Artur Taymazov: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 66: Sətir 66:
== İstinadlar ==
== İstinadlar ==
{{İstinad siyahısı}}{{Xarici keçidlər}}
{{İstinad siyahısı}}{{Xarici keçidlər}}
[[Kateqoriya:Özbəkistan güləşçiləri]]
[[Kateqoriya:Güləş üzrə olimpiya çempionları]]
[[Kateqoriya:Olimpiya qızıl medalına sahib Özbəkistan idmançıları]]
[[Kateqoriya:2004 Yay Olimpiya Oyunları çempionları]]
[[Kateqoriya:Güləşdə dopinq halları]]
[[Kateqoriya:2000 Yay Olimpiya Oyunları gümüş mükafatçıları]]
[[Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında güləşçilər]]
[[Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında güləşçilər]]
[[Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında güləşçilər]]
[[Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında güləşçilər]]
[[Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VII çağırış deputatları]]
[[Kateqoriya:Rusiya Federasiyası Dövlət Dumasının VIII çağırış deputatları]]

21:25, 21 oktyabr 2021 tarixindəki versiya

Artur Taymazov
Şəxsi məlumatlar
Doğum tarixi 20 iyul 1979(1979-07-20) (44 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti güləşçi[d], siyasətçi

Təltifləri Order of Honor "Böyük xidmətlərə görə" ordeni Order of El-yurt hurmati
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Artur Borisoviç Taymazov (rus. Артур Борисович Таймазов, özb. Artur Borisovich Taymazov, oset. Таймӕзты Барисы фырт Артур; 20 iyul 1979, Noqir, Şimali Osetiya MSSR) — Rusiya siyasi xadimi, Özbəkistan millisini təmsil etmiş osetiyalı sərbəst güləşçi. VII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı, 18 sentyabr 2016-cı ildən Dövlət Dumasının Bədən Tərbiyəsi, İdman, Turizm və Gənclər Məsələləri Komitəsinin sədr müavini.[1] 9 iyun 2021-ci il tarixindən Vahid Rusiya Partiyasının Şimali Osetiya regional bölməsinin katibi.[2]

2004-cü il Olimpiya çempionu, 2000-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya çempionu (2003, 2006), ikiqat Asiya çempionu (2000, 2011), üçqat Asiya Oyunlarının çempionu (2002, 2006, 2010).

Həyatı

20 iyul 1979-cu ildə Şimali Osetiyada, Vladiqafqazın şəhərətrafı qəsəbəsi Nogir kəndində anadan olub. Qardaşları ilə birlikdə ağır atletika və sərbəst güləşlə məşğul idi. Taymazovun sərbəst güləş üzrə ilk məşqçisi Apayev Xasan Vladimiroviç olmuşdur. Daha sonra onun məşqçisi üç dəfə dünyanın ən yaxşı məşqçisi olmuş Kazbek Maqometoviç Dedeqkayev oldu. Arturun böyük qardaşı Timur Taymazov Ukrayna millisinin heyətində ağır atletika üzrə 1996-cı il Olimpiya çempionu və ikiqat dünya çempionudur.

2004-cü ildə K. L. Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetini bitirmişdir, 2009-cu ildə isə Dağ Dövlət Aqrar Universitetini.

Dopinq

2017-ci il aprelin 5-də Beynəlxalq Olimpiya Komitəsi onun onun nümunələrində turinabolstanozolol kimi dopinqləri aşkar etdikdən sonra, Taymazov 2008-ci il Olimpiya Oyunlarında Özbəkistanı təmsil edərək qazandığı qızıl medaldan məhrum edildi.[3]

23 iyul 2019-cu il tarixində BOK məlumat yaydı ki, dopinq testlərinin təkrar yoxlanılması nəticəsində Artur Taymazovun 2012-ci il Olimpiya Oyunlarında 120 kq-ya qədər çəki dərəcəsində sərbəst güləş üzrə qazandığı qızıl medalı ləğv olunur. Oyunlarda Özbəkistan millisini təmsil edən Taymazovun dopinq testində yeni üsullarla qadağan olunmuş turinabol maddəsi aşkar edilmişdir.[4]

Beləliklə, Artur Taymazov tarixdə iki Olimpiya qızıl medalından məhrum edilmiş ilk güləşçi oldu.[5]

Siyasi karyerası

2016-cı ilin aprelində Artur Taymazov yeddinci çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilər öncəsi “Vahid Rusiya”nın partiyadaxili səsverməsində iştirak etmək üçün müraciət etdi. 22 may 2016-cı il tarixində keçirilən ilkin səsvermə zamanı Artur Taymazov 46.752 səs topladı.

2016-cı il iyunun 26-da “Vahid Rusiya” partiyasının 15-ci qurultayı 25 saylı Şimali Osetiya birmandatlı seçki dairəsi üzrə VII çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkilərdə Artur Taymazovun namizədliyini təsdiqlədi.

Daha sonra üçqat (o dövrdə) Olimpiya çempionu, Vahid Rusiya Partiyasının üzvü Artur Taymazov Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürdü və 3 avqust 2016-cı ildə namizədlik vəsiqəsini aldı.

Qanunyazma fəaliyyəti

2016-2019-cu illərdə VII çağırış Dövlət Dumasının deputatı səlahiyyətləri dövründə 10 qanunvericilik təşəbbüsünün və federal qanun layihələrinə düzəlişlərin həmmüəllifi olmuşdur.[6]

Mükafatları

İstinadlar

  1. "Таймазов Артур Борисович". Государственная Дума (rus).
  2. "Артур Таймазов избран секретарем Северо-Осетинского реготделения «Единой России»". er.ru (rus).
  3. "IOC sanctions three athletes for failing anti-doping test at Beijing 2008 and London 2012" (ingilis). IOC. 2017-4-5. İstifadə tarixi: 2017-4-6.
  4. Борец Таймазов лишен золота ОИ-2012 из-за положительной допинг-пробы
  5. "IOC sanctions one athlete for failing anti-doping tests at London 2012 - Olympic News" (ingilis). International Olympic Committee. 2019-07-23. İstifadə tarixi: 2019-07-24.
  6. "Объекты законотворчества :: Система обеспечения законодательной деятельности". sozd.duma.gov.ru. İstifadə tarixi: 2019-08-06.