Böyükdimdik çovdarçı: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 39: Sətir 39:


== Sayı ==
== Sayı ==
[[Azərbaycan]]da [[adi saylı quş]] olub. XX əsrin əvvəllərində Bankovski Azərbaycanda bu növdən çoxlu kolleksiya toplayıb <ref>Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 214;</ref><ref>Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 116;</ref>. Sonralar mənfi faktorlara dözə bilməyib, məhdud yerlərdə qalıb və nadir olub [4, 6]. Sayının dinamikası məlum deyil. Əvvəllər miqrant kimi tanınıb <ref>Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 116;</ref><ref>Радде Г. Орнитологическая фауна Кавказа. Тифлис, изд-во Кав-казского музея, 1884, с. 329.</ref>. Son illərdə reproduksiyası dəqiq müəyyən edilib <ref>Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;</ref>.
[[Azərbaycan]]da [[adi saylı quş]] olub. [[XX əsrin əvvəlləri]]ndə Bankovski Azərbaycanda bu növdən çoxlu kolleksiya toplayıb <ref>Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 214;</ref><ref>Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 116;</ref>. Sonralar mənfi faktorlara dözə bilməyib, məhdud yerlərdə qalıb və nadir olub [4, 6]. Sayının dinamikası məlum deyil. Əvvəllər miqrant kimi tanınıb <ref>Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 116;</ref><ref>Радде Г. Орнитологическая фауна Кавказа. Тифлис, изд-во Кав-казского музея, 1884, с. 329.</ref>. Son illərdə reproduksiyası dəqiq müəyyən edilib <ref>Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;</ref>.


== Məhdudlaşdırıcı amillər ==
== Məhdudlaşdırıcı amillər ==

19:27, 9 may 2017 tarixindəki versiya

Böyükdimdik çovdarçı
Elmi təsnifat
Beynəlxalq elmi adı
Charadrius leschenaultii (Les., 1826)

Böyükdimdik bozca (lat. Charadrius leschenaultii) — Bozcalar fəsiləsinə aid quş növü.

Statusu

Nadirdir.

Kateqoriyası

(DD). Zəif öyrənilib. Məhdud ərazidə qalıb. Sayı məlum deyil.

Genefond əhəmiyyəti

Azərbaycan faunasında cinsin 5 növündən biridir.

Qısa təsviri

Dimdiyi cinsin başqa növlərinə nisbətən uzun və yoğundur. Bel tərəfi qum kimi boz, qarın tərəfi açıq rənglidir, amma döşünün yanlarında və çinədanı üzərindəki kürən köndələn zolaq enlidir, qanadlarının altı ağdır. Boynunun ardı kürən, alnı qaramtıl-qonurdur [1][2].

Yayılması

Asiyada nəsil verir, qışlamaq üçün AfrikayaŞimali Avstraliyaya qədər miqrasiya edir [3]. Azərbaycanın şərq hissəsi bu növün reproduktiv arealının qərb kənarını təşkil edir [4]: MuğanŞirvan düzlərində, Qobustanın Xəzər dənizinə yaxın hissələrində müşahidə edilir[5].

Yaşayış yeri və həyat tərzi

Gilli, seyrək şorangəli və yovşanlı səhranı xoşlayır, hətta bozqır və yarımsəhra landşaftlarının səhralıq hissələrində yaşayır. Azərbaycana nəsil vermək üçün gəlir, burada may ayından sentyabra qədər olur. Miqrant populyasiyası dəniz sahili üzrə köç edir [6][7][8]. Yeni faktlara əsasən böyükdimdik bozca yuva tikmir, heç bir bitki olmayan gilli torpaq üzərində yaşıl çalarlı tutqun gil rəngli 3-4 yumurta qoyub kürt yatır [9]. Belə quş təhlükə görən kimi yuvadan sakitcə uzaqlaşır, amma balası olan quş təhlükəyə qarşı həyəcan siqnalı verir, hətta özünü xəstəliyə vurub (imitasiya) yerə yıxılmaqla təhlükəni balasından uzaqlaşdırmağa çalışır. İyun ayının axırında pərvaz balaları müşahidə edilir. Həşəratməryəmqurdu (xərçəng) ilə yemlənir. Faydalıdır [10].

Sayı

Azərbaycanda adi saylı quş olub. XX əsrin əvvəllərində Bankovski Azərbaycanda bu növdən çoxlu kolleksiya toplayıb [11][12]. Sonralar mənfi faktorlara dözə bilməyib, məhdud yerlərdə qalıb və nadir olub [4, 6]. Sayının dinamikası məlum deyil. Əvvəllər miqrant kimi tanınıb [13][14]. Son illərdə reproduksiyası dəqiq müəyyən edilib [15].

Məhdudlaşdırıcı amillər

Qışlamada kollektiv təsərrüfata məxsus 5-10 min başdan ibarət qoyun sürüləri may ayında köç edərkən yuvalarını dağıtması, yerdə açıq şəraitdə yuvalarını çoban itləri, tülkü, çaqqal, vəhşi pişik, ilan və s. yırtıcıların tələf etməsi [16].

Əhali üçün əhəmiyyəti

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Faydalı fauna hesab edilib [17]. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir. Qırmızı kitabın II nəşrinə tövsiyə edilib [18].

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Qorunmasının vacibliyinin əhaliyə çatdırılması, Xəzər dənizinin sahilinə yaxın səhra və yarımsəhra yerlərdə ev heyvanlarının sayının normasına riayət edilməsi.

Həmçinin bax

Gözəl baladoydaq
Leşcil ağqartal
Ağ durna
Səhra balakəkliyi
Adi çivdimdik

Xarici keçidlər

Charadrius leschenaultii

İstinadlar

  1. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 214;
  2. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 176;
  3. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том III, с. 84-87;
  4. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 176;
  5. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 176;
  6. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 214;
  7. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 176;
  8. Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;
  9. Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;
  10. Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;
  11. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Elm”, 1977, s. 214;
  12. Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 116;
  13. Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 116;
  14. Радде Г. Орнитологическая фауна Кавказа. Тифлис, изд-во Кав-казского музея, 1884, с. 329.
  15. Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;
  16. Аскеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;
  17. Mustafayev Q.T., Babayev İ.R. və b. Quşlar sinfi-Aves // Azərbaycanın heyvanlar aləmi. III cild. Onurğalılar. Bakı, “Elm”, 2004, s. 313;
  18. скеров Ф., Мустафаев Г.Т., Бабаев И.Р. Мониторинг птиц с то-чечным методом на территории Сангачалского терминала // Мат-лы Респуб. Науч. Конф. “Научные успехи в биологии”. Баку, БГУ-90, 2009, с. 294-295;

Ədəbiyyat

1. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.