Polimer Materialları İnstitutu (Azərbaycan): Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur Teqlər: Mobil redaktə Mobil tətbiqetmə vasitəsilə redaktə iOS tətbiqetməsi vasitəsilə redaktə |
Redaktənin izahı yoxdur Teqlər: Mobil redaktə Mobil tətbiqetmə vasitəsilə redaktə iOS tətbiqetməsi vasitəsilə redaktə |
||
Sətir 1: | Sətir 1: | ||
'''Polimer Materialları İnstitutu''' — [[Azərbaycan Milli Elmlər Akademiyası]]nın strukturuna daxil olan elmi tədqiqat institutu. |
'''Polimer Materialları İnstitutu''' — [[Azərbaycan Milli Elmlər Akademiyası]]nın strukturuna daxil olan elmi tədqiqat institutu. |
||
== |
== Fəaliyyət istiqamətləri == |
||
*İnstitutun quruluşunun dəyişdirilməsi, yeni quruluşda polimer materialları istiqamətinə üstünlük verilməsi; |
*İnstitutun quruluşunun dəyişdirilməsi, yeni quruluşda polimer materialları istiqamətinə üstünlük verilməsi; |
||
*Elmi istiqamətlərin müasirləşdirilməsi, multidissiplinar xarakterli istigamətlərə üstünlük verilməsi, müvafiq layihələrin tərtibi və maliyyələşdirmə üçün təqdimi; |
*Elmi istiqamətlərin müasirləşdirilməsi, multidissiplinar xarakterli istigamətlərə üstünlük verilməsi, müvafiq layihələrin tərtibi və maliyyələşdirmə üçün təqdimi; |
19:04, 9 may 2020 tarixindəki versiya
Polimer Materialları İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu.
Fəaliyyət istiqamətləri
- İnstitutun quruluşunun dəyişdirilməsi, yeni quruluşda polimer materialları istiqamətinə üstünlük verilməsi;
- Elmi istiqamətlərin müasirləşdirilməsi, multidissiplinar xarakterli istigamətlərə üstünlük verilməsi, müvafiq layihələrin tərtibi və maliyyələşdirmə üçün təqdimi;
- İTK vasitələrinin tətbiqinin genişləndirilməsi, dünya elmi informasiya bazalarından və mənbələrindən məlumatların toplanması;
- Kadr dəyişiklikləri, yüksək ixtisaslı kadrların instituta cəlb edilməsi ilə yanaşı, gənc kadrların hazırlanması və onların aparıcı vəzifələrə yerləşdirilməsi;
- İnstitutda əvvəllər əldə edilmiş elmi-praktiki nəticələrin təhlili və tətbiq üçün təkliflərin verilməsi;
- Beynəlxalq əlaqələrin genişləndirilməsi, birgə layihələr üzrə müqavilələr bağlanması;
- Sənaye qurumları, elm və təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi;
Təşkilatın tarixi haqqında
İnstitut 1966-cı ildə yaradılmışdır. O, 1966-1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmiş və sonradan 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Xlor Üzvi Sintez İnstitutuna çevrilmişdir. 1991-ci ildən indiyə qədər AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun ilk direktoru (1966-1973) k.e.d., professor S.İ.Sadıqzadə olmuşdur. İnstituta 1973-1986-cı illərdə AMEA-nın müxbir üzvü, k.e.d., professor M.M.Hüseynov direktorluq etmişdir. 1987-ci ildən 2007-ci ilədək institutun direktoru AMEA-nın həqiqi üzvü, k.e.d., professor A.A.Əfəndiyev, 2007-2014-cü ilin mart ayına qədər AMEA-nın müxbir üzvü, k.e.d., professor A.M.Quliyev olmuşdur. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər institutun direktoru AMEA-nın akademiki A.H.Əzizov olmuşdur. Hal-hazırda isə institutun direktoru AMEA-nın müxbir üzvü, k.e.d., professor B.Ə.Məmmədovdur.