Famihiko Maki

Fumihiko Maki (yap. 槇 文彦; 6 sentyabr 1928[1][2], Tokio[d]6 iyun 2024[3][4][…]) — yapon memarı.

Fumihiko Maki
yap. 槇 文彦
Şəxsi məlumatlar
Doğum tarixi 6 sentyabr 1928(1928-09-06)[1][2]
Doğum yeri Tokio, Yaponiya
Vəfat tarixi 6 iyun 2024(2024-06-06)[3][4][…] (95 yaşında)
Vətəndaşlığı Yaponiya
Təhsili
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Tokio
Əsas tikililəri Tokio Metropolitan Gimnaziyası
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fumihiko Maki Tokio Universitetində təhsil aldıqdan sonra ABŞ-nin Miçiqan ştatındakı Blumfild Hills şəhərindəki Kranbruk İncəsənət Akademiyasında işləməyə davam etdi. Oradan da Horvard Universitetinə keçdi. 1956-cı ildə Sent-Luisdə yerləşən Vaşinqton Universitetinin Memarlıq fakültəsində köməkçi kimi fəaliyyətini davam etdirdi. Həmin dövrdə işlədiyi universitetin Danfort Korpusunda Steynberq Zalını düzəltdi. Bu onun ABŞ-də ilk işi idi. 2006-cı ildə isə Vaşinqton Universitetində yerləşən Mildred Leyn Kemper İncəsənət Muzeyi və Valker Zalının layihələrini hazırladı

Bir müddət SOM və Kembricdə yerləşən Sert Jackso firmalarında işlədi. 1960-cı ildə Yaponiyaya geri döndü. Şəxsi memarlıq ofisini açan Maki həm də Keyo Universitetində dərs verirdi.

1993-cü ildə Pritsker mükafatını qazanmışdır.[6]

Tanınmış işləri

[redaktə | mənbəni redaktə et]
  • 1960: Steynberq Zalı, Vaşinqton Universiteti, Sent-Luis, ABŞ
  • 1969: Hillsayd Terrası, Tokio, Yaponiya
  • 1971: Beynəlxalq Məryəm Məktəbi, Tokio, Yaponiya
  • 1972: Osaka İdman Mərkəzi, Takaişi, Osaka, Yaponiya
  • 1985: Spiral Evi, Tokio, Yaponiya
  • 1989: Makuhari Messe, Çiba, Yaponiya
  • 1990: Keyo Universitetinin Fucisava Korpusu, Kanaqava, Yaponiya
  • 1991: Tokio Metropolitan Gimnaziyası, Tokio, Yaponiya
  • 1993: Yerba Buena İncəsənət Mərkəzi, San Francisko, ABŞ
  • 2000–2006: Ensemble Global Keçidi, Düsseldorf
  • 2001: Solitaire Ofis Binası, Düsseldorf
  • 2003: TV Asahi, Tokio, Yaponiya
  • 2005: Yapon Dili Universiteti Tokio, Yaponiya
  • 2006: "Republic Polytechnic", Sinqapur
  • 2006: Mildred Leyn Kemper İncəsənət Muzeyi və Valker Zalı, Vaşinqton Universiteti, Sent-Luis, Sent-Luis, ABŞ
  • 2009: 3 No’li Bina, Novartis Korpusu, Bazel, İsveçrə
  • 2009: Annenberq Mərkəzi, Pennsilvaniya Universiteti, Filadelfiya, ABŞ
  1. 1 2 Maki, Fumihiko, japanischer Architekt und Architekturtheoretiker, * 6.9.1928 in Tokio. (alm.).
  2. 1 2 The Fine Art Archive. 2003.
  3. 1 2 建築家の槙文彦さん死去 幕張メッセ、4ワールドトレードセンター設計 (yap.). 2024.
  4. 1 2 Bernstein F. A. Fumihiko Maki, Honored Architect of Understated Buildings, Dies at 95 (ing.). / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 2024. ed. size: 443000 ISSN 0362-4331
  5. 1 2 Union List of Artist Names (ing.). 2019.
  6. "Arxivlənmiş surət". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-06.