Ömərov İsmayıl Abbas oğlu (20 fevral 1954, Kəpənəkçi, Bolnisi rayonu) — İctimai Televiziyanın rəhbəri (2005–2013).
İsmayıl Ömərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Ömərov İsmayıl Abbas oğlu |
Doğum tarixi | 20 fevral 1954 (70 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
İsmayıl Ömərov 1954-cü il fevralın 20-də Gürcüstan Respublikasının Borçalı mahalında Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi kəndi) kəndində anadan olmuşdur. 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. 1976-cı ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlamışdır.[1] Televiziyanın "İctimai-siyasi proqramlar" redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər uğurlu bir yaradıcılıq yolu keçmişdir. "Blokada", "Əsrin faciəsi", "Qanlı yanvar", "Qarabağ düyünü", "Xəyanət", "Qurtuluş" və. s teleserialların müəllifi və aparıcısı olmuşdur.[2] 90-cı illərdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin televersiyaların araşdırıcısıdır.
Bakı Sosial İdaretmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnmişdir.
2000–2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı olmuşdur.
2005-ci aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilmişdir. Qısa bir müddət ərzində Azərbaycanda media sahəsində ən demokratik və şəffaf institutlardan olan İctimai Teleradionu yaratmışdır.
Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.
"Qızıl qələm" və "Araz" mükafatlarının laureatıdır. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir.