Linux və Windows-un müqayisəsi

LinuxWindows-un müqayisəsi çox aktual məsələdir. Windows adi kompüterlərin təxminən 75%-ində[1] işlədilir, 1,8%-ində isə Linux. Dünyadakı superkompüterlərin %87-i Linux, 1,4%-i isə Windows istifadə edir. Bundan əlavə Google, Twitter, Facebook, Amazon, IBM kimi böyük şirkətlər, kosmosun tədqiqində NASA, bir çox dövlət məktəblərdə və universitetlərdə, müasir maşınlar, hostinq şirkətlərinin 70%-i Linux istifadə edir.[2]

Windows Linux
Dəyər 0 dollardan 450 dollara qədər Pulsuz
Dəstək 199 dollardan 7999 dollara qədər (illik) 0 dollardan 3,249 dollara qədər (illik)[3]

2004-cü ildə Windows istifadəçiləri Linux-dan Windows-a keçmək üçün hərəkətə keçdi. Microsoft məhsullarının Linux-dan daha ucuza başa gəldiyini iddia etdi. Buna səbəb isə istifadə rahatlığı və daha az iş olaraq göstərildi. Ancaq fərqli qurumların etdiyi açıqlamalar bunu təsdiqləmədi. Almaniya Xarici İşlər Nazirliyi açıq mənbəli proqram təminatının xərcləri azaltdığını dedi.[4] Fransız Polis Təşkilatı da Windows-dan Linux-a keçmənin xərcləri azaltdığını dedi.[5]

Windows Linux Qeydlər
Təxmini masaüstü istifadəsi 2014-cü ilin Oktyabr ayına əsasən 75,60%[6] 2014-cü ilin Oktyabr ayına əsasən 1,17%[7]
Ön qurğulu olması Demək olar ki, bütün kopüterlərdə əvvəlcədən yüklənilmiş olur. Bir çox fərdi kompüterlədə öncədən yüklənilmiş olur. Ubuntu bütün System76 kompüterlərdə və bəzi Dell kompüterlərdə öncədən yüklənilmiş olur. Microsoft-un satıcıları ilə yalnız Windows-un satılması razılaşmasına görə Microsoft Fransa məhkəməsinə çıxdı. Həmçinin Microsoft bazar payının artması üçün fərqli əməllərinə görə dəfələrcə cəza alıb.[8]

Masaüstü mühiti

[redaktə | mənbəni redaktə et]
Windows Linux Qeydlər
İstifadəçi interfeysi Windows Qabığı, Desktop Windows Manager-i Vista-da pəncərə meneceri olaraq istifadə edilir.
KDE 4.12 masaüstü mühiti

Müxtəlif masaüstü mühitləri var. Bunlara GNOME, KDE, Unity, Pantheon və s. misal göstərmək olar. Ən çox istifadə olunanları isə GNOMEKDE-dir. KDE 4-cü versiyası ilə birlikdə yeni bir era başlatdı. Həmçinin Linux-un 3 ölçülü masaüstü görüntüləri bir çox istifadəçi tərəfindən bəyənilmişdir.

Əmr sətiri interfeysi Əmr sətri istifadəçi və əməliyyat sistemi arasında birbaşa rabitə yaratmaq üçün var.
Əmr sətri

Linux konsolla birlikdə çox əlverişli bir əməliyyat sisteminə çevrilir. Qrafiki sistem çöksə belə bundan konsolla qurtulmaq mümkündür. Müxtəlif Unix qabıqları mövcuddur.

Quraşdırılma

[redaktə | mənbəni redaktə et]
Windows Linux Qeydlər
Quraşdırılma rahatlığı Windows Server 2003 və əvvəlki bolgüləri iki qrupa ayrılır. Mətn və qrafiki quraşdırılma. Əməliyyat sisteminə görə dəyişir. Lakin bir çox əməliyyat sistemi yeni və təcrübəsiz istifadəçilər üçün sadə qrafiki alətlər təqdim edir.
Quraşdırılma müddəti Versiyaya görə dəyişir. Ümumilikdə isə 20 dəqiqədən 1 saata qədər çəkir. Əməliyyat sistemindən asılıdı. Paket əsaslılar (Məs.: Ubuntu, Debian) az vaxt aparır.
Cihaz drayveri Windows-da kompüterdə işləməyi rahatlaşdıracaq qədər drayver mövcuddur. Linux nüvəsində drayverlərinin çoxu "Loadable kernel module" olaraq mövcuddur.
Önqurğulu proqramlar Bir çox proqram (Internet Explorer, Not Defteri, Windows Media Player) önqurğulu gəlir. Ancaq bir ofis proqramı ön önqurğulu gəlmir. Microsoft-un təqdim etdiyi Microsoft Office-i illik 69.99 dollar ödəməklə əldə etmək olar.[9] Bütün böyük Linux nüvəli əməliyyat sistemləri (brauzer, ofis proqramları, şəkil redaktə proqramları və s.) ilə bərabər gəlir.
Önqurğulu olmayan proqramlar Çoxlu kommersial proqram təminatları var. Bu proqramlar ayrı-ayrı qurula bilər. Çoxlu azad proqram təminatı və az sayda kommersial proqram təminatı mövcuddur. Bir Microsoft işçisi 1998-ci ildə yayımlanan bir hesabatda "İnsanların Linux-a keçərkən ehtuyac duyduqları bir çox kommersial proqram təminatlarının onsuz da pulsuz versiyaları var" deyə bildirmişdi.[10]
Bölüşdürülmə NTFS bölümlərini problemsiz genişlətmək mümkündür. Bölüşdürülmə üçün proqramlar da mövcuddur. Bəzi fayl kataloqları məlumat itirilmədən yenidən bölüşdürülməni dəstəkləyir. Bütün Linux nüvəli əməliyyat sistemlərində GParted və ya fdisk kimi disk bölüşdürülmə proqramları var.
Fayl sətirləri NTFS, FATISO 9660, Universal Disk Format və s.. ext2, ext3, ext4, ReiserFS, FAT, ISO 9660, Universal Disk Format, Network File System, NTFS, JFS, XFS və s.
Önyükləyici Birdən çox əməliyyat sətirini yükləyə bilir. Birdən çox əməliyyat sətirini yükləyə bilir.

