Boys (Summertime Love)
Boys | |
---|---|
Sabrina Salerno tərəfindən ifa olunmuş sinql | |
Yayımlanma tarixi | 29 may 1987 |
Janr | xalq musiqisi[d] |
Dil | ingilis dili |
Sözlərin müəllifi | Malcolm Charlton[d][1] |
Boys (Summertime Love) (azərb. Oğlanlar (yay sevgisi)) — 1987-ci ildə italiya müğənnisi Sabrina Salerno tərəfindən ifa edilmişdir. Bu mahnı ilk dəfə Böyük Britaniya hit-paradında göstərilmiş və üçüncü pilləyə yüksəlmişdir. Fransa və İsveçrə hit-paradında isə ilk pillədə mövqe tutmuşdur. "Boys" mahnısının remiks formaları Fransada 1995-ci ildə "Boys '95", 2003-cü ildə isə "Boys Boys Boys (The Dance Remixes)" adı altında göstərilmişdir.[2]
Klipi
Mahnının klipi İtaliyanın Venesiya kommunasının Yezolo şəhərində yerləşən Florida otelində olan hovuzun ətrafında çəkilmişdir.[3] 1988-ci ildə Sabrina "Super Channel" kanalının "Music Box" proqramında Nino Firetto ilə müsahibəsində etiraf etmişdir ki, həmin şəhvanə dəniz paltarını məşhur jurnallarında göstərilməsi üçün geyinmişdir. Onun sözlərinə görə, İtalyan jurnalları daha çox bu xarakterli kliplərə önəm verir. Mahnının klipinə Böyük Britaniyada qadağa qoyulması səbəbindən hit-paradda 3-cü mövqe tutmuşdur.
İstehsalı
Mahnı bir çox ölkələrdə məşhur olmuş və hit-paradlarında yüksək mövqe tutmuşdur.[4] Fransa hit-paradında həftə ilk pilləni tutmuş və ümumi 25 həftə (12 dekabr 1987-28 may 1988) müxtəlif mövqe tutaraq, 1-ci pillədən 29-cu pilləyə enmişdir. Mahnının sertifikasiyası Fransa, Almaniya və Böyük Britaniya hit-paradında qızıl sertifikasiyaya layiq görülmüşdür. Sabrina Salerno Fransa hit-paradında qızıl sertifikasiyaya layiq görülmüş ilk italyan müğənnisidir.[5] İtaliya hit-paradında üçüncü pillədə qərarlaşmış və 2 həftə ərzində müxtəlif pillələrdə mövqe tutmuşdur. 30 avqust 1987-ci il tarixində İsveçrə hit-paradında göstərilmiş və ilk pilləyə yüksəlmişdir.
Kaver versiyaları
Kompozisiyaların siyahısı
7" single Chic
- 1."Boys (Summertime Love)" — 3:56
- 2."Get Ready (Holiday Rock)" — 3:20
7" single Dureco Benelux
- 1."Boys (Summertime Love)" — 3:30
- 2."Get Ready (Holiday Rock)" — 3:30
12" single
- 1."Boys (Summertime Love)" (extended mix) — 5:40
- 2."Boys (Summertime Love)" (dub version) — 5:35
- 3."Get Ready (Holiday Rock)" — 3:30
CD single – 1995 release
- 1."Boys '95" (Radio Lovers Remix) – 5:36
- 2."Boys '95" (N.Y.D.P. Mix) – 3:40
Hit-paradlar
Hit-paradlarda mövqe
İstinadlar
Xarici keçidlər |