Əbdürrəhim Karakoç: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k Yazıçı şablonu qaydaya salınır
Sətir 72: Sətir 72:
== Xarici keçidlər ==
== Xarici keçidlər ==
* [http://www.antoloji.com/siir/sair/sair.asp?sair=17 Əbdürrəhim Karakoçun bütün şeirləri - Antoloji.com] {{tr}}
* [http://www.antoloji.com/siir/sair/sair.asp?sair=17 Əbdürrəhim Karakoçun bütün şeirləri - Antoloji.com] {{tr}}
* [https://www.bakupost.az/qarabaa-mektub-seirini-yazan-karakoc-kimdir/?fbclid=IwAR1z09dv6tyc1Ux8RdTJBMweJZtuV1v_3Fsb1JPLWFG0TnplpDhOzvXMr-Y “Qarabağa məktub” şeirini yazan Karakoç kimdir?]

[[Kateqoriya:Türkiyə şairləri]]
[[Kateqoriya:Türkiyə şairləri]]
[[Kateqoriya:Türk şairlər]]
[[Kateqoriya:Türk şairlər]]

07:03, 6 dekabr 2020 tarixindəki versiya

Əbdürrəhim Karakoç
Doğum tarixi 7 aprel 1932(1932-04-07)[1]
Doğum yeri
Vəfat tarixi 7 iyun 2012(2012-06-07) (80 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Yoluxucu xəstəliklər
Dəfn yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Fəaliyyəti jurnalist, şair

Əbdürrəhim Karakoç (7 aprel 1932[1], Əlbistan, Qəhrəmanmərəş ili7 iyun 2012, Ankara) — Türkiyə şairi, jurnalist.

Həyatı

Əbdürrəhim Karakoç 1932-ci ilin aprel ayında Qəhrəmanmaraş ilinin Ekinözü ilçəsində dünyaya gəlmişdir. Babası, atası və qardaşları da şair olduğu üçün kiçik yaşlarından şeirə maraq göstəmişdir. İlk yazdığı təxminən 2 kitab həcmində şeirlərini bəyənmədiyi üçün yandırmışdır. 1958-ci ildən etibarən yazdıqlarını "Həsənə məktublar" adı altında 1964-cü ildə 10 000 nüsxəylə çap etdirmişdir. Fədai Nəşriyyatında çap olunan bu kitab qısa zaman içində satıldığına görə yenidən 10 000 nüsxəylə nəşr olunmuşdur. 1958-ci ildə yaşadığı qəsəbənin bələdiyyəsində məsul mühasib işləməyə başlamışdır. 1981-ci ilin mart ayında təqaüdə çıxmışdır.

Şeirlərinin əksəriyyəti mübariz ruhdadır. Həcvləri əsasən haqsızlıqların, demokratiya məsxərəsinin tənqidinə yönəlmişdir. Təxminən 30 dəfə məhkəməyə verilsə də hamısında bəraət almışdır. Bu məhkəmələrdə özünə heç vaxt vəkil tutmamış, özü-özünü müdafiə etmişdir. Hakimiyyətə gələn iqtidarların hamısına müxalif mövqedə durmuşdur.

Şeirlərinin əsas mövzusu insandır. "Serdengeçti", "Töre-Dövlet", "Ocak", "Yeni Düşünce", "Yenisey", "Alperen" nəşriyyatlarında bu günə qədər 12 şeir kitabı və 1 məqalələr tolusu nəşr olunmuşdur.

1985-ci ildən jurnalistika sahəsində çalışmışdır. Bir müddət siyasətə qoşulsa da sonradan ayrılmışdır. Bir yazısında siyasətə nəyə görə qoşulub nəyə görə ayrıldığına belə aydınlıq gətirmişdir: "Allah rizası üçün qoşulmuşdum, Allah rizası üçün də ayrıldım".

Xəstəliyi

2012-ci ildə ciyərlərindəki infeksiya səbəbiylə bir müddət Konyada müalicə almışdır [2]. Vəfat etdiyinə dair 24 aprel 2012-ci ildə "Radikal" qəzetində əsassız xəbər yayılmışdır [3]. Bundan bir gün sonra, 25 aprel 2012-ci ildə baş nazirin köməkçisi Bülent Arınç onu müalicə olunduğu xəstəxanada ziyarət etmişdir [4].

7 iyun 2012-ci ildə Qazi Universiteti Tibb fakültəsinin xəstəxanasında reanimasiya şöbəsində vəfat etmişdir [5].

Əsərləri

  • Həsənə məktublar (1965)
  • Ağıl qaraya vurdu (1965)
  • Əli qulaqda (1969)
  • Vur əmri (1973)
  • Qan yazısı (1978)
  • Suları islada bilmədim (1983)
  • Beşinci mövsüm (1985)
  • Dosta doğru, Ağıl qaraya vurdu (1994)
  • Yasaq yuxular (2000)
  • Gökçekimi (2000)
  • Boyunbağı - I (2000)
  • Boyunbağı - II (2002)
  • Barmaq izi (2002)
  • Yağış yerdən yağar (2002)
  • Anadoluda bahar(2006)
  • Barış çağırışı (2009)
  • Aynanın iki üzü

İstinadlar

Xarici keçidlər