Milli bomba (film, 2004)

Vikipediya, azad ensiklopediya
Vusal1981 (müzakirə | töhfələr) (Yeni səhifə: {{Film |şəkil = Milli Bomba (2003).JPG |şəkil miqyas = 300 |şəkil məlumat = |Ad = MİLLİ BOMBA |Əsərin Müəllifi = |Ssenari Müəllifi = Elçin, Vaqif Mustafayev...) tərəfindən edilmiş 07:52, 4 yanvar 2009 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Milli bomba
Fayl:Milli Bomba (2003).JPG
Janr komediya filmi[1]
Rejissor
Ssenari müəllifi
Baş rolda
Operator
Bəstəkar
İlk baxış tarixi 2004
Ölkə
Dil rus dili
IMDb ID0418001

Məzmun

Film kino sənətindən bəhs edir. Hadisələr 1991-ci ildə baş verir. Yaşlı montajçı(Avtandil Maxaradze) qocaldığı üçün kinostudiyadakı işindən azad olunur. Ancaq o, işini yarımçıq qoymaq istəmir, pul əldə etmək üçün evini satmağa məcbur olur. Lakin evi satın alan bildirir ki, o pulu yalnız rəhmətə gedəndən sonra ala biləcək...

Film Haqqında

  • Azərbaycan filmə 300 min dollar ayırmışdır.
  • Valeri Kiçin (Rossiyskaya qazeta) “Qafqaz aksentli rus izi – “bomba” partladılana qədər müsabiqə sakit və sönük keçirdi” sərlövhəli məqaləsində Vaqif Mustafayevin peşəkarlıqla çəkdiyi ekran əsərini yüksək qiymətləndirib. Onun fikrincə, Vaqif Mustafayevin müştərək Azərbaycan-Rusiya məhsulu olan “Milli Bomba”sı artıq göstərilmiş filmlər arasında, şübhəsiz, ən yaxşı və sözsüz, mükafatlara layiq filmdir”. V.Kiçin filmi təhlil edərək yazır ki, “ümumiyyətlə, bu film ideyalar kəhkəşanıdır, elə ideyalar ki, onların hər biri heç də az istedadı olmayan müəlliflərin ayrıca filmi üçün kifayət edərdi”. Məqalədə deyilir: ““Milli Bomba” xalqların keçmiş “qardaşcasına dostluğuna” yasin oxumaqdır: burada sovet psixologiyasının “əlacsız izi” var və şanlı Bakı sakinləri ilə yanaşı, gürcülər, qazaxlar, taciklər, yəhudilər də görünür. Burada zurna-qaval çalır, buynuzdan şərab və stəkandan acqarına araq içirlər. Filmdə vaxtilə sahmanlanmış məişətin hənirtisi nəzərə çarpır. İndi onları yenidən heç cürə birləşdirə bilmirlər”.
  • Filmin yaradılması ideyası 1991-ci ildə insanların adət etdikləri ənənəvi həyat tərzinin axarının pozulduğu və insanları yeni həyatla ayaqlaşa bilmədikləri bir dövrdə meydana gəlib.

Festivallar və Mükafatlar

1)2004-cü ildə Smolenskdə(Rusiya) MDB və Baltikyanı Ölkələrin Beynəlxalq “Yeni Kino – XXI Əsr” Kinofestivalı
  • Film baş Mükafat–Qran Pri almışdır.
  • Ən yaxşı kişi roluna görə aktyor Avtandil Maxaradzeyə Mükafat verilmişdir.
  • Bəstəkar Giya Kançeliyə xüsusi Mükafat verilmişdir.
2)Novqorodda(Rusiya) “Gülümsə, Rusiya” Komediya Filmləri Festivalı
  • Filmə baş Mükafat verilmişdir.
3)2007-ci ildə Varnada(Bolqarıstan) XV Beynəlxalq "Məhəbbət Dəlilikdir" kinofestivalı
  • Filmə "Acı Piyalə" Mükafatı verilmişdir.

Namizəd

1)2004-cü ildə Moskva(Rusiya) Beynəlxalq Kinofestivalı
  • Film "Qızıl Müqəddəs Georgi" Mükafatına namizəd olmuşdur.

Filmin Heyəti

Filmin üzərində İşləyənlər

Quruluşçu Rejissor : Vaqif Mustafayev
Ssenari Müəllifi : Elçin, Vaqif Mustafayev
Quruluşçu Operator : Lomer Axvlediani, Cimşer Kristesaşvili
Quruluşçu Rəssam : Ağarəhim Əliyev
Bəstəkar : Giya Kançeli
Prodüser : Valeri Ruzin

Rollarda

Avtandil Maxaradze-Montajçı
Lətifə Əliyeva
Arzu Hüseynov-Montajçının oğlu
Yaşar Nuri-Prodüser
Nuriyyə Əhmədova-Montajçının arvadı
Səidə Quliyeva-Əbdülqəninin qızı
Şəfiqə Qasımova
Murad Dadaşov-Montajçı (gənc)
Bəhram Bağırzadə
Əjdər Həmidov-Məmməd
Mənsur Məmmədov
Oqtay Mirqasımov
Gülşad Baxşıyeva
Arif Qasımov
Kazım Abdullayev
Leonid Kuravlyov

Həmçinin Bax

Xarici Keçid

Filmin Videosu

Filmdən Fraqment

YouTube

  1. 1 2 http://www.imdb.com/title/tt0418001/.