Mansur Yavaş: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k Şəxs_şablonu_qaydaya_salınır
Sətir 90: Sətir 90:
== İstinadlar ==
== İstinadlar ==
{{İstinad siyahısı}}
{{İstinad siyahısı}}
{{Xarici istinadlar}}

06:35, 16 mart 2021 tarixindəki versiya

Mansur Yavaş
türk. Mansur Yavaş
Doğum tarixi 23 may 1955(1955-05-23) (69 yaş)
Doğum yeri
Uşağı 2
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil
Partiyası
İmza
mansuryavas.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mansur Yavaş (d. 23 may 1955, Bəybazarı, Türkiyə) – türkiyəli hüquqşünas, vəkil, siyasətçi və Ankaranın bələdiyyə başçısı.[2] 1999-2009-cu illərdə Bəybazarı bələdiyyə başçılığını etmişdir. 2009, 2014 və 2019 bölgə sçekilərində Ankara Böyükşəhər Bələdiyyə başçılığına namizəd olmuş və 2019-cu ildə yerli seçkilrədə CHP-dən bələdiyyə başçısı seçilmişdir.[3]

Həyatı

Mansur Yavaş Əhməd Sadlq Yavaç və Həvva Yavaşın uşağı olaraq 1955-ci ildə Ankaranın Bəybazarı ilçəsində dünyaya gəlmişdir. İlk, orta və lisey təhsilini Bəybazarında tamamlamış, 1979-cu ildə İstanbul Universitetinin hüquq fakültəsində başladığı bakalavr təhsilini 1983-cü ildə tamamlamışdır Hərbi prokuror olaraq tamamladığı əsgərlik sonrasında Yavaş Bəybazarında 13 il boyunca vəkillik etmişdir.[4]

Siyasi fəaliyyəti

Siyasətə olan marağı gənclik illərində başlayan Yavaş 1989-1994-cü illərdə bələdiyyə məclis üzvlüyü etdikdən sonra 1994-cü ildə MHP-dən Bəybazarı bələdiyyə başçılığına namizəd olmuş, lakin seçilə bilməmişdir.

Bəybazarı bələdiyyə başçılığı

18 aprel 1999-cu il seçkilərində MHP-dən namizəd olub, 8500 səs alaraq bələdiyyə başçısı olmuşdur. Tarixi Bəybazarı evlərini restavrasiya və minlərlə yaşı olan Bəybazarı tarixini qoruma işləri ilə 2001-ci ilin ən yaxşı bələdiyyə işçisi olmuş, Türk Dil Qurumu tərəfindən türkcənin qorunmasına görə verilən şərəf mükafatı, təbiət qorucularından medallar almışdır. 24 sentyabr 2004-cü ildə TÜSİAV tərəfindən ilin bələdiyyə başçısı seçilmişdir. 2004-cü ildə yenidən bələdiyyə başçısı seçilmişdir.[5]

Ankara bələdiyyə başçılığı

Mansur Yavaş iki dövr Bəybazarı bələdiyyəsinin başçısı olduqdan sonra 29 mart 2009-cu ildəki seçkilərdə MHP-dən Ankara bələdiyyəsinə olan seçkilərdə iştirak etmiş, lakin 27 faiz səs toplayaraq rəqibləri Melik Gökçek və Murad Qarayalçından sonra üçüncü yeri tutmuşdur. 2014 seçkilərində partiyası MHP-dən namizəd göstərilmədikdən sonra CHP-yə keçməsi ilə gündəmə gəlmiş, 21 dekabr 2013 seçkilərində CHP Mərkəzi İdarəetmə Qurumunun qərarı ilə CHP üzvlüyünə qəbul edilmiş və 2014 seçkilərində namizəd göstərilmişdir. O, Ankarada səslərin 43.8 faizini toplaya bilsə də, 32 min səs fərqi ilə məğlub olmuşdur. 17 aprel 2016-cı il tarixində CHP üzvlüyüdən istefa edən Mansur Yavaş 18 dekabr 2018-ci il tarixində edilən CHÖ Partiya Məclisi toplantısında CHP-dən Ankara bələdiyyəsinə namizəd kimi göstərilmişdir. 2019-cu il 31 martda reallaşan seçkilərdə Ankarada səslərin 50.93 faizini toplamış və seçki nəticələrinə etiraz prosesinin sonlanmasından sonra 8 aprel 2019-cu il tarixində YSK-dən lisenziyasını alaraq Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəri olaraq fəaliyyətə başlamışdır.

İlkin tədbirləri

Bələdiyyə binasının girişinə və içindəki elanlara T.C ibarəsini yenidən əlavə etdirdi. Bələdiyyə məclis toplantılarını və tenderleri bələdiyyənin sosial media hesabları üzərindən canlı yayımlamağa başladı. Dini bayramlarla yanaşı, milli bayramlarda da pulsuz nəqliyyat xidmətini başlatdı. Öz məqam maşını daxil olmaqla, polis, yanğınsöndürmə, bələdiyyə məmuru kimi məcburi maşınlar xaricindəki, mələdiyyə maşınlarının çaxar lampalarını sökdürdü.

13 küçə itinin zəhərləndirilərək öldürülməsindən sonra bələdiyyə tarixində ilk dəfə məsələ ilə əlaqəli açılan məhkəməyə daxil oldu və bələdiyyə tarixində ilk dəfə küçə itləri ilə maraqlanan komitə yaratdı. Ankara Şəhər Şurası ilk dəfə toplandı. Bələdiyyə 136.579.402 TL büdcə artığı verdi.[6]

Həmçinin bax

İstinadlar

  1. 1 2 https://www.chpistanbul.org.tr/Ozgecmis/un6jZwui4i8=/mansuryavas.aspx.
  2. "Mansur Yavaş mazbatasını aldı".
  3. "Mansur Yavaşın həyatı".
  4. "Mansur Yavaş kimdir". 5 fevral 2014 tarixində arxivləşdirilib.
  5. "Mansur Yavaş'tan, 'Ankara adaylığı' için CHP'ye yeşil ışık".
  6. "Ankara Büyükşehir Belediyesi'nde 100 günde 136 milyon bütçe fazlası".