Linux və Windows-un müqayisəsi

Vikipediya, azad ensiklopediya
N1C4T97 (müzakirə | töhfələr) tərəfindən edilmiş 11:01, 23 noyabr 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

LinuxWindows-un müqayisəsi çox aktual məsələdir. Windows adi kompüterlərin təxminən 75%-ində[1] işlədilir, 1.8%-ində isə Linux. Dünyadakı superkompüterlərin %87-i Linux, 1.4% i isə Windows istifadə edir.

Xərclər

Windows Linux
Dəyər 0 dollardan 450 dollara qədər Pulsuz[2]
Dəstək 199 dollardan 7999 dollara qədər (illik) 0 dollardan 3,249 dollara qədər (illik)[3]
Antivirus 0 dollardan 100 dollara (illik) Ehtiyac yoxdur

2004-cü ildə Windows istifadəçiləri Linux-dan Windows-a keçmək üçün hərəkətə keçdi. Microsoft məhsullarının Linux-dan daha ucuza başa gəldiyini iddia etdi. Buna səbəb isə istifadə rahatlığı və daha az iş olaraq göstərildi. Ancaq fərqli qurumların etdiyi açıqlamalar bunu təsdiqləmədi. Almaniya Xarici İşlər Nazirliyi açıq mənbəli proqram təminatının xərcləri azaltdığını dedi.[4] Fransız Polis Təşkilatı da Windows-dan Linux-a keçmənin xərcləri azaltdığını dedi.[5]

Bazar payı

Windows Linux Qeydlər
Təxmini masaüstü istifadəsi 2014-cü ilin Oktyabr ayına əsasən 75.60%[6] 2014-cü ilin Oktyabr ayına əsasən 1.17%[7]
Ön qurğulu olması Demək olar ki, bütün kopüterlərdə əvvəlcədən yüklənilmiş olur. Bir çox fərdi kompüterlədə öncədən yüklənilmiş olur. Ubuntu bütün System76 kompüterlərdə və bəzi Dell kompüterlərdə öncədən yüklənilmiş olur. Microsoft-un satıcıları ilə yalnız Windows-un satılması razılaşmasına görə Microsoft Fransa məhkəməsinə çıxdı. Həmçinin Microsoft bazar payının artması üçün fərqli əməllərinə görə dəfələrcə cəza alıb.[8]

Masaüste mühiti

Windows Linux Qeydlər
İstifadəçi interfeysi Windows Qabığı, Desktop Windows Manager-i Vista-da pəncərə meneceri olaraq istifadə edilir.
KDE 4.12 masaüstü mühiti

Müxtəlif masaüstü mühitləri var. Ən çox istifadə olunanları isə GNOMEKDE-dir. KDE 4-cü versiyası ilə birlikdə yeni bir era başlatdı. Həmçinin Linux-un 3 ölçülü masaüstü görüntüləri bir çox istifadəçi tərəfindən bəyənilmişdir.

Əmr sətiri interfeysi Windows-da əmr əmrlərlə iş çox da yayğın deyil.
Fayl:150px-Bash screenshot.png
Əmr sətiri

Linux konsolla birlikdə çox əlverişli bir əməliyyat sisteminə çevrilir. Qrafiki sətir çöksə belə bundan konsolla qurtulmaq mümkündür. Müxtəlif Unix qabıqları mövcuddur.

Quraşdırılma

Windows Linux Qeydlər
Quraşdırılma rahatlığı Windows Server 2003 və əvvəlki bolgüləri iki qrupa ayrılır. Mətn və qrafiki quraşdırılma. Əməliyyat sisteminə görə dəyişir. Lakin bir çox əməliyyat sistemi yeni və təcrübəsiz istifadəçilər üçün sadə qrafiki alətlər təqdim edir.
Quraşdırılma müddəti Versiyaya görə dəyişir. Ümumilikdə isə 20 dəqiqədən 1 saata qədər çəkir. Əməliyyat sistemindən asılıdı. Paket əsaslılar (Məs.: Ubuntu, Debian) az vaxt aparır.
Cihaz drayveri Windows-da kompüterdə işləməyi rahatlaşdıracaq qədər drayver mövcuddur. Linux nüvəsində drayverlərinin çoxu "Loadable kernel module" olaraq mövcuddur.
Önqurğulu proqramlar Bir çox proqram (Internet Explorer, Not Defteri, Windows Media Player) önqurğulu gəlir. Ancaq bir ofis proqramı ön önqurğulu gəlmir. Microsoft-un təqdim etdiyi Microsoft Office-i illik 69.99 dollar ödəməklə əldə etmək olar.[9] Bütün böyük Linux nüvəli əməliyyat sistemləri (brauzer, ofis proqramları, şəkil redaktə proqramları və s.) ilə bərabər gəlir.
Önqurğulu olmayan proqramlar Çoxlu kommersial proqram təminatları var. Bu proqramlar ayrı-ayrı qurula bilər. Çoxlu azad proqram təminatı və az sayda kommersial proqram təminatı mövcuddur. Bir Microsoft işçisi 1998-ci ildə yayımlanan bir hesabatda "İnsanların Linux-a keçərkən ehtuyac duyduqları bir çox kommersial proqram təminatlarının onsuz da pulsuz versiyaları var" deyə bildirmişdi.[10]
Bölüşdürülmə NTFS bölümlərini problemsiz genişlətmək mümkündür. Bölüşdürülmə üçün proqramlar da mövcuddur. Bəzi fayl kataloqları məlumat itirilmədən yenidən bölüşdürülməni dəstəkləyir. Bütün Linux nüvəli əməliyyat sistemlərində GParted və ya fdisk kimi disk bölüşdürülmə proqramları var.
Fayl sətirləri NTFS, FATISO 9660, Universal Disk Format və s.. ext2, ext3, ext4, ReiserFS, FAT, ISO 9660, Universal Disk Format, Network File System, NTFS, JFS, XFS və s.
Önyükləyici Birdən çox əməliyyat sətirini yükləyə bilir. Birdən çox əməliyyat sətirini yükləyə bilir.

İstifadə rahatlığı

2003-cü ildə Relevantive AG Linux-ın masaüstündə istifadəsinin demək olar ki, Windows XP-yə bərabər olduğunu demişdi.[11]

İstinadlar

  1. "Adi kompüterlərin 90%-i Windows istifadə edir".
  2. "Linux tamamilə pulsuzdur".
  3. "RedHat dəstək".
  4. "Linux-la xərclər azalır".
  5. "Linux-la xərclər azalır 2".
  6. "Windows istifadəsi".
  7. "Linux istifadəsi".
  8. "Microsoft Avropa Birliyi tərəfindən cəza aldı".
  9. "Microsoft Office alışı".
  10. "Microsoft işçisinin dedikləri".
  11. Relevantive AG. "Masaüstündə Linux çox əlverişlidir" (PDF). 2003.