Akif Həmid oğlu Əzizov (2 noyabr 1943, Umudlu, DQMV – 20 noyabr 2016, Bakı) — Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyası Polimer Materialları İnstitutunun direktoru, kimya elmləri doktoru, akademik.[1][2]
Akif Əzizov | |
---|---|
Akif Həmid oğlu Əzizov | |
Doğum tarixi | 2 noyabr 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 2016 (73 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | akademik |
İş yeri | AMEA Polimer Materialları İnstitutunun direktoru |
Təhsili | |
Mükafatları |
Akif Əzizov 1943-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun (Mardakert) Umudlu kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1960-cı ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub[3]. 1964–1966-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. Orada polimer kimyasının əsasını qoymuş akademiklərdən V. A. Kargin və V. A. Kabanovun tələbəsi olmuşdur. 1966-cı ildə AMEA NKPİ-də əmək fəaliyyətinə başlayıb və orada aspiranturaya daxil olub. Elə həmin il Moskva şəhərinə SSRİ EA Neft-Kimya Sintez İnstitutunun məqsədli aspiranturasına göndərilir.1971-ci ildə SSRİ EA Neft-Kimya Sintezi İnstitutunun Elmi Şurasında Akif Əzizov "Haloidxinonların iştirakında nikelin π-allil kompleksləri əsaslı sistemlərin təsiri altında butadienin stereomüntəzəm polimerləş-məsinin qanunauyğunluqlarının öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və kimya elmləri namizədi elmi dərəcəsi almışdır.
Akif Əzizov uzun illər apardığı məhsuldar tədqiqatların nəticələrini ümumiləşdirərək 1991-ci ildə "Oliqomerləşmə və polimerləşmə proseslərinin metal-üzvi katalizində liqandların və zəif metal-liqand əlaqələrinin rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildə keçmiş SSRİ Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, 1992-ci ildə "Kinetika və kataliz" ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir[4].
O, 1970–1985-ci illərdə AMEA NKPİ-də kiçik və böyük elmi işçi, 1985-ci ildən 1989-cu ilə kimi "Metalkompleks katalizatorları" laboratoriyasının müdiri vəzifəsində işləmiş, 1988-ci ildən etibarən indiyə kimi institut direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışır. Eyni zamanda 2003–2012-ci illərdə institutda yeni yaradılmış "Neft-kimya proseslərində ion-mayeləri texnologiyaları" şöbəsinə rəhbərlik etmişdir. O, NKPİ-un elmi işlər üzrə direktor müavini vəzifəsini yerinə yetirməklə yanaşı 2012–2014-cü illərdə institutun "Monomerlər, oliqomerlər və kataliz" şöbəsinə rəhbərlik edir.
1970–1985-ci illərdə NKPİ-də gərgin elmi fəaliyyət göstərən bu gənc mütəxəssis üç il metalkompleks katalizatorlar laboratoriyasına rəhbərlik edir. 1988-ci ildən NKPİ-nin elmi işlər üzrə direktor müavinidir. Eyni zamanda, 2003-cü ildə institutda yaradılmış neft-kimya proseslərində ion-mayeləri texnologiyaları şöbəsinə rəhbərlik edir, həm də NKPİ nəzdində yaradılmış kiçik elmi şuranın sədri və elmi seminarların rəhbəridir.
Beynəlxalq aləmdə yaxşı tanınan alim həmçinin Nyu-York Elmər Akademiyasının və Amerika Kimya Cəmiyyətinin üzvüdür. A. Əzizov dəfələrlə beynəlxalq forumlarda, konfranslarda Azərbaycanı təmsil etmişdir. Çoxillik elmi-tədqiqat işlərinin səmərəsinə görə o, 1986-cı ildə "Əmək rəşadəti" medalına layiq görülmüş, 1994-cü ildə isə Soros Fondunun fərdi qrantını almışdır.
2010-cu ilin iyunuda akademik Akif Əzizov Rusiya Elmlər Akademiyası yer altından çıxarılan və bərpa olunan karbon tərkibli xammalların kimyası üzrə Elmi Şurasının üzvü seçilib.[5]
A. H. Əzizov Nyu-York Elmlər Akademiyasının və Amerika Kimya Cəmiyyətinin üzvüdür, onun adı ABŞ-də nəşr olunan "Elm və texnikada kim kimdir" sorğu kitabına və İngiltərədə nəşr olunan Beynəlxalq bioqrafik lüğətə daxil edilmişdir.
AMEA Kimya Problemləri İnstitutunun nəzdində