Azərbaycan–Əlcəzair münasibətləri — Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Əlcəzair münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Əlcəzairdəki Azərbaycanin səfirliyi | |||||
Səfir | Tural Rzayev[1] | ||||
Ünvan | Əlcəzair şəhəri, Abou Nowas küç., 29 Hydra | ||||
Azərbaycandaki Əlcəzairin səfirliyi | |||||
Səfir | Abdeluahab Osman | ||||
Ünvan | Bakı, M. Useynov küç., 63 ISR Residence Appartments, Block A, 11 | ||||
Digər | |||||
Quruluş tarixi | 22 aprel 1994 | ||||
Dövriyyə | 0,002 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin aprel ayının 22-də qurulmuşdur[2].
Bir müddət Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərmişdir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Rəfael Allahverdiyev olmuşdur[3].
İl | İxrac | İdxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[4] | 9,26 | 1 376,63 | 1 385,89 |
2021[5] | 9,46 | 1 363,71 | 1 373,17 |
2022[6] | 366,31 | 1 111,35 | 1 477,66 |
1988-ci ildə Şamaxı rayonunun kənd sakinlərinin və Azərbaycan Dövlət İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə əlcəzairli rejissor Dedo Mate-Koco tərəfindən qısametrajlı "Fatimə" filmi çəkilmişdir. Filmdə Əlcəzair xalqının müstəmləkəçilik buxovlarından azad olunması uğrunda apardığı mübarizədən bəhs edilir.