Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Boys (Summertime Love)

Vikipediya, azad ensiklopediya
Eagle94 (müzakirə | töhfələr) tərəfindən edilmiş 12:48, 26 iyul 2015 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Boys
Sabrina Salerno tərəfindən ifa olunmuş sinql
Yayımlanma tarixi 29 may 1987
Janr xalq musiqisi[d]
Dil ingilis dili
Sözlərin müəllifi Malcolm Charlton[d][1]

Boys (Summertime Love) (azərb. Oğlanlar (yay sevgisi)‎) — 1987-ci ildə italiya müğənnisi Sabrina Salerno tərəfindən ifa edilmişdir. Bu mahnı ilk dəfə Böyük Britaniya hit-paradında göstərilmiş və üçüncü pilləyə yüksəlmişdir. Fransa və İsveçrə hit-paradında isə ilk pillədə mövqe tutmuşdur. "Boys" mahnısının remiks formaları Fransada 1995-ci ildə "Boys '95", 2003-cü ildə isə "Boys Boys Boys (The Dance Remixes)" adı altında istehsal edilmişdir.[2]

Klipi

Mahnının klipi İtaliyanın Venesiya kommunasının Yezolo şəhərində yerləşən Florida otelində olan hovuzun ətrafında çəkilmişdir.[3] Mahnıda Sabrinanın şəhvanə dəniz geyimi Böyük Britaniya hit-paradının senzurasında müzakirəyə çıxarılmışdır. 1988-ci ildə Sabrina "Super Channel" kanalının "Music Box" proqramında Nino Firetto ilə müsahibəsində etiraf etmişdir ki, həmin şəhvanə dəniz paltarını məşhur jurnallarında göstərilməsi üçün geyinmişdir. Onun sözlərinə görə, İtalyan jurnalları daha çox bu xarakterli kliplərə önəm verir. Mahnının klipinə Böyük Britaniyada qadağa qoyulması səbəbindən hit-paradda 3-cü mövqe tutmuşdur.

İstehsalı

Mahnı bir çox ölkələrdə məşhur olmuş və hit-paradlarında yüksək mövqe tutmuşdur.[4] Fransa hit-paradında 5 həftə ilk pilləni tutmuş və ümumi 25 həftə (12 dekabr 1987-28 may 1988) müxtəlif mövqe tutaraq, 1-ci pillədən 29-cu pilləyə enmişdir. Mahnının sertifikasiyası Fransa, AlmaniyaBöyük Britaniya hit-paradında qızıl sertifikasiyaya layiq görülmüşdür. Sabrina Salerno Fransa hit-paradında qızıl sertifikasiyaya layiq görülmüş ilk italyan müğənnisidir.[5]

Kaver versiyaları

İtalyan müğənnisi Sabrina Salernonun ifa etdiyi ən məşhur mahnısı olan "Boys" mahnısının ilk kaver versiyasını 1988-ci ildə Yapon Pop müğənnisi Aya Suqimoto ifa etmişdir. Sonralar digər kaver versiyalar 1994-cü ildə "Ludwig von 88", 2006-cı ildə "The Cheeky Girls", 2010-cu ildə isə "TWiiNS feat. Carlprit" dueti tərəfindən səsləndirilmişdir.

  • 1988: Aya Sugimoto
  • 1994: Ludwig von 88
  • 2006: The Cheeky Girls
  • 2010: TWiiNS feat. Carlprit

Kompozisiyaların siyahısı

Sabrin Salerno 30 oktyabr 2010-cu ildə Moskvada "Boys" mahnısını ifa edərkən

7" single Chic

  • 1."Boys (Summertime Love)" — 3:56
  • 2."Get Ready (Holiday Rock)" — 3:20

7" single Dureco Benelux

  • 1."Boys (Summertime Love)" — 3:30
  • 2."Get Ready (Holiday Rock)" — 3:30

12" single

  • 1."Boys (Summertime Love)" (extended mix) — 5:40
  • 2."Boys (Summertime Love)" (dub version) — 5:35
  • 3."Get Ready (Holiday Rock)" — 3:30

CD single – 1995 release

  • 1."Boys '95" (Radio Lovers Remix) – 5:36
  • 2."Boys '95" (N.Y.D.P. Mix) – 3:40

Hit-paradlar