Fransanın Misirə və Suriyaya yürüşü

Fransanın Misirə yürüşü1798-1801-ci illər arasında Fransanın Misir və şərq ticarət yolları üzərində üstünlük əldə etmək məqsədilə apardığı hərbi yürüş.

Fransanın Misirə yürüşü
Napoleon müharibələri
Bonapart Misirdə. Rəssam: Jerom Jan-Leon
Tarix 1798-1801
Yeri Misir,Fələstin
Nəticəsi Fransanın geri çəkilməsi ilə Misir osmanlılara qaldı
Münaqişə tərəfləri

Osmanlı İmperatorluğu
Böyük Britaniya Birləşmiş Krallıq

Fransa Respublikası

Komandan(lar)

Cezzar Əhməd Paşa
Horatio Nelson

Napoleon Bonapart
Jan Batist Kleber
Jak-Fransua Menu

Tərəflərin qüvvəsi

Ümumi: 220.000

  • Misirdə olan: 80.000
  • Rodosda olan: 20.000
  • Suriyada olan: 20.000
  • Şərq Ordusu: 30.000
  • Misirin mühasirəsində olan: 60.000

60.000

40.000-dən artıq

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Misir yürüşü, öz dövründə Fransa hökumətinin cəhdi ilə gündəmə gəlmişdir. Yürüş, bu dövrdə Fransa və Böyük Britaniya arasındakı mübarizə məzmunu çərçivəsində dəyərləndirilə bilər. 1796-1797-ci illər arasında İtaliya da Fransanın lehinə uğurlu bir hərbi yürüş həyata keçirmiş olan General Napoleon Bonapart, 1797-ci ildə Fransaya geri qayıtmışdı. 1798-ci ilin fevral ayında dövrünün Fransa hökuməti, Böyük Britaniyanın Fransa tərəfindən işğal edilməsi istiqamətindəki planını General Bonaparta ünvanladı. Bonapart, gördüyü strateji dəyərləndirmələr nəticəsində bu planın gerçək olmadığı nəticəsinə gəldi və xarici işlər naziri Çarlz Maurike de Talleyrand-Perigordun da məsləhətiylə, hökumətə Misirin işğalını məsləhət gördü. Bu yolla, Osmanlı İmperatorluğunun bir vilayəti olan Misirin ələ keçirilməsiylə Böyük Biritaniyanın Misir və şərq ticarət yolları üzərindəki təsirinin aradan qalxması və Uzaq Şərqə daxil olmasının əngəllənməsinə hədəflənirdi. Bundan başqa yürüşün Fransanın Aralıq dənizi ticarətinin Böyük Britaniya rəqabəti qarşısında zəmanətə alınmasına da xidmət etməsi hədəflənmişdi.Mövcud idarəçilik, bir baxımdan İtaliya yürüşündən sonra ictimaiyyət tərəfindən çox təqdir olunan Napolyon Banapartı Fransadan uzaqlaşdırmaq üçün məsləhətə maraq göstərmişdi.

Səfərin Başlanğıcı və Nil Döyüşü

[redaktə | mənbəni redaktə et]

Fransız donanması Cənubi Fransanın Toulun limanından 19 may 1798-ci il tarixində ayrıldı. Yürüşü xəbər alan Böyük Britaniya hökuməti, Aralıq dənizində patrul gəzən Britaniya donanmasına Fransa donanmasının hərəkətinin qarşısının alınmasının əmrini verdi. Admiral Heratio Nelsonun əmrindəki Britaniya donanması, Fransız donanmasının 9 iyun tarixində Malta adasını istila etməsinə mane olmadı. 1 iyulda fransız qoşunları İsgəndəriyyə limanında Misir torpaqlarına ayaq basdı.

Napoleon Bonapart əmrindəki 12 min nəfərlik Fransa ordusu, Piramidalar döyüşündə 30 min nəfərlik Osmanlı ordusunu məğlubiyyətə uğratdı. Türk ordusunun yalnızca 3500 nəfərlik nizami yeniçərilər qoşunu var idi; geri qalan qoşun birlikləri əyalət əsgərləri və ərəb tayfalarından toplanmışdı. Müasir Fransız ordusu qarşısında yeniçəri sistemi ancaq bir saat dayana bildi. Daha uzun mənzilli olan və daha dəqiq atəş aça bilən fransız topçuları qarşısında Osmanlı topçuları təsirli olmadı. Fransız topçu batareyaları, Məmlük ənənəsini davam etdirən süvari qoşunlarınını dağıtdı, Osmanlı piyada qüvvələri də oxşar səbəblərlə əlaqədar uğurlu olmadılar. Bonapart, əsgərlərini üzləri xaricə çevrilmiş şəkildə kvadrat formasında yerləşdirmiş, kvadratın daxili boşluğuna topçu batareyalarını yerləşdirmişdi. Beləcə topçu batareyaları hər istiqamətdə atəş aça biləcək amma piyadanın yüksək atəş gücü ilə təhlükəsizlikdə olacağı şəkildə yerləşdirilmişdi. Nəticədə Osmanlı ordusu 7 min itki verdi və tamamilə dağıldı.

