Polimer Materialları İnstitutu (Azərbaycan)

Vikipediya saytından
Dr.Wiki54 (müzakirə | töhfələr) tərəfindən edilmiş 19:02, 9 may 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Polimer Materialları İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu.

Təşkilatın əsas fəaliyyət istiqamətləri

  • İnstitutun quruluşunun dəyişdirilməsi, yeni qu­ruluşda polimer materialları istiqamətinə üstünlük verilməsi;
  • Elmi istiqamətlərin müasirləşdirilməsi, mul­ti­dissiplinar xarakterli istigamətlərə üstünlük ve­rilməsi, müvafiq layihələrin tərtibi və ma­liy­yələşdirmə üçün təqdimi;
  • İTK vasitələrinin tətbiqinin genişləndirilmə­si, dünya elmi informasiya bazalarından və mən­bələrindən məlumatların toplanması;
  • Kadr dəyişiklikləri, yüksək ixtisaslı kadrla­rın instituta cəlb edilməsi ilə yanaşı, gənc kadr­ların hazırlanması və onların aparıcı və­zi­fələrə yerləşdirilməsi;
  • İnstitutda əvvəllər əldə edilmiş elmi-praktiki nə­ticələrin təhlili və tətbiq üçün təkliflərin ve­rilməsi;
  • Beynəlxalq əlaqələrin genişləndirilməsi, bir­gə layihələr üzrə müqavilələr bağlanması;
  • Sənaye qurumları, elm və təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi;

