Rəssam(ın) emalatxanası , tam adı Mənim bədii (və mənəvi) həyatımın yeddi il mərhələsinin həqiqi rəmzi (fr. L’Atelier du peintre. Allégorie Réelle déterminant une phase de sept années de ma vie artistique (et morale)) — Qüstav Kurbenin 1855 ci ildə yağlı boya texnikası ilə çəkmiş olduğu rəsm əsəri. Tablonun ölçüləri 361 × 598 sm-dir. Hal-hazırda əsər Parisin Orsay muzeyində sərgilənməkdədir.
“Rəssam emalatxanası” | ||
---|---|---|
fr. L'Atelier du peintre | ||
| ||
Rəssam | Qüstav Kurbe | |
Tarixi | 1855 | |
Üslubu | Realizm | |
Texnikası | Yağlı boya, kətan | |
Ölçüləri | 361 sm[1] × 598 sm[1] | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Orsay muzeyi | |
Saytı |
wga.hu/html_m/c/courbet/… musee-orsay.fr/en/node/1… musee-orsay.fr/fr/oeuvre… |
|
İnventar nömrəsi | RF 2257 | |
Vikianbarda əlaqəli mediafayllar |
Kurbe tablonu 1854 cü ildə işləməyə başlayır və cəmi 6 həftəyə bitirir. Bu rəsm haqqında o, belə deyirdi:
|
Tablo Kurbenin yeddi illik yaradıcılığının bir rəmzidir. Tablonun sol tərəfində cəmiyyətin hər təbəqəsinə aid insan fiqurları vardır. Ortada Kurbet bir mənzərə rəsmi üzərinə çalışmaqdadır. Yanında duran çılpaq model isə akademik sənət ənənəsinin bir simvoludur. Sağ tərəfdə isə aralarında Jorj Sand, Şarl Bodler, Şanflyori, Piyer-Jozef Prudon və kolleksiyaçı Alfred Bruyasın da yer aldığı rəssamın dostları və tərəfdaşları təsvir edilmişdir.
Tablonun sol kəsiyi |
Tablonun orta kəsiyi |
Tablonun sağ kəsiyi
|