Nelsonun əmrindəki Brtaniya donanması 1 Avqust 1798-ci il tarixində Əbukir ətrafında lövbər salmış fransız donanmasına hücum etdi; bu qaydada başlayan Nil döyüşündə Britaniya donanması parlaq bir zəfər çaldı. Nil Döyüşü, Əbukir Dəniz Müharibəsi olaraq da adlandırılır. Döyüşdən sonra, 2 sentyabr 1798ci il tarixində Osmanlı İmperatorluğu Fransaya müharibə elan etdi

Bonapart, Nil döyüşünün ardından Qahirəyə doğru irəlilədi. Qahirə birlikdə bütün Misirə hakim olan Fransa, Osmanlı sarayı ilə münaqişə içində olan Məmlük bəylərini təmizləmək üçün, suvarma layihələri, məktəb və xəstəxana inşasına girişmək kimi tənzimləmələrə başladı. Yanında gətürdiyi bir elmi heyət də dərhal arxeolaji qazınntılara və elmi araşdırmalara başladı. Eyni zamanda Aralıq dənizi ilə Qırmızı dəniz birbirinə birləşdirəcək su yolunun qazılması məsələsində texniki işlərə başladılar.

Ancaq sözü gedən inşa işlərində istifadə olunmaq üçün bir çox antik qalıqların daşları söküldü. Bu söküntü əsnasında təsadüfi olaraq tapılan Rozetta daşı, Antik Misir Heroqliflərinin öyrənilməsinin təmin edəcək əsas sənəddir.

Əkka mühasirəsi və Əbukir döyüşü

[redaktə | mənbəni redaktə et]

Bu məqamda müharibə bir müəmmaya çevrilmişdi. Fransa Respublikası Misiri ələ keçirmişdi, amma donanmanın yox olması səbəbindən Misir və Fransa arasındakı əlaqəni qurmaq olmurdu. Bu səbəbdən Bonapartın əmrindəki ordu döyüşün davam etməsi üçün lazım olan logistik və hərbi köməyi də ala bilmirdi. Britaniya donanması da dənizlərə hakim olmasına baxmayaraq donanmalarının Misir qarşısında yerləşmiş olmasıyla əlaqədar olaraq fransız ordusunu Misirdən çıxardacaq quru qoşunlarını Britaniyadan gətirə bilmirdilər. Bu müəmmanın fərqində olan Bonapart Misirə quru istiqamətindən gələ biləcək təhlükələrin qarşısını almaq üçün Suriyaya doğru hərəkətə keçdi. Ordularını Fələstin istiqamətində yürüşə qaldıraraq Osmanlı İmperatorluğu üzərinə hərəkət etməyə başladı. Osmanlı əyalət ordusu 18 mart 1799-cu il tarixində kiçik bir liman şəhəri olan Əkkanın qarşısına toplanmışdı. Əkka qalasında yerləşən Cezzar Əhməd Paşanın əmrindəki Osmanlı qüvvələri 1200-ə qədər yeniçəri, 2.500 min süvari və 20 min nizamsız Ərəb döyüşçüsünü əhatə edirdi. 25.000 nəfərlik Osmanlı ordusu 12.000 nəfərlik fransız ordusu qarşısında dalbadal məğlubiyyətə uğradı. Buna baxmayaraq bir həftə sonra III Səlimin müasir tərzdə təlim keçmiş və Britaniya tərəfindən silahlandırılmış yeni "Nizamı Cədit" ordusu 8 min 500 nəfər heyəti ilə Əkkanın qarşısına gəldi. Bundan sonra gecə-gündüz davam etdirilən topçu atəşi və dalbadal edilən hücumlar Əkka müdafiəsində çıxış yolu açmadı. Bonapart, 21 may tarixində mühasirəni dayandırıb Qahirəyə geri çəkildi. Misirdəki mülayim işğal mövqeyi, fransız ordularının Fələstin istiqmətində irəliləmələri ilə pozulmuşdu. Əkkadan geri çəkilkərkən müharibə əsirlərinin öldürülməsi, yerli xalq üzərindəki maliyyə öhdəliklərinin artırılması, bir müddət sonra üsyanlara səbəb olacaqdır.