İstifadə rahatlığı

[redaktə | mənbəni redaktə et]

2003-cü ildə Relevantive AG Linux-ın masaüstündə istifadəsinin demək olar ki, Windows XP-yə bərabər olduğunu demişdi.[11]

Windows Linux Qeydlər
İstifadə rahatlığı Hamı tərəfindən rahat istifadə ediləndir. Müxtəlif masaüstü mühitləri Linux-da işləməyi olduqca rahatlaşdırır.
Versiyalar arası sabitlik Versiyalar proqramlarla adətən uyğunlaşır. Ümumilikdə uyğunlaşır, amma proqramlar istifadəçi tərəfindən dəyişdirilə bilər.
Tətbiqetmələr arasındakı uyğunlaşma Bütün Microsoft tətbiqetmələri GKA üçün eyni tapşırıqları izləyir. KDEGNOME proqramları bir-biriylə uyğunlaşır.
Özəlləşdirmə Genişləndirmə Genişləndirmə
Əlverişlilik Windows və Linux-ın ikisi daha böyük piktoqram, yazı, mətn oxuma ve lupa kimi əlverişli seçimlər təqdim edir.[12]
Windows Linux Qeydlər
Ümumi stabillik NT əsaslı Windows versiyaları texniki olaraq köhnə versiyalardan (95, 98, ME) daha stabildir. Nüvə texniki olaraq UNIX-in stabilliyini miras almışdır. Pəncərə rəhbərlərinin stabilliyi dəyişkəndir, amma ümumilikdə stabildirlər.
Cihaz drayverinin stabilliyi Cihaz drayverləri ya Microsoft tərəfindən təmin edilir ya da avadanlıq istehsalçıları tərəfindən təmin edilir. Cihaz drayverləri Linux-da işləməsə mühəndislik üsulu ilə təmin edilir. IntelHP kimi bəzi istehsalçılar azad drayverlər istehsal edirlər.
Yandırma və söndürmə Drayver yenilənməsi və sistem yenilənməsi zamanı yenidən başlatmaq lazımdı. Sadəcə nüvə drayverləri dəyişdiriləcəksə yenidən başlatmaq lazımdı.
Proqram sonlandırma Proqramlar CTRL+SHIFT+ESC və ya CTRL+ALT+DEL ilə bağlana bilər. KDE tətbiqetmələri CTRL+ALT+ESC və ya KSystemGuard ilə bağlanır.
Təchizat abstraksiya layı(Hardware abstraction) Windows NT4, 2000 və sonrakı versiyalarda mövcuddur. Windows 95, 98-də yoxdu. Bir çox Linux əməliyyat sistemində mövcuddu.
Windows Linux
Windows Linux
Cəmiyyət dəstəyi MSDN kimi saytlar mövcuddur. Tərtibatçılar və iləri səviyyəli istifadəçilər tərəfindən internetdən dəstək verilir.
Telefon dəstəyi Microsoft və ya OEM tərəfindən Red Hat, Canonical, Novell kimi böyük şirkətlər tərfindən dəstək verilir.
Dokumentasiya İnternetdə və ya kitablarda geniş dokumentasiyalar mövcuddur. Sual-cavab saytlarında və onlayn ensiklopediyalarda mövcuddur.
Dərslər Bir çox Windows kursları mövcuddur. Əsasən universitetlərdə öyrədilir. Bəzi böyük şirkətlərin Linux sertifikatları verir.
Üçüncü tərəf dokumentasiyası Windows-un bazar payı çox olduğundan bir çox tərtibatçı Windows üçün quraşdırma və istifadə dokumentasiyasını hazırlayır. Üçüncü tərəf dokumentasiyası Linux-da Windows kimi yayğın deyil.
  1. "Adi kompüterlərin 90%-i Windows istifadə edir". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.
  2. "Linux istifadə edənlər". 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-29.
  3. "RedHat dəstək". 2016-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.
  4. "Linux-la xərclər azalır". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.
  5. "Linux-la xərclər azalır 2". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.
  6. "Windows istifadəsi". 2017-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.
  7. "Linux istifadəsi". 2017-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.
  8. "Microsoft Avropa Birliyi tərəfindən cəza aldı".
  9. "Microsoft Office alışı". 2020-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.
  10. "Microsoft işçisinin dedikləri". 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.
  11. Relevantive AG. "Masaüstündə Linux çox əlverişlidir" (PDF). 2003. 2013-01-18 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.
  12. Microsoft Accessibility Arxivləşdirilib 2008-01-21 at the Wayback Machine, KDE Accessibility Arxivləşdirilib 2011-02-26 at the Wayback Machine, GNOME Accessibility