Barmaqsız bələdiyyəsi

Salka bələdiyyəsi[5], Barmaqsız bələdiyyəsi[6][7]Gürcüstan Respublikasının Aşağı Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Salka şəhəridir.

Rayon
Salka bələdiyyəsi
gürc. წალკის მუნიციპალიტეტი (tsalkis munitsipaliteti)
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

41°35′59″ şm. e. 44°05′26″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Barmaqsız
İcra başçısı Revaz Şavloxaşvili[1]
Tarixi və coğrafiyası
Yaradılıb 1930
Sahəsi 1050.6[2] km²
Əhalisi
Əhalisi 23 500[3] nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi 53xx[4]
Rəsmi sayt
Salka bələdiyyəsi gürc. წალკის მუნიციპალიტეტი (tsalkis munitsipaliteti) xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tsalka rayoyu 1930-cu ildə təşkil edilmişdir. Buna qədər əraziləri 1921-1929-cu illərdə Tiflis qəzasına daxil idi. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə əsasən Tsalka rayonu 1.060 km² ərazini, bu ərazidə yerləşən 7 kənd sovetliyinə daxil olan toplam 44 kəndi və bu kəndlərdə yaşayan 35.163 nəfər əhalini əhatə edirdi, rayonun inzibati mərkəzi Güney Qala kəndi idi. 22 dekabr 1932-ci ildə Barmaqsız kəndinin adı dəyişdirilərək Tsalka qəsəbəsi adlandırıldı.[6][7][8] Yeni inzibati bölgüyə əsasən Tsalka qəsəbəsi Tsalka rayonunun inzibati mərkəzi oldu.

Barmaqsız bələdiyyəsi sıx hidroşəbəkəyə malikdir. Bələdiyyə ərazisində çoxlu sayda iri və xırda çaylar axır. Ən böyük çayı Borjomi ərazisində mənbəyini götürən Anaxatır çayıdır. İqlimi dağ iqlimidir. Orta illik temperatur 5,9 °C. İllik orta yağıntı miqdarı 600–740 mm-dir.

İnzibati-ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]
Tsalka rayonunun əhalisi[3]
1.1.1989 r.t. 1.1.2002 r.t. 1.1.2014 r.t.
44 187 20 226 18 849

2006-cı ilin iyul ayına olan rəsmi təxminə əsasən Tsalka rayonunun 22.6 min nəfər əhalisnin 11 min nəfərini və ya 48.7 %-ni ermənilər, 8 min nəfərini və ya 35.4 %-ni gürcülər, 1.8 min nəfərini və ya 8 %-ni azərbaycanlılar, 1.5 min nəfərini və ya 6.6 %-ni urumlar, 0.3 min nəfərini və ya 1.3 %-ni isə digərləri təşkil edir.[9] Əhalisinin sıxlığı hər km²-də 20 nəfərdir. Əhalinin 85%-ni kənd əhalisi təşkil edir.

Tsalka rayon əhalisinin milli tərkibi
Etnik qrup 1939 sa.[10] Nisbəti 1979 sa.[11] Nisbəti[11] 1989 sa.[12] Nisbəti[12] 2002 sa.[13][14] Nisbəti[13]
cəmi 40 286 100 % 49 340 100 % 44 438 100 % 20 888 100 %
erməni 11 726 29.11 % 13 996 28.37 % 12 671 28.51 % 11 484 54.98 %
urum 21 992 54.59 % 30 811 62.45 % 27 127 61.04 % 4 589 21.97 %
gürcü 1 147 2.85 % 1 710 3.47 % 1 613 3.63 % 2 510 12.02 %
azərbaycanlı 1 724 4.28 % 2 231 4.52 % 2 281 5.13 % 1 992 9.54 %
rus 1 578[15] 3.92 % 360 0.73 % 320 0.72 % 125 0.6 %
osetin 91 0.23 % 99 0.2 % 82 0.18 % 18 0.09 %
ukraynalı 469[15] 1.16 % 31 0.06 % 72 0.16 % 3 0.01 %
abxaz ... ... 1 0.00 % ... ... 2 0.01 %
kürdyezidi 3 0.01 % 7 0.01 % 4 0.01 % 2 0.01 %
alman 1 426 3.54 % ... ... ... ... ... ...
yəhudi 21 0.05 % 8 0.02 % ... ... ... ...
ləzgi 3 0.01 % ... ... ... ... ... ...
assuriyalı 3 0.01 % ... ... ... ... ... ...
digər 103 0.24 % 86 0.17 % 268 0.6 % 163 0.78 %

Yaşayış məntəqələri üzrə

[redaktə | mənbəni redaktə et]
Yaşayış məntəqəsinin adı Əhalinin sayı (2002) Əsas əhalisi
Aşqala 2043 99% erməni
Qızılkilsə 1848 98% erməni
Barmaqsız şəh. 1741 55% erməni, 22% urum, 12% gürcü, 9.5% azərbaycanlı
Nərdivan 1516 99% erməni
Quşçu 893 98% erməni
Xaçköy 863 98% erməni
Dərəköy 814 98% erməni
Ərcivan-Sarvan 794 100% azərbaycanlı
Ozni 754 99% erməni
Avranlı 717 81% urum
Tecis 607 100% azərbaycanlı
Ayazma 595 99% erməni
Rexa 525 79% gürcü, 20% urum
Qabur 491 100% erməni
Gümbət 471 82% gürcü
Burnaşeti 468 97% erməni
Cütkilsə 468 99% erməni
Öləng 405 94% urum
Beştaşen 373 87% urum
Daşbaşı 367 96% erməni
Yeddikilsə 351 96% urum
Cinis 304 100% urum
Neon-Xaraba 303 91% gürcü
Çölmən 295 99% azərbaycanlı
Günyaqala 236 72% urum
Başköy 207 66% urum
Xando 187 98% gürcü
Qaraköm 177 73% gürcü, 19% urum
Tsintskaro 168 67% urum
Təkkilsə 167 77% urum
Kərək 152 74% urum
Təzə-Xaraba 137 99% erməni
Livad 134 62% urum
Xram SES 118 39% erməni, 34% urum, 20% gürcü
Axalıq 112 71% urum
Çapayevka (Kavta) 88 93% gürcü
Santa 84 83% gürcü
İmera 74 84% urum
Gödəklər 73 100% azərbaycanlı
Səfər-Xaraba 54 87% urum
Şipək 35 89% urum
Tarson 9 78% azərbaycanlı, 22% gürcü
Akenda 0
Minasazkənd 0

