Əmr ibn As

Vikipediya, azad ensiklopediya
Samral (müzakirə | töhfələr) (Yeni səhifə: {{Dövlət xadimi | azərbaycan dilində adı = Əmr ibn As | adın orijinalı = | titul = Misir valisi | bayraq2...) tərəfindən edilmiş 17:48, 5 fevral 2014 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Əmr ibn As
Şəxsi məlumatlar
Doğum yeri Məkkə
Vəfat tarixi 664[1][2]
Vəfat yeri
Dəfn yeri Şam
Fəaliyyəti hərbi lider[d], diplomat, dövlət xadimi, tacir
Atası As
Uşaqları
Dini İslam
Hərbi xidmət
Mənsubiyyəti Rəşidi xilafəti, Əməvilər xilafəti
Döyüşlər Zatus-səlasil döyüşü, Siffeyn döyüşü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əmr ibn As — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Misir valisi (640-656;661-663)

Həyatı

Əmr ibn As Məkkə şəhərində dünyaya gəlmişdir. Məkkənin müsəlmanlar tərəfindən tutulmasından 6 ay əvvəl, 629-cu ildə İslam dinini qəbul edərək, müsəlman olmuşdur. Məhəmməd onu Zatus-səlasil döyüşündə orduya komandan təyin etmişdir. Döyüşü qalibiyyətlə başa vurmuşdur. Misirin müsəlmanlar tərəfindən tutulmasına rəhbərlik etmişdir. 640-cı ildə o zaman xəlifə olan Ömər ibn Xəttab tərəfindən Misir valisi təyin edilmiş, 656-cı ildə xəlifə seçilən Əli tərəfindən vəzifəsindən azad edilmişdir. 657-ci ilin may-iyun aylarında o zamanlar xəlifə olan Əli ilə o zamanlar sabiq Şam valisi olan I Muaviyə arasında baş verən Siffeyn döyüşündə I Muaviyə tərəfdə savaşmışdır. Hakim hadisəsində I Muaviyənin nümayəndəsi kimi iştirak etmiş və I Muaviyəni xəlifə təyin etdiyini açıqlamışdır. 661-ci ildə xəlifə I Muaviyə tərəfindən yenidən Misir valisi təyin olunmuşdur. H.Q. 43-cü ildə vəfat etmişdir.

Mənbə

İstinadlar

  1. Али-заде А. Исламский энциклопедический словарь (rus.). Москва: Ансар, 2007. ISBN 978-5-98443-025-8
  2. Амру (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. Iа. С. 673.

Həmçinin bax

Xarici keçidlər