Dolu

Vikipediya, azad ensiklopediya
Mjbmrbot (müzakirə | töhfələr) (r2.7.1) (Bot redaktəsi əlavə edilir: sw:Mvua ya mawe) tərəfindən edilmiş 14:56, 2 fevral 2011 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Dolu – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda buz halında düşən atmosfer yağıntısı.

Ümumi məlumat

Dolunun ölçüsü 5 mm-dən 55 mm-ə qədər, bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq rayonlarında doluya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə edilir.[1]

Mənbə

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı. Bakı: 2003. 516 s.