Hüseynov Şövqi Ərəstun oğlu (9 avqust 1972, Cəlilabad rayonu) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının (2002) və Kalmıkiyanın RF (2016) Əməkdar artisti, "Qızıl Dərviş"(2006) və "Zirvə" (2015) mükafatları laureatı , "Stanislavski" medalı laureatı (2015).
Şövqi Hüseynov |
Doğum tarixi |
9 avqust 1972(1972-08-09) (51 yaş) |
Doğum yeri |
|
Həyat yoldaşı |
Şəbnəm Hüseynova |
Uşağı |
Ülvi Hüseynzadə |
Atası |
Ərəstun Hüseynov |
Fəaliyyəti |
aktyor |
Mükafatları |
|
Şövqi Hüseynov 1972-ci il avqust ayının 9-da Cəlilabad rayonunda anadan olub. 1989-cu ildə İncəsənət Universitetinin dram teatr və kino aktyoru fakültəsinə daxil olmuşdur. Xalq artisti, professor Cənnət Səlimovadan dərs alıb. 1991-ci ildən Cənnət xanımın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Kamera Teatrında aktyor vəzifəsində fəaliyyətə başlamışdır 2000-ci ildən həm də dublyaj fəaliyyəti ilə məşğuldur. 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 2014-cü ildən Akademik Musiqili Teatrın aktyorudur. 2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
İranda, Türkiyədə, Moskvada, Kiyevdə, Moldovada, Belarusiyada, Şri-Lankada, Makedoniyada keçirilən beynəlxalq teatr festivallarının laureatı olmuşdur.
Azərbaycan Respublikasının əməkdar artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 9 may 2018-ci ildə[5], 7 may 2020-ci ildə[6], 7 may 2021-ci ildə[7] və 10 may 2022-ci ildə[8] Prezident Mükafatına layiq görülmüşdür. 10 mart 2015-ci ildə Milli Teatr günü Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində "O olmasın bu olsun" tamaşasında ifa etdiyi Məşədi İbad roluna görə "Zirvə" mükafına layiq görülüb. 29 oktyabr 2015-ci ildə Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqı tərəfindən "Stanislavski" medalına layiq görülüb.[9]
Şövqi Hüseynov 2018-ci ildə İranın Təbriz şəhərində keçirilən "Əlif" beynəlxalq teatr festivalında "Dəlinin qeydləri" tamaşasındakı Aksenti İvanoviç roluna görə, Ən yaxşı kişi rolu nominasiyasında birinci mükafata layiq görülüb.[10]
2016-cı ildə Makedoniyanın Bitola şəhərində keçirilən Beynəlxalq Teatr Festivalının Qran-Pri mükafatına layiq görülüb.
- Aktrisa Şəbnəm Hüseynovanın həyat yoldaşıdır.
- Qazı ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadə)
- Skapen ("Skapenin kələyi", Jan Batist Molyer)
- Poprışşin ("Dəlinin qeydləri", Nikolay Vasilyeviç Qoqol) (mono tamaşa)
- Kin ("Edmund Kin", Qriqori Qorin)
- Vəzir ("Vəziri-xani-Lənkəran", Mirzə Fətəli Axundzadə
- Dərviş ("Müsyö Jordan və Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə)
- Narahat adam ("Ruh", Kamal Abdulla)
- Raffael ("Don Raffael-trombonçu", Peppino de Filippo)
- Ramiz ("Şirə bənzər", Rüstəm İbrahimbəyov)
- Kişi ("Bir…iki…bizimki", Kamal Abdulla)
- Qıvrımsaç ("Sən məni atmazsan ki…", Con Steynbek)
- Kontrabasçı ("Kontrabas", Patrik Züskind) (mono tamaşa)
- Salyeri ("Mosart və Salyeri", Aleksandr Sergeyeviç Puşkin)
- Don Quan ("Daş qonaq", Aleksandr Sergeyeviç Puşkin)
- Yaqo ("Otello", Uilyam Şekspir)
