Dəndərə məbəd kompleksi

Vikipediya, azad ensiklopediya
Solavirum (müzakirə | töhfələr) ("Dendera Temple complex" səhifəsi tərcümə edilərək yaradıldı) tərəfindən edilmiş 20:16, 28 avqust 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Hathor məbədi. Dəndərə.

Dəndərə məbəd kompleksi (q.misir Iunet və ya Tantere) — Misirin Dəndərə şəhərindən təqribən 2.5 kilometr (1.6 mil) ) məsafədə yerləşir. Misirdə ən yaxşı qorunan məbəd komplekslərindən biridir. Ərazi Abidosun cənubunda, Yuxarı Misirin altıncı nomu kimi istifadə olunurdu.

Hathor məbədi

Kompleksdə üstünlük təşkil edən bina Hathor məbədidir. Məbəd orta padşahlıq dövründən başlayaraq Roma imperatoru Trayanın dövrünə qədər eyni yerdə olmuş, lakin bir qədər dəyişdirilmişdir.[1] Mövcud strukturun tikintisi e.ə. 54-cü ilin iyulunda XII Ptolemey Neos Dionisin dövründə başlamışdır.[2][3] və hipostil zalı Tiberi dövründə tikilmişdir.[4]

Trayan Misirdə binalar tikməkdə və onları bəzəməkdə kifayət qədər fəal idi. O, Domisian ilə birlikdə Hathor məbədinin propilonunda səhnələr təqdim etmişdir. Onun kartuşu İsnadakı Xnum məbədinin sütun şaftlarında da müşahidə olunur.[5]

Dəndərə zodiakı

Heykəlləşdirilmiş Dəndərə zodiakı son dövrlərə aid Yunan-Roma məbədində tapılan relyefdir. Burada buğatərəzi təsvirlərini ehtiva edən geniş yayılmış relyefdir. Onun eskizi Napoleonun Misirə yürüşü zamanı hazırlanmışdır. 1820-ci ildə Fransa müstəmləkəçiləri tərəfindən məbədin tavanından çıxarılaraq saxta ilə əvəz edilmişdir. Onlara Misir hökmdarı Məhəmməd Əli Paşadan icazə alması və ya oğurlamaları ilə bağlı mübahisələr var. Əsli indi Luvrdadır.[6] Şampolyon bunun Ptolemey dövrünə aid olduğunu təxmin etmişdir. Müasir misirşünaslar bunu eramızdan əvvəl I əsrə aid edirlər.[7]

Dəndərə işığı

Hathor məbədində mavi suzanbağı çiçəyindən çıxan ilan şəklində Horun təsvir edildiyi daş relyeflər var. O, altı relyefdə Nutun bətnində təmsil edilən "hn" adlı oval qabın içində təsvir edilmişdir.[8][9]

Roma mammisisi

Roma mammisisi TrayanMark Avrelinin hakimiyyətləri dövrünə aid bir əlavə binadır. Burada Misir tanrılarına qurban verən Trayanın çoxsaylı relyeflərini görmək olar.[10]

İstinadlar

  1. Kipfer, Barbara Ann. Encyclopedic Dictionary of Archaeology. New York: Kluwer Academic/Plenum Publishers. 2000. səh. 153. ISBN 0-306-46158-7.
  2. Bard, Kathryn A. Encyclopedia of the Archaeology of Ancient Egypt (ingilis). Routledge. 2005. səh. 252. ISBN 978-1-134-66525-9.
  3. Bard, Kathryn A. Encyclopedia of the Archaeology of Ancient Egypt (ingilis). Routledge. 2005. səh. 252. ISBN 978-1-134-66525-9.
  4. Wilkinson, Richard H. The Temples of Ancient Egypt. Thames & Hudson. 2000. səh. 149.
  5. "Trajan was, in fact, quite active in Egypt. Separate scenes of Domitian and Trajan making offerings to the gods appear on reliefs on the propylon of the Temple of Hathor at Dendera. There are cartouches of Domitian and Trajan on the column shafts of the Temple of Knum at Esna, and on the exterior a frieze text mentions Domitian, Trajan, and Hadrian" Stadter, Philip A.; Stockt, L. Van der. Sage and Emperor: Plutarch, Greek Intellectuals, and Roman Power in the Time of Trajan (98-117 A.D.) (ingilis). Leuven University Press. 2002. səh. 75. ISBN 978-90-5867-239-1.
  6. "Egypt's Most Wanted: An Antiquities Wish List". HISTORY.com. İstifadə tarixi: 2018-02-24.
  7. "The Zodiac of Dendera". Napoleon and the Scientific Expedition to Egypt. Linda Hall Library. 14 March 2009 tarixində orijinalından arxivləşdirilib.
  8. Waitkus, Wolfgang. Die Texte in den unteren Krypten des Hathortempels von Dendera: ihre Aussagen zur Funktion und Bedeutung dieser Räume [The texts in the lower crypts of the Hathor temples of Dendera: their statements for the function and meaning of these areas] (German). Mainz. 1997. ISBN 3-8053-2322-0.
  9. Grenville, Keith. "Dendera Temple Crypt". The Egyptian Society of South Africa. 25 April 2010 tarixində orijinalından arxivləşdirilib.
  10. Bard, Kathryn A. Encyclopedia of the Archaeology of Ancient Egypt (ingilis). Routledge. 2005. səh. 252. ISBN 978-1-134-66525-9.

Əlavə ədəbiyyat

 

Xarici keçidlər