Sevinc Bünyatova: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
→‎Karyerası: crosswiki standartlaşdırma
Redaktənin izahı yoxdur
Teqlər: Mobil redaktə Mobil veb redaktə Təkmilləşdirilmiş mobil redaktə
 
Sətir 24: Sətir 24:
{{"Tərəqqi" medalı}}
{{"Tərəqqi" medalı}}
}}
}}
'''Sevinc Bünyatova''' (5 oktyabr 1989, [[Rusiya]]) — [[Azərbaycan]]ı təmsil edən qılıncoynadan.
'''Sevinc Bünyatova''' ({{DVTY}}) — [[Azərbaycan]]ı təmsil edən qılıncoynadan.


== Həyatı ==
== Həyatı ==

Səhifəsinin 09:30, 5 fevral 2024 tarixinə olan son versiyası

Sevinc Bünyatova
Şəxsi məlumatlar
Tam adı Sevinc Yaqut qızı Bünyatova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (34 yaş)
Doğum yeri Rusiya
Boyu 168 sm. (5 ft 6 in)
İdman növü Qılıncoynatma

Sevinc Bünyatova (5 oktyabr 1989, Rusiya) — Azərbaycanı təmsil edən qılıncoynadan.

Sevinc Bünyatova 1989-cu il oktyabrın 5-də Rusiyada anadan olub.[1] Əslən Əmircan qəsəbəsindəndir. Bacısı Sevil Bünyatova da qılıncoynadandır.

Sevinc Bünyatova 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də qalib gələn Sevinc Bünyatova "A" qrupunu 1-ci sırada başa vurdu. Pley-off mərhələsində isə Sevinc Bünyatova əvvəlcə 1/8 final mərhələsində İtaliya nümayəndəsi Rebecca Carganonanı 15:8, sonra isə 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Alina Komaşuxa 15:11 hesabları ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Polşa nümayəndəsi Angelina Vatora 11:15 hesabı ilə məğlub olan Sevinc Bünyatova I Avropa Oyunlarının bürünc medalına sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Sevinc Yaqut qızı Bünyadova "Tərəqqi" medalı ilə təltif edildi.[2]

  1. International Fencing Federation. "SEVINJ BUNYATOVA". www.fie.org (ing.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.