri-adi gözəlliyi, habelə respublikamızın incəsənət ustalarının konsertləri öz əksini tapmışdır.
Sali (Əlcəzair)
Sali (ərəb. سالي‎‎) — ‎ Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Rəqqan dairəsinin bir hissəsidir. == Coğrafi mövqe == Şəhər vilayətin şərq hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1110 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 286 metr yüksəkdir.Sali kommunasının 16,683 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı 7 mm-dir).
İtalyan qadın Əlcəzairdə
İtalyan qadın Əlcəzairdə (it. L'italiana in Algeri) — Coakkino Rossininin 2 pərdəli Feliçe Romaninin librettosunda opera. Komediya janrda olan bu operanın ilk premyerası 22 may 1813-cü ildə Venesiyada, San-Benedetto teatrında səhnələşdirilmişdir. == Yazılma tarixi == Əvvəlcə operanın librettosuna bəstəkar Luici Moska tərəfindən opera bəstələnmişdir. Onun premyerası Milan teatrı La Skalada 16 avqust 1808-ci ildə səhnələşdirilmişdir. Rossini yeni əsəri üçün həmin librettonu götürərək bəstəkar Getano Rossi ilə bir qədər dəyişdirirlər. Bu opera həm də bir il sonra yazılmış olduğu "Türk İtaliyada" operası ilə analoq təşkil edir. == Personajlar == == Orkestr tərkibi == 2 fleyta (ikinci pikolo) *2 qaboy, *2 klarnet, *1 faqot 2 korno *2 trompet bas davul Simli alətlər piano, (Violonçel və kontrabas] == I Pərdə == zaman: XVIII əsr məkan: ƏlcəzairBəy sarayının zalı. Bəyin arvadı Elvira qulu Zulməyə Musatafanın onu daha sevməməsindən şikayət edir. İçəri daxil olan bəy bərk acıqlıdır.
Əlcək
Əlcək — əllər üçün nəzərdə tutulan geyim növü. == Tarixi == İlk əlcəklər Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər əlcəkləri torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Amma sonradan bir barmaq üçün yer tikildi. Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. Bu əlcəklər oddan və əllərin bulaşmasından uzaqlaşmaq üçün istifadə edilirdi. Orta əsr dövrünə qədər bu proses davam etdi, lakin sonradan dəriyə bənzər çox nazik quruluşa malik olan və barmaqlara sıxlaşmış əlcəklər tikdilər. Keçən əsrin kişiləri əllərində əlcəklər daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən əlcək taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da əlcəyin taxılması xoş hal deyil. Əlcəklərin tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir.
Əlcək vallabi
Əlcək vallabi (lat. Macropus irma) — kenquru cinsinə aid heyvan növü. Qara əlcəkli kenquru kimi də tanınan qərb fırçası kenquru, Qərbi Avstraliyanın cənub-qərb sahil bölgəsində yerləşən kenquru növüdür. Vallabi'nin əsas təhdidi,qırmızı tülkü tərəfindən ovlanmaqdır.
Əlcələr
Ölcələr (əvvəlki adı: Kuybışev) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə İmişli rayonunun Kuybışev kəndi Ölcələr kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == Kənd əhalisinin sayı 546 nəfərdir ki, onun da 281 nəfəri kişi, 265 nəfəri isə qadındır.
Əlcəzair
Əlcəzair (ərəb. الجزائر‎) və ya rəsmi adı ilə Əlcəzair Xalq Demokratik Respublikası (ərəb. الجمهورية الجزائرية الديمقراطية الشعبية‎‎) — Şimali Afrikada dövlət. Əlcəzair coğrafi baxımdan Məğrib ölkəsi hesab olunur. Ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Şimal-şərqdən Tunis, şərqdən Liviya, cənub-şərqdən Niger, cənub-qərbdən Mali, Mavritaniya və tanınmayan Qərbi Saxara, qərbdən Mərakeş ilə həmsərhəddir. Şimaldan isə Aralıq dənizi ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Əlcəzair şəhəri, ümumi sahəsi 2,381,741 kvadrat kilometr, əhalisinin sayı 44 milyon nəfərdən çoxdur. == Coğrafiyası == Əlcəzair 6 ölkə ilə həmsərhəddir — Tunis, Liviya, Niger, Mali, Mavritaniya, Qərbi Sahara və Mərakeş ilə. == Tarixi == Müasir Əlcəzair dövlətinin ərazisində qədim zamanlardə qədim Liviya tayfaları yaşayırdılar.
