Kəpənəkçi (Bolnisi)

Vikipediya, azad ensiklopediya
Sabuhi from Baku (müzakirə | töhfələr) (94.20.103.210 (müzakirə) tərəfindən edilmiş 3302260 dəyişikliyi geri qaytarıldı.) tərəfindən edilmiş 18:54, 18 iyun 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Bolus Kəpənəkçisi - Gürcüstan Respublikası Borçalı bölgəsinin Bolnisi rayonu tabeçiliyində kənd. 80-ci illərin sonunda rayonun digər 32 kəndinin adı kimi azərbaycan mənşəli Bolus Kəpənəkçisi toponimi də gürcüləşdirilərək Kvemo Bolnisi (gürcücə mənası Aşağı Bolnisi deməkdir) halına salınmışdır.


Fiziki-coğrafi mövqeyi

Bolus Kəpənəkçisi kəndi rayon mərkəzindən 6 km. cənubda, paytaxt Tiflisdən təqribən 60 km. cənub-qərbdə, Kəpənəkçi çayının sol sahilində dəniz səviyyəsindən 550-600 m. yüksəklikdə yerləşir. Kəndin inzibati ərazisinin ən yüksək nöqtəsi hündürlüyü 2141 metrə çatan Lök dağıdır.

Əhalisi

2002-ci il siyahıyaalmasının nəticələrinə əsasən Bolus Kəpənəkçisi kəndində 1749 ailədə 6766 nəfər əhali yaşayır. Ailələrin say etibarilə 43%-i 3-4 nəfərdən ibarətdir. Bolus Kəpənəkçisi əhalisinin sayına görə rayonda Faxralıdan sonra II ən böyük kənddir. Sosoial çətinlik və işsizliyin yüksək olması ilə əlaqədar olaraq kənddən xüsusilə gənclər arasında yüksək emiqrasiya müşahidə olunur. Əhalisinin hamısı etnik azərbaycanlılardan ibarətdir.

Soylar

  • Təhlə
  • Ayvazlı
  • Budaqlı
  • Əyyublu
  • Hacıməmmədli
  • Namazlı
  • Göyüşlü
  • İmdadlı
  • Mehdili
  • Məmmədli
  • Saraclı
  • Talıblı
  • Turablı
  • Zərgəralılı
  • Sərdərli

Təsərrüfatı

Kəndin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Gecyetişən tərəvəzçilik, kartofçuluq, meyvəçilik, taxılçılıq, maldarlıq, arıçılıq və s. inkişaf etmişdir.

Görkəmli şəxsiyyətləri

İstinadlar

  1. 2002-ci ildə Gürcüstanda aparılmış əhali siyahıyaalmasının nəticələri
  2. Gürcüstanda kənd əhalisinin statistik icmalı

Xarici keçidlər

Həmçinin bax:

Şablon:Bolnisi rayonu kəndləri