Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Boys (Summertime Love): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Eagle94 (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Eagle94 (müzakirə | töhfələr)
Redaktənin izahı yoxdur
Sətir 26: Sətir 26:
|izah_səslənmə =
|izah_səslənmə =
}}
}}
'''Boys (Summertime Love)''' ({{lang-az|Oğlanlar (yay sevgisi)}}) — [[1987]]-ci ildə italiya müğənnisi [[Sabrina Salerno]] tərəfindən ifa edilmişdir. Bu mahnı ilk dəfə Böyük Britaniya hit-paradında göstərilmiş və üçüncü pilləyə yüksəlmişdir. Fransa və İsveçrə hit-paradında isə ilk pillədə mövqe tutmuşdur. "Boys" mahnısının remiks formaları Fransada [[1995]]-ci ildə "Boys '95", [[2003]]-cü ildə isə "Boys Boys Boys (The Dance Remixes)" adı ilə göstərilmişdir.<ref>[http://www.discogs.com/Sabrina-Boys-Boys-Boys-Remixes/release/1119541 Boys Boys Boys Remixes] Diskogs.com.</ref>
'''Boys (Summertime Love)''' ({{lang-az|Oğlanlar (yay sevgisi)}}) — [[1987]]-ci ildə italiya müğənnisi [[Sabrina Salerno]] tərəfindən ifa edilmişdir. Bu mahnı ilk dəfə Böyük Britaniya hit-paradında göstərilmiş və üçüncü pilləyə yüksəlmişdir. Fransa və İsveçrə hit-paradında isə ilk pillədə mövqe tutmuşdur. "Boys" mahnısının [[remiks]] formaları Fransada [[1995]]-ci ildə "Boys '95", [[2003]]-cü ildə isə "Boys Boys Boys (The Dance Remixes)" adı ilə göstərilmişdir.<ref>[http://www.discogs.com/Sabrina-Boys-Boys-Boys-Remixes/release/1119541 Boys Boys Boys Remixes] Diskogs.com.</ref>


== Klipi ==
== Klipi ==

17:10, 26 iyul 2015 tarixindəki versiya

Boys
Sabrina Salerno tərəfindən ifa olunmuş sinql
Yayımlanma tarixi 29 may 1987
Janr xalq musiqisi[d]
Dil ingilis dili
Sözlərin müəllifi Malcolm Charlton[d][1]

Boys (Summertime Love) (azərb. Oğlanlar (yay sevgisi)‎) — 1987-ci ildə italiya müğənnisi Sabrina Salerno tərəfindən ifa edilmişdir. Bu mahnı ilk dəfə Böyük Britaniya hit-paradında göstərilmiş və üçüncü pilləyə yüksəlmişdir. Fransa və İsveçrə hit-paradında isə ilk pillədə mövqe tutmuşdur. "Boys" mahnısının remiks formaları Fransada 1995-ci ildə "Boys '95", 2003-cü ildə isə "Boys Boys Boys (The Dance Remixes)" adı ilə göstərilmişdir.[2]

Klipi

Mahnının klipi İtaliyanın Venesiya kommunasının Yezolo şəhərində yerləşən Florida otelində olan hovuzun ətrafında çəkilmişdir.[3] 1988-ci ildə Sabrina "Super Channel" kanalının "Music Box" proqramında Nino Firetto ilə müsahibəsində etiraf etmişdir ki, həmin şəhvanə dəniz paltarını məşhur jurnallarında göstərilməsi üçün geyinmişdir. Onun sözlərinə görə, İtalyan jurnalları daha çox bu xarakterli kliplərə önəm verir. Mahnının klipinə Böyük Britaniyada qadağa qoyulması səbəbindən hit-paradda 3-cü mövqe tutmuşdur.

İstehsalı

Mahnı bir çox ölkələrdə məşhur olmuş və hit-paradlarında yüksək mövqe tutmuşdur.[4] Fransa hit-paradında 5 həftə ilk pilləni tutmuş və ümumi 25 həftə (12 dekabr 1987-28 may 1988) müxtəlif mövqe tutaraq, 1-ci pillədən 29-cu pilləyə enmişdir. Mahnının sertifikasiyası Fransa, AlmaniyaBöyük Britaniya hit-paradında qızıl sertifikasiyaya layiq görülmüşdür. Sabrina Salerno Fransa hit-paradında qızıl sertifikasiyaya layiq görülmüş ilk italyan müğənnisidir.[5] İtaliya hit-paradında üçüncü pillədə qərarlaşmış və 2 həftə ərzində müxtəlif pillələrdə mövqe tutmuşdur. 30 avqust 1987-ci il tarixində İsveçrə hit-paradında göstərilmiş və ilk pilləyə yüksəlmişdir.

Kaver versiyalar

  • 1988-ci ildə Yapon pop ifaçıları Aya Suqimoto mahnının kaver versiyasını ifa etmişdir. İngilis dilli kaver versiyası isə "Boys (Tokyo Mix)" adı ilə göstərilmiş və "Aya" albomuna daxil edilmişdir.
  • 1989-2013-cü illərdə Çin ifaçıları Yolinda Yan və Heken Li (ing. Hacken Lee) kanton dilində mahnının kaver versiyalarını ifa etmişlər.
  • 1994-cü ildə Fransanın rok janrında ifa edən musiqi qruplarından biri olan "Ludwig von 88" qrupu mahnının kaver versiyasını ifa etmiş və "17 plombs pour péter les tubes" adlı albomuna daxil etmişdir.
  • 1994-cü ildə çəkilən "Özünə inanmaq" adlı hind filmində mahnının kaver versiyası "Sexy Sexy Mujhe Log Bole" adı ilə ifa edilmişdir.
  • 2001-ci ildə Avstriyanın "Rimini Project" musiqi qrupu mahnının kaver versiyasını ifa etmişdir.
  • 2006-cı ildə "The Cheeky Girls" musiqi qrupu mahnının kaver versiyasını "Boys and Girls (Christmas Time Love)" ilə ifa etmişdir.
  • 2007-ci ildə Çin müğənnisi He Jie mahnının kaver versiyasını "Boys" adı ilə ifa etmişdir.

Kompozisiyaların siyahısı

Sabrin Salerno 30 oktyabr 2010-cu il tarixində Moskvada "Boys" mahnısını ifa edərkən

7" single Chic

  • 1."Boys (Summertime Love)" — 3:56
  • 2."Get Ready (Holiday Rock)" — 3:20

7" single Dureco Benelux

  • 1."Boys (Summertime Love)" — 3:30
  • 2."Get Ready (Holiday Rock)" — 3:30

12" single

  • 1."Boys (Summertime Love)" (extended mix) — 5:40
  • 2."Boys (Summertime Love)" (dub version) — 5:35
  • 3."Get Ready (Holiday Rock)" — 3:30

CD single – 1995 release

  • 1."Boys '95" (Radio Lovers Remix) – 5:36
  • 2."Boys '95" (N.Y.D.P. Mix) – 3:40

Hit-paradlar