Əlcəzair (şəhər)
Əlcəzair (ərəb. مدينة الجزائر‎, Mədinət əl-Cəzair) — Əlcəzairin paytaxtı və ən böyük şəhəri. Əhalisi 1998-ci ilin hesablamalarına görə 2 882 897 nəfərdir. Aralıq dənizi sahilində yerləşən liman şəhəridir. == Tarixi == Şəhərin əsası 944-cü ildə Buluggin ibn Ziri tərəfindən qoyulmuş, XVI əsrdə türklərin idarəçiliyinə keçmişdir. 1830-cu ildə fransızlar tərəfindən ələ keçirilmiş və koloniyanın paytaxtı olmuşdur.
Əlcəzair Kasbahı
Kasbah (ərəb. قصبة‎, Qasba; qala deməkdir) — Əlcəzairdə, Əlcəzair şəhəri və ətrafındakı ərazilərdə yerləşən qala divarları. 1992-ci ildəUNESCO Əlcəzair Kasbahını "türbə, köhnə məscidlər və Osmanlı üslublu sarayların qalıqları və ənənəvi qalıqları olan, cəmiyyətin dərin köklü bir hissi ilə əlaqəli şəhər quruluşu " kimi Ümumdünya irsi siyahısına daxil etdi. == Etimologiya == Ümumilikdə kasbah Şimali Afrikanın bir çox şəhər və qəsəbələrində qala divarı mənasını verir. == Tarix == Əlcəzair Kasbahı köhnə qədim Roma koloniyası olan İkosium şəhərinin dağıntıları üzərində qurulmuşdur. Bura təpədə qurulan, dənizə doğru enən, yuxarı və aşağı şəhər olmaqla iki yerə bölünən orta-ölçülü bir şəhər idi. Fransız işğalı başlayan kimi, 1839-cu ildə Fransa qubernatoru Dar Hassan Paça buraya köçür. 1860-cı ildə III Napoleon şəhəri ziyarət edir. Fransız işğalından əvvəl, kazbahda 13 Cümə məscidi, 109 məscid, 32 məqbərə və 12 zəviyyə, ümumilikdə 166 dini bina var idi. Lakin bu dini tikililərin əksəriyyəti işğal zamanı dağıdıldı.
Əlcəzair Milli Xalq Məclisi
Milli Xalq Məclisi (ərəb. المجلس الشعبي الوطني‎, fr. Assemblée populaire nationale) — Əlcəzair parlamentinin aşağı palatası. == Struktur == Milli Xalq Məclisi birbaşa xalq tərəfindən seçilən 462 üzvdən ibarətdir. 462 yerdən 8-i xaricdə yaşayan əlcəzairlilər üçün ayrılmışdır. Xalq Məclisinin üzvləri çoxmandatlı seçki dairələri üzrə proporsional nümayəndəlik yolu ilə birbaşa beş il müddətinə seçilirlər. Bu quruma son seçkilər Məclisə seçilmək üçün yaş tələbi 28-dir.Əlcəzairdə vilayətlər adlanan 48 rayon və 4 xarici seçki dairəsi var.
