Tsalka: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Redaktənin izahı yoxdur
k Samral Barmaqsız səhifəsinin adını Tsalka olaraq dəyişdi.
(Fərq yoxdur)

19:40, 13 may 2016 tarixindəki versiya

Şablon:Şəhər Tsalka[1][2]Gürcüstan Respublikasının Aşağı Kartli ölkəsində şəhər. Barmaqsız bələdiyyəsinin inzibati mərkəzi. Tsalka Su Anbarı yaxınlığında[3], dəniz səviyyəsindən 1569[4] metr hündürlükdə, Aşağı Kartlinin ikinci ən iri şəhəri olan Marneulidən 84 km[3] uzaqlıqda yerləşir.

Tarixi

22 dekabr 1932-ci ildə Başkeçid rayonu tərkibindəki Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırılmışdır.[5]

3 aprel 1984-cü ildə Tsalka rayonunun inzibati mərkəzi Tsalka qəsəbəsi rayon tabeli şəhər statusu almışdır.[6]

Əhalisi

Tsalka şəhərinin əhalisi[7]
15.1.1959 sa. 15.1.1970 sa. 17.1.1979 sa. 12.1.1989 sa. 17.1.2002 sa.
7 065 5 819 6 245 8 043 1 741

Milli tərkibi

17 yanvar 1939-cu il Ümumsovet əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun inzibati mərkəzi Tsalka kəndində 4.875 nəfər əhali yaşayırdı, onlardan 3.444 nəfərini və ya 70.65 %-ni urumlar, 171 nəfərini və ya 3.51 %-ni ermənilər, 166 nəfərini və ya 3.41 %-ni gürcülər, 43 nəfərini və ya 0.88 %-ni azərbaycanlılar, 1.051 nəfərini və ya 21.55 %-ni isə digərləri təşkil edirdi.[8]

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən Tsalka rayonunun Tsalka şəhərində, Bediani və Trialeti qəsəbələrində yaşayan toplam şəhər əhalisi 2.411[9] nəfər olmuşdur. Tsalka rayonunun toplam şəhər əhalisinin 59 %-ni urumlar, 23 %-ni gürcülər, 11 %-ni ermənilər, 2 %-ni ruslar, 1 %-ni isə azərbaycanlılar təşkil edir.[10]

2006-cı ilin yanvar-fevral aylarına olan rəsmi təxminə əsasən Tsalka şəhərinin 1.8 min nəfər əhalisnin 70 %-ni gürcülər, 15 %-ni urumlar, 10 %-ni azərbaycanlılar, 5 %-ni isə ermənilər təşkil edir.[11]

İqtisadiyyatı

İstinadlar

  1. Azərbaycan Respublikası: Atlas, səh. 14, 16 və s.
  2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakıda nəşr olunmuş Azərbaycan Respublikasının FizikiSiyasi xəritəsi
  3. 1 2 Значение слова "Цалка" в Большой Советской Энциклопедии
  4. Fallingrain Global Gazetteer: Tsalka, Georgia Page
  5. Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin müəllifi olduğu və 1997-ci ildə yayınlanmış "Alın yazımız" kitabı əsasında hazırlanmış "Borçalı tarixi" elektron kitabı. səh. 43
  6. Отдел по вопросам работы советов президиума верховного совета Грузинской ССР. Грузинская ССР, Административно-территориальное деление на 1 января 1987 года, Издание пятое. Издательство Сабчота Сакартвело. Тбилиси. 1988. стр. 264
  7. Population statistics of Eastern Europe: Cities & towns of Georgia
  8. Ethno-Caucasus, Этнодемография Кавказа: Цалкинский район (1939 г.)
  9. Population statistics of Eastern Europe: 2002 census all places of Georgia
  10. The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia. ECMI Working Paper #23. February, 2005
  11. Европейский Центр по Делам Меньшинств: Джонатан Уитли. Пути к разрядке напряженности в Цалкинском районе Грузии: роль международного сообщества и государства. ЕЦДМ, Рабочий доклад № 36. Декабрь, 2006

Həmçinin bax