Şövqi Hüseynov: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k →‎top: bayraqların azaldılması using AWB
Sətir 27: Sətir 27:


== Həyatı ==
== Həyatı ==
Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da [[Cəlilabad rayonu]]nda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olmuşdur. Xalq artisti, professor [[Cənnət Səlimova]]dan dərs alır.
Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da [[Cəlilabad rayonu]]nda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olmuşdur. Xalq artisti, professor [[Cənnət Səlimova]]dan dərs alıb.
1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır
1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır.2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 2014-cü ildən Akademik Musiqili Teatrının aktyorudur.
2000-ci ildən AzTv-nin kino və dublyaj redaksiyası ilə də əməkdaşlıq edir.
2000-ci ildən AzTv-nin kino və dublyaj redaksiyası ilə də əməkdaşlıq edir. 2019-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedoqoji fəaliyyətə başlayıb.


== Mükafatları ==
== Mükafatları ==

16:54, 22 fevral 2020 tarixindəki versiya

Şövqi Hüseynov
Doğum tarixi 9 avqust 1972(1972-08-09) (51 yaş)
Doğum yeri
Fəaliyyəti aktyor
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Hüseynov Şövqi Ərəstun oğlu (9 avqust 1972) — Azərbaycan teatr və kino aktyoru, "Zirvə" mükafatı laureatı (2015), "Stanislavski" medalı laureatı (2015).

Həyatı

Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da Cəlilabad rayonunda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olmuşdur. Xalq artisti, professor Cənnət Səlimovadan dərs alıb. 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır.2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 2014-cü ildən Akademik Musiqili Teatrının aktyorudur. 2000-ci ildən AzTv-nin kino və dublyaj redaksiyası ilə də əməkdaşlıq edir. 2019-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedoqoji fəaliyyətə başlayıb.

Mükafatları

İranda, Türkiyədə, Moskvada, Kiyevdə, Moldovada keçirilən beynəlxalq teatr festivallarının laureatı olmuşdur. Azərbaycan Respublikasının əməkdar artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4]9 may 2018-ci ildə[5] Prezident Mükafatına layiq görülmüşdür.10 mart 2015-ci ildə Milli Teatr günü Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində "O olmasın bu olsun" tamaşasında ifa etdiyi Məşədi İbad roluna görə "Zirvə" mükafına layiq görülüb. 29 oktyabr 2015-ci ildə Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqı tərəfindən "Stanislavski" medalına layiq görülüb.[6]

Şövqi Hüseynov 2018-ci ildə İranın Təbriz şəhərində keçirilən "Əlif" beynəlxalq teatr festivalında "Dəlinin qeydləri" tamaşasındakı Aksenti İvanoviç roluna görə, Ən yaxşı kişi rolu nominasiyasında birinci mükafata layiq görülüb.[7]

  • Aktrisa Şəbnəm Hüseynovanın həyat yoldaşıdır.