Sovet İttifaqının dağılmasından, 1989-cu ildən bəri gürcülərin sürüşmə zonalarından Barmaqsıza köçürülməsindən və yunanların kütləvi şəkildə bölgəni tərk etməsindən əvvəl rayonun 46 kəndindən 28-də yunanlar, 13-də ermənilər, 4-də azərbaycanlılar, 1-də gürcülər əksəriyyət təşkil edirdi. Hal-hazırda isə rayon əhalisinin 55%-ini ermənilər təşkil edir və onların məskunlaşdığı kəndlər əhali sayına görə daha iridir. Əsasən erməni əhalili kəndlərin sayı 12, yunan əhalili 13, gürcü əhalili 7, azərbaycanlı əhalili 5-dir.

  • Əsasən erməni əhalili kəndlər: Aşqala, Qızılkilsə, Nərdivan, Quşçu, Dərəköy, Ozni, Ayazma, Qabur, Burnaşeti, Cütkilsə, Daşbaşı, Təzə-Xaraba.
  • Əsasən yunan əhalili kəndlər: Avranlı, Öləng, Beştaşen, Yeddikilsə, Cinis, Günyaqala, Başköy, Tsintskaro, Təkkilsə, Axalıq, İmera, Səfər-Xaraba, Şipək.
  • Əsasən azərbaycanlı əhalili kəndlər: Ərcivan-Sarvan, Tecis, Çölmən, Gödəklər, Tarson, keçmişdə Minasazkənd (indi kənd xarabalıqdır).
  • Əsasən gürcü əhalili kəndlər: Rexa, Gümbət, Neon-Xaraba, Xando, Qaraköm, Çapayevka, Santa.

Xram SES kəndinin əhalisi qarışıqdır (ermənilər, yunanlar, gürcülər).

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Barmaqsız bələdiyyəsinin illik büdcəsi 3 milyon laridir. Bələdiyyə gəlirlərinin əsas hissəsini kənd təsərrüfatı, maldarlıq, xırda sahibkarlıq və kommunal ödənişlər təşkil edir. Kənd təsərrüfatında istifadə edilən torpaq sahəsi 860 km² təşkil edir. Bələdiyyə ərazisindən respublika əhəmiyyətli magistral yol, həmçinin Marabda-Axalkalaki dəmiryolu keçir.

  1. Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: самоуправление: Муниципальные советы[ölü keçid]
  2. National Statistics Office of Georgia: ტომი I - საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგები Arxivləşdirilib 2015-10-23 at the Wayback Machine
  3. 1 2 National Statistics Office of Georgia: Population by Municipalities for the Beginning of the Year (Thousands) Arxivləşdirilib 2014-07-22 at the Wayback Machine. (official estimates)
  4. Georgian Post. 1805.
  5. Салка // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 274.
  6. 1 2 Borçalı toponimləri. Müəlliflər: Mədəd Çobanov və Müşfiq Çobanlı; Elmi redaktorlar: f. e. d. Tofiq Əhmədov, f. e. d. Buludxan Xəlilov, f. e. d. Şurəddin Məmmədli. Əlavələr olunmuş və yenidən işlənmiş dördüncü nəşr. Bakı: "Borçalı" nəşriyyatı, 2012, səh. 128.
  7. 1 2 Zirvə İnformasiya Mərkəzi. "Barmaksız (Zalqa) rayonu" (az.). zim.az. 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-23.
  8. Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin müəllifi olduğu və 1997-ci ildə yayınlanmış "Alın yazımız" kitabı əsasında hazırlanmış "Borçalı tarixi" elektron kitabı. səh. 43 Arxivləşdirilib 2012-09-02 at the Wayback Machine
  9. Европейский Центр по Делам Меньшинств: Джонатан Уитли. Пути к разрядке напряженности в Цалкинском районе Грузии: роль международного сообщества и государства Arxivləşdirilib 2016-01-31 at the Wayback Machine. ЕЦДМ, Рабочий доклад № 36. Декабрь, 2006
  10. Ethno-Caucasus, Этнодемография Кавказа: Цалкинский район (1939 г.) Arxivləşdirilib 2022-08-03 at the Wayback Machine
  11. 1 2 The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 1979 (Total/Percentage) Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine
  12. 1 2 The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 1989 (Total/Percentage) Arxivləşdirilib 2013-04-23 at the Wayback Machine
  13. 1 2 The European Centre for Minority Issues Caucasus: Ethnic Groups of Georgia: Census 2002 (Total/Percentage) Arxivləşdirilib 2013-11-01 at the Wayback Machine
  14. National İntegration and Tolerance in Georgia: Map: 2002 Census Courtesy of Department of Statistics Arxivləşdirilib 2012-08-01 at the Wayback Machine
  15. 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: : Распределение русских и украинцев по административно-территориальным единицам Грузинской ССР (1939 г.) Arxivləşdirilib 2021-11-05 at the Wayback Machine (без Абхазской АССР и Юго-Осетинской АО)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]