Solmaz Musayeva: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 3: Sətir 3:
|Orijinal adı = Solmaz Qurban qızı Musayeva
|Orijinal adı = Solmaz Qurban qızı Musayeva
|İlk adı =
|İlk adı =
|Şəkil = S.Musayeva.jpg
|Şəkil = Solmaz Musayeva.jpg
|Şəklin eni = 200px
|Şəklin eni = 200px
|Şəkilaltı yazı =
|Şəkilaltı yazı =

05:15, 2 iyun 2017 tarixindəki versiya

Solmaz Musayeva
Solmaz Qurban qızı Musayeva
Doğum tarixi
28 aprel 1928(1928-04-28)
Doğum yeri
Vəfat tarixi 21 oktyabr 2016(2016-10-21) (88 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili Muxina ad. Leninqrad Ali Rəssamlıq Məktəbi (1953-55)
Mükafatları Azərbaycan Respublikasının əməkdar rəssamı

Solmaz Musayeva - Azərbaycan Respublikasının Əməkdar Rəssamı (2007)

Həyatı

Solmaz Qurban qızı Musayeva 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açmışdır. 1947-52-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır. Təhsilini Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinin dekorativ-tətbiqi sənət fakültəsində davam etdirmişdir (1953-55-ci illər). 1965-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Yaradıcılığı

  • 1965-81-ci illərdə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rəssamı kimi çalışmışdır.
  • 1981-87-ci illərdə isə baş rəssam kimi çalışmış, teatrın Azərbaycanrus bölmələrində 60-a yaxın tamaşaya səhnə tərtibatı vermişdir. Bunlardan «Malçiş-Kibalçiş» (A.Qaydar), «Bu ev kimin evidir?» (S.Marşak), «Məşədi İbad» (Ü.Hacıbəyli), «Şəngülüm, Şüngülüm, Məngülüm» (Ə.Abbasov), «Cunquş» (X.Əlibəyli), «Qaravəlli» (Anar), «Meşə nağılı» (T.Mütəllibov), «Yumaq top» (F.Sadıq), «Şən ayılar» (V.Rabadan), H.X.Andersenin «Ole Lukoye və yaxud Sehrli çətirlər» (H.X.Andersen), «Cırtdan», «Sehrli nar» (hər ikisi- M.Seyidzadə) və s. tamaşaları qeyd etmək olar.
  • 1993-cü ildə rəssamın yaratdığı kuklalar Pakistanda keçirilən Şərq ölkələrinin tətbiqi sənət üzrə festivalında birinci dərəcəli mükafata layiq görülüb.
  • 1995-ci ildə rəssamın 25 kukladan ibarət zəngin koloritli «Azərbaycan qadın toyu» kompozisiyası S.Bəhlulzadə adına salonda Novruz sərgisində nümayiş etdirilən zaman sərgidə iştirak edən ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymət alıb. Həmin əsər Avstraliyada keçirilən Spartakiada zamanı da ekspozisiya olunub.
  • 2006-cı ildə 8 mart Qadınlar günü bayramı münasibətilə yaratdığı kompozisiya seçilərək UNESCO Baş qərargahında sərgilənib. Həmçinin "Şuşalı qadına Şirvanlı xanım qonaq gəlib" adlı əsəri UNESCO-nun mənzil-qərargahının daimi eksponatıdır.
  • 1974-cü ildə “İlham” kukla cizgi filmi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq festivalda I dərəcəli diploma layiq görülüb.
  • 1976-cı ildə “Göyçək Fatma” kukla cizgi filmi Gürcüstan Rəssamlar İttifaqının xüsusi diplomuna layiq görülüb.
  • 1980-ci ildə “Sağ ol, dostum”kukla cizgi filmi İrəvanda mükafata layiq görülüb. Azərbaycanda istehsal olunan ilk kukla cizgi filmlərinin rəssamı olan Solmaz Musayeva bu filmləri rejissor V.Behbudovla birlikdə ərsəyə gətirmişdir.
  • 1987-ci ildən etibarən fərdi yaradıcılıqla məşğuldur. Onun yaratdığı 4000-dən artıq etnoqrafik suvenir kuklalar (Azərbaycanın müxtəlif bölgələrinə aid geyimlərdə) muzeylərdə, Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır. [1] [2]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Sənət zirvəsinin Solmaz ulduzu
  2. Solmaz Qurban qızı Musayeva