12 fevral Əlcəzairin paytaxtı Əlcəzair şəhərində aksiyaçılarla polislər arasında qarşıdurma gedir. Lent.az-ın "France 24" telekanalına istinadən verdiyi məlumata görə, aksiyaçılar Əlcəzair prezidenti Abdelaziz Buteflikanın istefasını tələb edir, "Buteflika-rədd ol!" şüarları səsləndirirlər. Polis indiyə qədər 20 nəfəri saxlayıb. "France Presse" agentliyi isə artıq 2 min nəfərin polis səddini yardığı barədə məlumat yayıb. Misir ssenarisinin təkrarlanacağından qorxan Əlcəzair hakimiyyəti müxalifətə demokratik azadlıqların genişlənməsi, iş yerlərinin açılması və hökumət dəyişikliyi tələbi ilə kütləvi aksiya keçirməyə icazə verməsə də, insanlar küçələrə çıxıblar.[1]
Etiraz aksiyalarını müxalifət partiyalarının koalisiyası, sivil təşkilatlar və qeyri-rəsmi həmkarlar ittifaqları təşkil edəcək.
Bundan öncə müxalifət dünən paytaxtda keçirilən nadir nümayişin iştirakçılarını alqışlamışdı. Həmin bu nümayiş küçələrə on minlərlə polisin çıxarılmasına baxmayaraq baş tutmuşdu.
Tunis və Misirdə baş verən xalq üsyanlarından ruhlanan 2000-ə yaxın fəal paytaxtın 1 May meydanında toplaşaraq prezident Əbdüləziz Butelfikanın istefasını tələb ediblər. Bir çox fəallar polis barrikadalarını yararaq meydana çata bilmişlər.
Əlcəzair hökuməti müxalifətin nümayişinin qarşısını almaq üçün küçəyə 30 min polis çıxarmışdı. Polislər meydana daxil olan nümayişçilərin şəhərin içərisi ilə yürüş keçirməsinin qarşısını alıblar.[2]
Əlcəzairdə isə 30 ildən çoxdur hakimiyyətdə olan Əbdüləziz Buteflikanın istefasını tələb edən nümayişçilər polisin müqavimətini qıraraq paytaxtın mərkəzi meydanını tutub. Polis şəhərin mərkəzi meydanına gedən yolları bağlasa da, bir qrup aksiyaçı səddi yararaq meydana girib. Əlcəzair müxalifəti ölkədə islahatlar aparılmasını tələb edir. Hakimiyyət 19 ildir ki, ölkədə tətbiq olunmuş fövqəladə vəziyyət rejiminin ayın sonunda ləğv ediləcəyini vəd verib.[3]
Əlcəzair hökuməti ölkədə 19 ildir ki, davam edən fövqəladə vəziyyət rejimini ləğv edib. Qeyd edək ki, yanvarın sonlarından başlayaraq müxalif "Mədəniyyət və Demokratiya Uğrunda Yığıncaq" Partiyası tərəfindən paytaxt Əlcəzairdə kütləvi aksiyalar təşkil olunmağa başlanılıb. Aksiya iştirakçıları 1992-ci il fevralın 9-dan prezidentin əmri ilə tətbiq olunan və 1993-cü il fevralın 6-da parlament tərəfindən müddəti uzadılan fövqəladə vəziyyət rejiminin ləğv edilməsini, aksiya iştirakçılarının azadlığa buraxılmasını, bahalıq və işsizlik probleminin həllini tapmasın, kütləvi informasiya vasitələri üçün azad şəraitin yaradılmasını tələb edirlər.
Fevralın əvvəlində prezident Əbdüləziz Buteflika bəyan edib ki, Əlcəzair hakimiyyəti yaxın vaxtlarda fövqəladə vəziyyət rejimini ləğv edəcək, paytaxt istisna olmaqla, ölkənin bütün ərazisində mitinq və yürüşlərin keçirilməsinə icazə verəcək. O, dövlət televiziya və radio kanallarında bütün siyasi partiyalara efir vaxtı ayrılacağını da bildirib. Qənd və yağın qiymətinin 41 faiz aşağı salınacağı da verilən vədlər sırasındadır.[4]