Şahmar Hüseynov (mühəndis): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
neyrallaşdırıldı və vikiləşdirildi
Səhifə silinməyə namizəd göstərilir. Ətraflı: Vikipediya:Silinməyə namizəd səhifələr#Şahmar Hüseynov (mühəndis).
Sətir 1: Sətir 1:
{{Silinməyə namizəd}}
{{Dövlət xadimi
{{Dövlət xadimi
|adı = Şahmar Hüseynov
|adı = Şahmar Hüseynov

00:35, 4 fevral 2022 tarixindəki versiya

Şahmar Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi (50 yaş)
Doğum yeri Azərbaycan Respublikası
Partiya Yeni Azərbaycan Partiyası
Təhsili Azərbaycan Dövlət Neft Akademiyası (indiki - ADNSU)
İxtisası Neft-qaz yataqlarının işlənməsi və istismarı, dağ mühəndisi
Elmi fəaliyyəti
Elmi dərəcəsi texnika üzrə fəlsəfə doktoru

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2017
"Tərəqqi" medalı — 2008
socar.az/socar/az/info/p…

Şahmar Şəmistan oğlu Hüseynov (2 mart 1974, Azərbaycan) — "Azneft" İstehsalat Birliyinin baş direktoru.

Həyatı

2 mart 1974-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. 1991–1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki — ADNSU) "Neft-qaz yataqlarının işlənməsi və istismarı" fakültəsində təhsil almışdır.

Əmək fəaliyyəti:

02.08.1991–01.02.1996-cı il tarixlərində "Leninneft" Neft-Qaz Çıxarma İdarəsinin Quyuların əsaslı və yeraltı təmiri sexində mexaniki yığma işləri üzrə çilingər.

02.02.1996–01.07.1996-cı il tarixlərində "Balaxanıneft" (keçmiş "Leninneft") Neft-Qaz Çıxarma İdarəsinin 1 Saylı NQÇİ-də neft və qaz çıxarma üzrə operator.

02.07.1996–01.05.2005-ci il tarixlərində "Balaxanıneft" Neft-Qaz Çıxarma İdarəsinin 4 Saylı NQÇİ-də neft və qaz çıxarma üzrə usta.

02.05.2005–01.05.2006-cı il tarixlərində "Balaxanıneft" Neft-Qaz Çıxarma İdarəsinin Mərkəzi mühəndis texnoloji xidmətində mühəndis texnoloq.

02.05.2006–10.08.2009-cu il tarixlərində "Balaxanıneft" Neft-Qaz Çıxarma İdarəsinin 1 Saylı NQÇİ-də sex rəisi.

11.08.2009–25.08.2010-cu il tarixlərində "Balaxanıneft" Neft-Qaz Çıxarma İdarəsinin Mərkəzi mühəndis texnoloji xidmətində xidmət rəisi.

26.08.2010–09.03.2012-ci il tarixlərində "Siyəzənneft" Neft-Qaz Çıxarma İdarəsində baş mühəndis.

12.03.2012–31.01.2013-cü il tarixlərində H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi.

01.02.2013–26.12.2019-cu il tarixlərində Abşeronneft NQÇİ-nin rəisi.

27.12.2019-cu ildən "Azneft" İstehsalat Birliyinin baş direktoru təyin edilib.

Şahmar Hüseynov həm də bir çox elmi əsərlərin də müəllifidir. 2018-ci ildə "Neft, qaz quyularında süzgəc zonanın əlverişli vəziyyətdə saxlanmasını həyata keçirən texnika və texnologiyanın elmi əsaslarla işlənməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru adını almışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən neftin sənaye üsulu ilə hasilatının 160 illiyi ilə əlaqədar olaraq ölkəmizin neft sənayesinin inkişafındakı xidmətlərinə görə 18 sentyabr 2008-ci il sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 19 sentyabr 2017-ci il Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

Ailəlidir, iki övladı var.

Mükafatları

  • 18.09.2008 — "Tərəqqi" medalı.[1]
  • 19.09.2017 — "Əməkdar mühəndis".[2]

Məqalələri

İstinadlar

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
  2. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.