Əlcəzair Millət Şurası
Millət Şurası (ərəb. مجلس الأمة‎, fr. Conseil de la nation) — Əlcəzair parlamentinin yuxarı palatası. Bu, 2/3-ü dolayı yolla seçilən, 1/3-i isə prezident tərəfindən təyin olunan 144 üzvdən ibarətdir. == Tərkibi == Millət Şurası 144 üzvdən ibarətdir, bunlardan: 96-sı dolayı səsvermə yolu ilə seçilir; 48-i Əlcəzair Prezidenti tərəfindən təyin edilir. == Seçkilər == Əlcəzairin inzibati bölmələrinin sayına uyğun gələn 48 iki yerlik seçki dairəsi (hər dairəyə iki mandat) malikdir. Seçkilər xalq məclisləri tərəfindən seçilənlərdən (təxminən 15 min üzv) ibarət seçicilər kollektivi tərəfindən iki turda səs çoxluğu ilə keçirilir. Millət Şurasına namizədin yaşı qırxdan az olmamalıdır. Səlahiyyət müddəti altı ildir. Şura hər il yarım yenilənir.
Əlcəzair Prezidenti
Əlcəzair Prezidenti (ərəb. رئيس الجزائر) – 1962-ci ildən Əlcəzair Xalq Demokratik Respublikasının başçısı. Ölkədə icra hakimiyyətinə başçılıq edir.
Əlcəzair Qırmızı Aypara Cəmiyyəti
Əlcəzair Qırmızı Aypara Cəmiyyəti (ing. Algerian Red Crescent Society) — 1957-ci ildə təsis edilmiş Əlcəzair humanitar könüllü təşkilatıdır. Yalnız 1963-cü ildən Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı tərəfindən tanınmışdır. == Əlcəzair Qırmızı Aypara Cəmiyyətinin tarixi və yaradılması == Əlcəzair Qırmızı Aypara Cəmiyyəti 1954-1962-ci illərdə Əlcəzair müharibəsi dövründə Qırmızı Xaç Daxili Komitəsi (QXDK) tərəfindən ilkin humanitar missiyalar zamanı təsis edildi. Fransız hökumətinin əlcəzairli tələbələrə insan hüquqlarının öyrənilməsi sahəsində təhsillə təmin etməsinə baxmayaraq, onlar müəyyən siyasi hadisələrin baş verdiyi zamanlarda bu hüquqlara açıq şəkildə sahib çıxmadılar.Beynəlxalq Qırmızı Xaç Komitəsi ilk missiyasını 1955-ci il fevral ayının birində həbs zamanı insan haqlarının pozulmasına və kobud rəftara məruz qalan məhbuslara və onların ailələrinə yardım göndərdiyi zaman yerinə yetirmişdir. Bu müddət ərzində bir tibb işçisinin iştirakı ilə ƏQAC sanitariya obyektlərinin, yataqxanaların və mətbəxlərin vəziyyəti, həmçinin tibbi müalicə və sağlamlıq baxımından araşdırmalar aparmaq üçün həbsxanada olan məhkumlar və işçilərlə görüşlər keçirmişdir. Bu missiyanın müvəffəqiyyətlə həyata keçirilməsindən sonra cəmiyyət yenidən 1956-cı ilin may ayının 12-dən iyun ayının 28-nə kimi 61 həbs düşərgəsini ziyarət etdi və burada işgəncə və pozğunluq halları ilə qarşılaşdı. Bu kimi xoşagəlinməz tapıntılar cəzaçəkmə müəssisələrində insan haqlarını nəzarət etmək üçün daha cəlbedici bir vəziyyətə ehtiyac duyulduğunu göstərdi və 1957-ci ilin yanvar ayının 10-da Əlcəzair Qırmızı Aypara Cəmiyyətinin yaradılmasını sürətləndirdi. Təşkilat ilk dəfə Milli Azadlıq Cəbhəsinin liderinin sürgündə olduğu Mərakeşin Tanjer və Tunisin Tunis şəhərində yaradıldı. Mamiya Şentof Tunisdəki şöbənin təsisçilərindən biri idi.
Əlcəzair Silahlı Qüvvələri
== İstinadlar ==

Значение слова в других словарях

вертолётчик жема́ннический пластова́ться понука́ние проныря́ть рационализова́ться хорёвый бегу́чий поотрыва́ть приба́вка схемати́чески трутовико́вые барловый остожье пробка chain-grate darg Luzon meal-monger ratbag sarsaparilla мыльный нижний обточка святейшество