Xnum

Misir Tanrıları
və ya
N37
N35
N26
C5

Chnum / Chenmu / Chenemu [1]
. H̱nmw
İdeoqram 1.
C4
İdeoqram 2.
C5
İdeoqram 3.
W9G43
və ya
N37
N35
N26
C5

Chnum / Chenmu / Chenemu [1]
. H̱nmw
Determinativ 1.
W9G43
Determinativ 2.
N37
N35
N26
C5A40
Determinativ 3.
W9G43C4


Xnum ya da Khnum (/kəˈnuːm/; ona Khnemu da deyilir)Qədim Misir dinində yeri və insanları qildən (ya da lildən) yapmış qoç başlı tanrı.

Misirin yaradan tanrısı

[redaktə | mənbəni redaktə et]

Nil çayında yerləşən Elefantina adasında tanrıca Satisin məbədinin xarabalıqları qalmaqdadır. Oranın divarlarının birində qoç başlı Xnum (hnmw) tanrısının Misirin qadın fironu olan Hatşepsutu qildən dulusçu çarxında yaradılması həkk olunmuşdur. Elefantinadan bütün Misirə yayılmış əsatirə görə Xnum bütün insanları və heyvanları Nil çayındaki lildən yaratmışdır.

Xnumla monoteist dinlərin arasında bənzərlik də bundadır. Orada Tanrı Adəm və Həvvanı gildən yapmış, onlara ruh vermişdir. Göründüyü kimi qədim misirlilər həmin inancı Xnumla bağlayırdılar.

Tanrı Xnum insan taleyini də çözürdü. Eyni zamanda Xnum münbitliyin tanrısı, Nil çayının qoruyucusu və su verilməsinin təminatçısı kimi də tanınmışdır. Həmdə Xnum bir çox başqa tanrıların məsələn, Amonun, Ranın) təcəssümü kimi qəbul olunurdu.

Hellinizm dönəmində Misirin sənətkar yaradıcı tanrı obrazı yunan və roma ənənəsinə və fəlsəfəsinə girmişdir. Orada ona "Demiurg/ δημιουργός " (insanlar üçün yaradan, sənətkar) deyirdilər. Ancaq monoteizmdəki Tanrıdan onun fərqi ondan ibarət olmişdur ki, o dünyanı heçdən deyil, mövcud olan xaosdan yaratmışdır. Qnostiklərə görə Demiurqos yerdə olan maddi dünyanın yaradıcısıdır. Onu Tanrı yaratmış, o isə aşağı dünyanı. Beləliklə Demiurq ikinci yaradandır. Həmdə qnostiklər materiyanı (yeri) şərlə eyniləşdirdiklərinə görə onu şərin substansiyası (ilk başlanqıcı) kimi qəbul edirdilər. İdealist fəlsəfələrdə isə bu adla dünyanı yaradan "ruh", "təfəkkür" adlandırılırdı.

Xnum tanrısının atası Nun, qızı isə Anuket olmuşdur. Onun arvadları isə Menhit, Satis, Neyt, Nebtui idilər. Misir mifologiyasında, Babildə olduğu kimi, KA anlayışı olmuşdur. Buruda KA hər bir insanın mənəvi əkizidir. Ümuiyyətlə insanların və heyvanların yaradılış bu şəkildə təsəvvür edilirdi: Xnum dulusçu çarxında uşağı yaradır və ananın bətninə salır. O hətta tanrıları belə yaratmışdır.

Qoyun və mənəviyyat (ruh) qədim qipti dilində "ba" sözü ilə ifadə olunurdu. Buna görə də bu tanrı qoyun başlı olmuşdur. Burada qeyd edilməlidir ki, qoyun obrazları bir çox xalqların rəmzləri olmuşdur. Onların daşda həkk olunmuş təsvirləri və heykəlləri qədim Şümerdə də tapılmışdır.

Qədim türklərdə də qoyun təsvirləri olmuşdur. Azərbaycanın ərazisində türk tayfalarına məxsus olan çoxlu sayda qoyun heykəlləri tapılmışdır. Hətta bu heyvanın adı ilə Ağ Qoyunlu və Qara Qoyunlu dövlətləri adlandırılmışdırlar. Hətta Əhdi Ətiqdə və Əhdi Cədiddə peyğəmbərlər də qoyunları otaran çoban kimi təsvir olunurdular. Beləliklə, ehtimal etmək olar ki, bütün bunlar Misirdə ruhun və qoyunun eyni sözlə ifadə olunmasından irəli gəlmişdir.

Qədim türklər Misirlə hər zaman əlaqədə olmuşdurlar. Hələ ən eramızdan öncə 3-cü minillikdə "hiksoslar" adlanan xalq Misiri ələ keçirmiş, orada öz çarlıqlarını qurmuşdurlar. Bir çox bilginlər onların elə türklər olduqlarını ehtimal edirlər. Daha sonra, artıq islamlaşmadan sonra, min ilə yaxın vaxt ərzində Misiri İxşidilər, Tuluninlər, Məmlüklər, Osmanlılar kimi türk soylu xanədanlar yönətirdilər. Beləliklə türklərin mifologiyasına qoyun obrazları bu ilişkilərin sonu keçə bilərdi. Başqa tərəfdən, hər şeyin tərsinə olduğunu də ehtimal etmək olar. Ola bilsin, Misir mifologiyasına qoyun obrazları elə türklərdən keçib.

Misir mifologiyasında insanların və canlıların yaradılışı və qoyun obrazları // Fəlsəfə elmləri doktoru Aydın Əlizadənin səhifələri.

  • Shaw, Ian. The Oxford History of Ancient Egypt. Oxford University Press. 2000.
  • Bechtel, F. (1907). "Ammon" . The Catholic Encyclopedia I. New York: Robert Appleton Company.
  • Wilkinson, Richard H., The Complete Temples of Ancient Egypt, Thames and Hudson, 2000.
  • Kathryn Bard, Encyclopedia of the Archaeology of Ancient Egypt, Psychology Press, 1999.
  1. Die Lesung und Aussprache "Chnum" ist aus dem Griechischen bekannt (Erman & Grapow [Hrsg.]: Wörterbuch der ägyptischen Sprache, Band III, S. 381). Jede Sprache hat historische Schreibungen, die wenig mit Logik zu tun haben - hier „Chnum“ statt „Chenemu“, obwohl das 'w' der Transskription eindeutig am Ende des Wortes steht, und die tatsächlich geschriebenen Ägyptische Hieroglyphen eigentlich als „Chenem-u“ zu lesen wären.