Arzu Nağıyev: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Removing link(s) to deleted page 104 saylı Gədəbəy-Tovuz seçki dairəsi
Sətir 6: Sətir 6:
|başlanğıc = 10 mart 2020
|başlanğıc = 10 mart 2020
|son =
|son =
|seçki dairəsi = [[Azərbaycanda parlament seçkiləri (2020)|2020]] — [[104 saylı Gədəbəy-Tovuz seçki dairəsi|104 saylı Gədəbəy-Tovuz]]
|seçki dairəsi = [[Azərbaycanda parlament seçkiləri (2020)|2020]] — 104 saylı Gədəbəy-Tovuz
|əvvəlki = [[Rafiq Məmmədhəsənov]]
|əvvəlki = [[Rafiq Məmmədhəsənov]]
|mükafatları ={{"Şöhrət" ordeni (Azərbaycan)}}
|mükafatları ={{"Şöhrət" ordeni (Azərbaycan)}}

07:35, 6 oktyabr 2023 tarixindəki versiya

Arzu Nağıyev
Vəzifədədir
10 mart 2020-ci ildən
Seçki dairəsi2020 — 104 saylı Gədəbəy-Tovuz
ƏvvəlkiRafiq Məmmədhəsənov
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyul 1963(1963-07-27) (60 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni

Arzu Nəsib oğlu Nağıyev (27 iyul 1963, Baş Layısqı, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Arzu Nağıyev 1963-cü il iyulun 27-də Tovuz rayonununda anadan olmuşdur.[1] 1980-ci ildə Tovuz rayonu Yusif Sadıxov adına Bozalqanlı kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1985-ci ildə Serqo Ordjonikidze adına Moskva İdarəetmə İnstitutunun Tikinti və şəhər təsərrüfatının idarə edilməsinin təşkili fakültəsini mühəndis iqtisadçı ixtisası üzrə bitirmişdir. 1991-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali kurslarını qırmızı diplomla tamamlamışdır.

Təhlükəsizlik orqanlarının ehtiyatda olan zabiti və Qarabağ müharibəsi veteranıdır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 5 bədii, 2 sənədli kitabın müəllifidir.

Ailəsi

Ailəlidir, 2 övladı var.

Fəaliyyəti

Əmək fəaliyyəti

1985–1987-ci illərdə Azərbaycan Sənaye-Tikinti Nazriliyinin 4 saylı trestində iqtisadçı, baş iqtisadçı işləmiş,[2] 1987–1989-cu illərdə Azərbaycan LKGİ Nərimanov rayon komitəsinin təlimatçısı, şöbə müdiri olmuş, 1991–2011-ci illərdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsində,[3] daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi qulluq keçmiş, əməliyyat müvəkkili–şöbə rəisi vəzifələrində çalışmışdır. 2011-ci ildən "Trend" Beynəlxalq İnformasiya Agentliyində baş direktorunun müavinidir.[4]

Siyasi fəaliyyəti

Azərbaycan Respublikasının Milli Məclisinə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən VI çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, İsrail, Slovakiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Milli məclis tərəfindən Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə komitəsinə seçilmişdir.

MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının üzvüdür.

26 iyul 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.[5]

İstinadlar

  1. NAĞIYEV Arzu Nəsib oğlu
  2. "Arzu Nağıyev kimdir? –"KQB" POLKOVNİKİ, media KAPİTANI" (az.). yenixeber.org. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
  3. "Arzu Nağıyev: Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin yaradılması vaxtında verilmiş qərardır" (az.). trend.az. 2020-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
  4. Arzu Nağıyev kimdir? – “KQB” POLKOVNİKİ, media KAPİTANI. (az.). sia.az https://sia.az/az/news/election2020/784428.html (#bare_url_missing_title). 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
  5. Prezident İlham Əliyev deputatı “Şöhrət” ordeni ilə təltif edib