Linux nüvəsi- Linux əməliyyat sistemləri ailəsinin istifadə etdiyi əməliyyat sistemi nüvəsidir.[1] Linux nüvəsi azad proqram təminatının ən məşhur və geniş yayılmış nümunələrindədir.[2]
Linux nüvəsi GNU General Public License ikinci versiyası (GPLv2) əsasında istifadəyə buraxılır.
Linux nüvəsinin ilk versiyası Finlandiyalı kompüter elmləri tələbəsi Linus Torvalds tərəfindən 1991-ci ildə yaradılmışdır. Tezliklə digər azad proqram təminatı proqramçılarının marağını özünə cəlb etmişdir. Hal-hazırda bütün dünyadan minlərlə proqramçı linux nüvəsinin inkişaf etdirilməsində fəaliyyət göstərirlər. Linux nüvəsi C və assembler dillərində yazılıb.
Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.