Şahmar Hüseynov (mühəndis)

Şahmar Şəmistan oğlu Hüseynov (2 mart 1974, Azərbaycan) — "Azneft" İstehsalat Birliyinin sabiq[1] baş direktoru.[2][3]

Şahmar Hüseynov
bayraq
“Azneft” İstehsalat Birliyinin baş direktoru
bayraq2
27 dekabr 2019 – mart 2024
Şəxsi məlumatlar
Doğum tarixi 2 mart 1974(1974-03-02) (50 yaş)
Doğum yeri
Partiya
Təhsili
İxtisası Neft-qaz yataqlarının işlənməsi və istismarı, dağ mühəndisi
Elmi fəaliyyəti
Elmi dərəcəsi texnika üzrə fəlsəfə doktoru

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2017
"Tərəqqi" medalı — 2008

Şahmar Hüseynov 2 mart 1974-cü ildə Qazax rayonu, Eynallı kəndində (indiki Ağstafa rayonu, Eynallı kəndi) anadan olmuşdur.[mənbə göstərin]O, 1991–1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki — ADNSU) "Neft-qaz yataqlarının işlənməsi və istismarı" fakültəsində təhsil alıb.

Şahmar Hüseynov 1991–1996-cı illərdə "Leninneft" Neft-Qaz Çıxarma İdarəsində mexaniki yığma işləri üzrə çilingər, 1991–2010-cu illər arasında isə "Balaxanıneft" Neft-Qaz Çıxarma İdarəsinin müxtəlif vəzifələrində işləmişdir. 2010–2012-ci illərdə "Siyəzənneft" Neft-Qaz Çıxarma İdarəsində baş mühəndis, 2012–2013-cü illərdə H. Z. Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi, 2013–2019-cu illər arasında isə Abşeronneft NQÇİ-nin rəisi vəzifəsində çalışan Şahmar Hüseynov 27 dekabr 2019-cu ildən etibarən "Azneft" İstehsalat Birliyinin baş direktoru təyin edilmişdir.[2][3] 2024-cü ilin mart ayında vəzifəsindən azad edilib.[1]

Şahmar Hüseynov həm də bir çox elmi əsərlərin də müəllifidir.[4] 2018-ci ildə "Neft, qaz quyularında süzgəc zonanın əlverişli vəziyyətdə saxlanmasını həyata keçirən texnika və texnologiyanın elmi əsaslarla işlənməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru adını almışdır.[mənbə göstərin] O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən neftin sənaye üsulu ilə hasilatının 160 illiyi ilə əlaqədar olaraq ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə 18 sentyabr 2008-ci il sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmiş,[5] 19 sentyabr 2017-ci ildə isə prezidentin eynitarixli sərəncamı ilə neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.

Şahmar Hüseynov ailəlidir, iki övladı var.

  1. 1 2 ""Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT". Oxu.Az (az.). 2024-03-28. 2024-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
  2. 1 2 "Şahmar Hüseynov "Azneft"ə baş direktor təyin olundu". modern.az. 27 dekabr 2019. 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022.03.07.
  3. 1 2 "Struktur". socar.az. 2021-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  4. Hüseynov Şahmar Şəmistan oğlunun həmmüəlliflərlə birlikdə dərc etdirdiyi elmi işlərinə şəxsi töhfəsi haqqında arayış
  5. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2021-12-15 at the Wayback Machine, Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.