Teatrda oynadığı rollar

  1. Qazı ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadə)
  2. Skapen ("Skapenin kələyi", Jan Batist Molyer)
  3. Poprışşin ("Dəlinin qeydləri", Nikolay Vasilyeviç Qoqol) (mono tamaşa)
  4. Kin ("Edmund Kin", Qriqori Qorin)
  5. Vəzir ("Vəziri-xani-Lənkəran", Mirzə Fətəli Axundzadə
  6. Dərviş ("Müsyö Jordan və Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə)
  7. Narahat adam ("Ruh", Kamal Abdulla)
  8. Raffael ("Don Raffael-trombonçu", Peppino de Filippo)
  9. Ramiz ("Şirə bənzər", Rüstəm İbrahimbəyov)
  10. Kişi ("Bir...iki...bizimki", Kamal Abdulla)
  11. Qıvrımsaç ("Sən məni atmazsan ki...", Con Steynbek)
  12. Kontrabasçı ("Kontrabas", Patrik Züskind) (mono tamaşa)
  13. Salyeri ("Mosart və Salyeri", Aleksandr Sergeyeviç Puşkin)
  14. Don Quan ("Daş qonaq", Aleksandr Sergeyeviç Puşkin)
  15. Yaqo ("Otello", Uilyam Şekspir)
  16. Motl ("Mavi yuxular", Şolom Aleyxem)
  17. Şifone ("Mizantrop", Ejen Labiş)
  18. Manıs ("İtlər", İlqar Fəhmi və Oqtay Kazımi)
  19. Feyerbax ("Mən Feyerbaxam", Tankret Dorst) (mono tamaşa)
  20. Tanrıverdi ("Hekayəti-xırsi-quldurbasan", Mirzə Fətəli Axundzadə) (2009)
  21. Kral ("Eskorial", Mişel de Gelderode)
  22. Vladimir ("Qodo həsrətində", Semuel Bekket)
  23. Lopaxin ("Albalı bağı", Anton Pavloviç Çexov)
  24. Şeyx Sənan ("Şeyx Sənan", Hüseyn Cavid)
  25. Aydın ("Aydın", Cəfər Cabbarlı)
  26. Savalan ("Məhv olmuş gündəliklər" ,İlyas Əfəndiyev)
  27. Merkisio ("Romeo və Culyetta",Vilyam Şekspir)
  28. Markiz ("Markolfa",Dario Fo)
  29. III Riçard ("III Riçard",Vilyam Şekspir)
  30. İnqilab ("Miras",Hüseynbala Mirələmov)
  31. Məşədi İbad ("O olmasın,bu olsun",Üzeyir Hacıbəyov - Azərbaycan Dövlət Musiqili Teatrı)

Filmoqrafiya

  1. Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) - dublyaj
  2. Bütün Azərbaycan əsgər olmalı (1997, film-tamaşa)
  3. Məhv olmuş gündəliklər (film, 1999)
  4. Sabiqlər (film, 1999)
  5. Şirin bülbül (film, 2000)
  6. "Edelveys" və dəmir biləklər (film, 2001)
  7. Qeybdən gələn səs (film, 2002)
  8. Tənha durna uçuşu (film, 2003)
  9. Almas Yıldırım (film, 2004)
  10. Toy (II) (2004, film-tamaşa)
  11. Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) - mətn oxuyan
  12. Cavid ömrü (film, 2007)
  13. Seans (veriliş, 2007)
  14. Zəlimxan dastanı (film, 2007)
  15. Günaydın, mələyim! (film, 2008)
  16. Aşiqlər (film, 2008)
  17. Üç zirvənin fatehi (film, 2008)
  18. Cavad xan (film, 2009)
  19. Qaydasız döyüş (film, 2009)
  20. Rəfibəylilər (film, 2009)
  21. Yaddaş (film, 2010)– Azər
  22. Aktrisa (film, 2011) (tammetrajlı bədii film) - rol: Murad Babayev
  23. Bir gün olmasam... (film, 2012)
  24. Pərvanələrin rəqsi (serial, 2012)
  25. Yaşadan, yaşayan Yaşar (film, 2012)
  26. Dərvişin qeydləri (film, 2013)
  27. Sonuncu fəsil (teleserial, 2013)
  28. Qaynanamız (teleserial, 2015)
  29. Xeyirlə şərin rəqsi (film, 2016)
  30. Vicdan haqqı (teleserial, 2016)

İstinadlar

  1. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  2. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  3. İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  4. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. İstifadə tarixi: 2017-05-02.
  5. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. İstifadə tarixi: 2018-05-10.
  6. "Xortdanın cəhənnəm məktubları"nı Rusiyada oxudular - FOTO
  7. 525-ci qəzet. "Əməkdar artist Şövqi Hüseynov "Əlif" Festivalında birinci oldu" (az.). 525.az. 28.11.2018. İstifadə tarixi: 2018-11-28.

Xarici keçidlər