Bonapart, Əkka məğlubiyyətini izləyərək Qahirəyə qayıtdıqdan qısa bir müddət sonra 1 avqust 1799-cu il tarixində Əbukir döyüşündə Osmanlı ordusunu məğlubiyyətə uğratdı. Bu hadisədən qısa bir müddət sonra Fransadakı siyasi gərginlik xəbərini aldı və 3 min fransız əsgərini Misirdə qoyaraq Fransaya geri döndü. 23 avqust 1799-cu ildə Fransaya çatdı və 9 noyabr tarixində baş vermiş dövlət çevrilişi ilə "Konsul" ünvanı alaraq başa keçdi.

Napoleon Bonapartdan sonra Misir yürüşü

[redaktə | mənbəni redaktə et]

Bonapartın gedişindən sonra Misirdə yerləşmiş olan Fransa qoşunlarının komandanlığı General Jan-Batist Kleberə keçdi. Kleber Osmanlı İmperatorluğu ilə 24 yanvar 1800-ci il tarixində El-Ariş müqaviləsini imzaladı, bu müqavilənin şərtlərinə görə Fransa qoşunları Misirdən geri çəkiləcəkdi. Ancaq Osmanlı İmperatorluğunun müttəfiqi qismində olan Britaniya bu müqaviləni imzalamağı rədd etdi. Britaniyanın dəstəyi ilə Osmanlı ordusu Fransa qüvvələrinə hücüm etdi. 20 mart 1800-ci il tarixində Osmanlı və Fransa orduları arasında aparılan Heliopolis döyüşündə Fransa qələbə qazandı. Kleberin komandanlığı altındakı ordu Qahirəyə geri qayıtdı. Ancaq ordunun mövqelərinin möhkəmlənməsi Misir xalqının qıcıqlanmasına səbəb olurdu. Kleberin 14 iyun 1800-cü ildə suriyalı bir tələbə tərəfindən öldürülməsindən sonra Misir qoşunlarının komandanlığı General Jak de Menouya keçdi. Menounun komandanlığındakı Fransa ordusu 21 mart 1801-ci ildə Əbukirdə aparılan döyüşdə Britaniya qüvvələri qarşısında məğlub oldu. 27 iyun 1801-ci il tarixində Fransa qüvvələrinin Misirdən geri çəkilməsini təşkil edən bir müqavilə imzalandı. 9 oktyabr-ci ildə imzalanan Paris Sülh Sənədi ilə iki dövlət arasındakı barışığın şərtlərini ortaya qoyurdu. Osmanlı İmperatorluğu və Fransa arsındakı yekun sülh müqaviləsi səviyyəsindəki Paris Müqaviləsi 25 iyun 1802-ci ildə imzalandı.

Dəyərləndirmə

[redaktə | mənbəni redaktə et]

Mİsir yürüşündə Fransa Misiri ələ keçirmiş, ancaq onu əldə saxlamağı bacarmamışdı. Misir yürüşü hər nə qədər Fransa tərəfindən uğursuzluqla nəticələnən bir səfər olsa da, çox daha ciddi nəticələrdən xəbər verirdi. Böyük Britaniyanın dənizlərdəki hakimiyyəti, Fransanı Avropa qitəsində qalmağa məcbur etmişdi. Fransanın dəniz səfərlərinə çıxmaq üçün kifayət qədər donanmaya sahib olmadığı məlum olmuşdu. Fransanın Şimali Amerikadakı Luiziana kaloniyasını 1803-cü ildə Amerika Birləşmiş Ştatlarına satması da bu dövrdə Fransanın xarici siyasətində dəniz səfərləri prespektivi baxımından geri çəkilməsinin bir nümunəsi olaraq qiymətləndirilə bilər.

  • Наполеон. Избранные произведения. М.: Воениздат. 1956. səh. 812.
  • David Chandler. The Campaigns of Napoleon. New York, Macmillan, 1966.
  • Хуан Коул. Napoleon’s Egypt: Invading the Middle East. Palgrave Macmillan, 2007. ISBN 1-4039-6431-9
  • J. Christopher Herold. Bonaparte in Egypt. — London, en:Hamish Hamilton, 1962.
  • J. Christopher Herold. The Age of Napoleon. New York, en:American Heritage, 1963.
  • Alan Moorehead. The Blue Nile. New York, 1962.