Qlenn Mörkatt

Vikipediya saytından
White Demon (müzakirə | töhfələr) (White Demon Qlen Markatt səhifəsinin adını Qlenn Mörkatt olaraq dəyişdi.) tərəfindən edilmiş 19:39, 7 avqust 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Qlen Markatt
Glenn Marcus Murcutt
Şəxsi məlumatlar
Doğum tarixi (87 yaş)
Doğum yeri London, Böyük Britaniya Birləşmiş Krallıq
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Təhsili
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Sidney
Mükafatları
Pritsker mükafatı
Pritsker mükafatı
- (2002), AMİ Qızıl Medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qlen Markatt (25 iyul 1936, London) - Avstraliyanın ən məşhur memarlarından biridir.

Həyatı

Qlen Markatt 25 iyul 1936-cı ildə Londonda bir avstraliyalı ailədə anadan oldu. Uşaqlığını Papua-Yeni Qvineyada keçirən Qlen sadə bir memarlıq cərəyanına bu ölkədə üstünlük verməyə başladı. Avstraliyanın Yeni Cənubi Uels əyalətində liseyə gedən Qlen Markatt memarlıq təhsilini də Yeni Cənubi Uels Universitetində 1956-1961-ci illəri arasında aldı. Burada Avstraliyanın məşhur film rejissoru olacaq Cim Şarman, teatr səhnələri dizayneri Brayan Tomson və film senaristi Mat Karroll ilə tanış oldu.

Qlen Markatt bütün kariyeri boyunca Avstraliyada bir çox layihəyə imza atdı. Memarlıq şirkəti yaratmasa da və ya Avstraliya xaricində layihəsi olmasa da Qlen Markatt ölkə xaricində ölkəsinin memarlığına böyük təsir göstərmişdir.

İşlərinin çoxu ekoloji və hərtərəfli olan Qlen Markatt, eyni zamanda küləyin istiqaməti, suyun hərəkəti, temperatur və işığın dəyişməsi kimi amillərə də əhəmiyyət verir. Əsasən üstünlük verdiyi materiallar şüşə, daş, taxta və poladdır.

2002-ci ildə Pritsker mükafatını qazanan kazanan Qlenn Markatt, 2009-cu ildə Amerika Memarlıq İnstitutunun qızıl medalı ilə təltif edilmişdir. Həmçinin Yeni Cənubi Uels Universitetində dərslər verməkdədir.

Tanınmış işləri

Mükafatları

  • 1992: Avstraliya Kral Memarlarının Qızıl Medalı
  • 1992: Alvar Aalto Medalı
  • 1996: Avstraliya Rəsmiyyət Ordeni
  • 1998: Riçard Neutra Mükafatı
  • 1999: Yaşıl Düymə Mükafatı (Danimarka Kral Memarları Akademiyası)
  • 2001: Tomas Ceferson Memarlıq Medalı
  • 2002: Pritsker mükafatı
  • 2003: Asiya-Sakit okean Mədəniyyət və İncəsənət mükafatı
  • 2009: AMİ Qızıl Medalı

Qaleriya

Mənbə

İstinadlar