- Motl ("Mavi yuxular", Şolom Aleyxem)
- Şifone ("Mizantrop", Ejen Labiş)
- Manıs ("İtlər", İlqar Fəhmi və Oqtay Kazımi)
- Feyerbax ("Mən Feyerbaxam", Tankret Dorst) (mono tamaşa)
- Tanrıverdi ("Hekayəti-xırsi-quldurbasan", Mirzə Fətəli Axundzadə)
- Kral ("Eskorial", Mişel de Gelderode)
- Vladimir ("Qodo həsrətində", Semuel Bekket)
- Lopaxin ("Albalı bağı", Anton Pavloviç Çexov)
- Şeyx Sənan ("Şeyx Sənan", Hüseyn Cavid)
- Aydın ("Aydın", Cəfər Cabbarlı)
- Savalan ("Məhv olmuş gündəliklər" , İlyas Əfəndiyev)
- Merkisio ("Romeo və Culyetta", Vilyam Şekspir)
- Markiz ("Markolfa", Dario Fo)
- III Riçard ("III Riçard", Vilyam Şekspir)
- İnqilab ("Miras", Hüseynbala Mirələmov)
- Məşədi İbad ("O olmasın, bu olsun", Üzeyir Hacıbəyov — Azərbaycan Dövlət Musiqili Teatrı)
- Oqtay ("Oqtay Eloğlu", Cəfər Cabbarlı)
- Kavaler ("Mehmanxana Sahibəsi", Karlo Qaldoni)
- Estraqon ("Qodo həsrətində", Camuel Bekket — Akademik Musiqili Teatr)
- Mir Cəfər Bağırov ("Nuri-didə Ceyhun", Əli Əmirli — Akademik Musiqili Teatr)
- Tülkü ("Balaca Şahzadə", Antuan De-Sent Ekzüperi — Akademik Musiqili Teatr)
- Mebius ("Dəlixanada Qətl", Fridrix Dürrenmatt)
- Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) — (AZTV dublyajı) film səsləndirən: Əhməd (Mikayıl Kərimov);Zeynal (Eldəniz Rəsulov);Fazil (Hamlet Qurbanov)
- Bütün Azərbaycan əsgər olmalı (1997, film-tamaşa)
- Məhv olmuş gündəliklər (film, 1999) — rol: Qənimət
- Sabiqlər (film, 1999)
- Şirin bülbül (film, 2000) — rol: Jurnalist
- "Edelveys" və dəmir biləklər (film, 2001)
- Qeybdən gələn səs (film, 2002) — rol: Müşfiq
- Tənha durna uçuşu (film, 2003) — film səsləndirən: Nəsib (Ötkəm İsgəndərov)
- Almas Yıldırım (film, 2004) — rol: agent;kəndli
- Toy (II) (2004, film-tamaşa)
- Abbas Səhhət (film, 2007) (qısametrajlı sənədli film) (AzTV) — mətn oxuyan
- Cavid ömrü (film, 2007) — film səsləndirən: Mikayıl Müşfiq (Qurban Məsimov)
- Seans (veriliş, 2007) — Verilişdə iştirak edən
- Zəlimxan dastanı (film, 2007) — Mətni oxuyan
- Günaydın, mələyim! (film, 2008) — rol
- Aşiqlər (film, 2008) — rol: NKVD işçisi
- Üç zirvənin fatehi (film, 2008)
- Cavad xan (film, 2009) — film səsləndirən: Hüseynqulu xan (Anar Fərəcbəyli)
- Qaydasız döyüş (film, 2009) — rol: kapitan Ağayev
- Rəfibəylilər (film, 2009)
- Yaddaş (film, 2010) – rol: Azər
- Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: Murad Babayev
- Bir gün olmasam... (film, 2012) — Mətni oxuyan
- Pərvanələrin rəqsi (serial, 2012) — rol: Tofiq Qüdrətov
- Yaşadan, yaşayan Yaşar (film, 2012) — Mətni oxuyan
- Dərvişin qeydləri (film, 2013) — rol: karvansaraçı
- Sonuncu fəsil (teleserial, 2013) — rol: Sədi Zamanlı
- Qaynanamız (teleserial, 2015) — rol: İmaş
- Xeyirlə şərin rəqsi (film, 2015) — rol: Qulam
- Vicdan haqqı (teleserial, 2016)
- Yalan (film, 2005) — film səsləndirən: Vasif (Elçin Əhmədov)
- Məhkumlar (film, 2007) — film səsləndirən: Eldar (Ramil Zeynalov)
- Tahirənin İntiqamı (serial,2009) — film səsləndirən: Fazil (Tariyel Qasımov)