Son beş ildə əldə etdiyi elmi nəticələr

  • "Qaynar" təbəqədə xlorüzvi birləşmələrin sin­tezi aparılmış və onlar əsasında yüksək is­ti­liyə və odadavamlı polimer maddələr alın­mışdır.
  • Tozvari maddələrin dənəvərləşdirilməsi, on­ların  təbii polimerlərin suda həll olan tö­rə­mələri ilə kapsullaşdırılması proseslərinin elmi əsasları­ işlənib hazırlanmış, bu proses­lərin apara­tur tərtibi ilə əlaqədar elmi kon­sepsiya yaradılmış, kapsul­əmələgətirən sel­lülozanın törəməsi olan karboksil­metilsellü­lozanın natrium, kalium və ammonium duz­larının pambıqtəmizləmə zavodlarının tul­lantılarından alınması proseslərinin texnoloji əsaslarının yaradılması tədqiqatlar aparıl­mışdır.
  • Polifunksional silisiumüzvi, epoksid, yük­sək­molekullu birləşmələrin effektli alınma üsul­ları işlənmiş, sənaye polimerlərinin mo­di­fikatsiyası sahəsində tədqiqatlar aparılmış və istiyə davamlı polietilen və xlorbutil kauçu­kunun alınma prosesləri işlənilərək sə­nayedə tətbiq olunmuşdur.
  • Dünyada ilk dəfə olaraq xiral Lyuis turşusu kata­lizatoru: L-mentil efirinin BF3 komplek­si sintez edilmiş, nəticədə asimmetrik sintez stra­tegiyasının əsası qoyularaq tərkibində bir ne­çə asimmetrik mərkəz olan təbii birləşmə­lə­rin optiki fəal halında sintezi mümkün ol­muş­dur.
  • Kompleksradikal birgə polimerləşmə reak­si­ya­larının qanunauyğunluqları tədqiq edil­miş, metalüzvi polimerlər, xüsusi xassəli funk­sional polimerlərin sintezi sahəsində iş­lə­rin nəticələri mikroelektronika və s. sahə­lər­də tətbiq olunmuşdur.
  • Yarımkeçirici, istiliyə və radiasiyayadavam­lı reaksiyaya qabil oliqofenollar və tərkibin­də epoksi-, amino-, sulfo-, xlor və s. funksi­o­nal qrup saxlayan oliqomer birləşmələrin sin­tezinin qanuna­uyğunluqlarının öyrənil­mə­si sahəsində tədqiqatlar aparılaraq yük­sək­molekullu birləşmələr kimyasının yeni is­tiqaməti – polioksiarilenlər kimyasının əsası qoyulmuş və inkişaf etdirilmişdir.
  • Sorbent və katalizatorlar kimi tətbiq edilən po­limer kompleks əmələgətiricilərin yeni ya­ran­ma prinsipi işlənib hazırlanmışdır. Prin­sip polimer kompozisiyasının yaddaşa ma­lik olmasına əsaslanır və makromolekul­la­rın aktiv mərkəzlərinin sorbsiya olunan me­tala və ya katalitik çevrilməyə məruz ga­lan substrata nəzərən struktur uyğunlaşma­sın­dan və yaranmış optimal strukturun mo­le­kul­arası tikilmə vasitəsilə bərkidilməsin­dən ibarətdir. Bu prinsipə əsaslanaraq, yeni yük­sək aktivliyə və selektivliyə malik po­limer sorbentlər və katalizatorlar alınmış­dır.
  • Yüksək və aşağımolekul kütləli polietilen­lər, polietilen tullantıları və yerli təbii qeyri-üzvi ehtiyatlar əsasında yüksək fiziki-mexaniki və termiki davamlılıq xassələrinə malik kompozisiyalar yaradılmış, prosesin op­timal şəraiti işlənilmiş, müvafiq tətbiq sahələri müəyyənləşdirilmişdir.
  • Bir sıra funksional əvəzli viniltsiklopropan­la­rın izomerizasion polimerləşməsinin elmi əsas­ları, qoşulmuş əlaqəli reaksiyayaqabil oli­qo­mer­lərin. örtükəmələgətirici polimerlə­rin sintez üsulları işlənib hazırlanmış, kom­pleks-radikal sopolimerləş­mə prosesinin qa­nu­na­uyğunluqları öyrənilmişdir.
  • Xüsusi təyinatlı funksional polimerlər, onla­rın əsasında dəyərli xassələrə malik foto-, elek­tron- və rentgenrezistlər, yarımkeçirici­lər, korroziyadan qoruyucu örtüklər, antista­tik­lər, elektretlər və kompozision material­lar, polimerlərə əlavələr və modifikatorlar ya­ra­dıl­mış­dır.
  • Asimmetrik dien sintezi reaksiyasının ümu­mi prinsiplərinin yaradılması, azottərkibli tə­bii heterotsiklik birləşmələrin sintetik ana­loq­ları­nın məqsədyönlü sintez üsullarının iş­lə­nib hazırlanması, altıüzvlü funksional­əvəz­li tsiklik sistemlərin konformasion ana­li­zi­nin elmi əsaslarının yaradılması, tsiklo­hek­san və onun homoloqlarının foto- və elek­tro­kimyəvi halogenləşməsi və alınan bir­ləş­mə­lə­rin konformasiyasının müəyyən­ləş­di­ril­mə­si, tsiklik sıra allen və asetilen bir­ləş­mələrinin sintezinin elmi əsaslarının yara­dıl­ması, maye fazada katalitik oksidləşmə üsu­lu ilə halogen tərkibli üzvi birləşmələrin alın­ması və s. institutda zərif üzvi sintez sa­hə­sində əldə edilən mühüm elmi nailiyyət­lər­dəndir.
  • Bir sıra maddələrin – xlor parafinlərin, kar­bon 4-xloridin və tetraxloretilenin iqtisadi cə­hət­dən səmərəli alınma texnologiyaları iş­lə­nib hazırlanmış, manjet və kipləşdiricilər üçün yeni kompozision materiallar yaradıl­mış və sənayedə tətbiq olunmuşdur.
  • Tərkibində efir qrupları saxlayan benzolsul­fo­imid­lərin dihalogenli birləşmələrlə poli­kon­dens­ləşməsindən termiki davamlı və asan emal olunan poliimidlərin əlverişli sin­tez üsulları işlənib hazırlanmışdır.
  • Makromolekulunda polyar etoksikarbonil qrup­ları, doymamış ikiqat rabitə və tsiklo­propan fraqmentləri saxlayan yüksək adge­zi­ya möhkəmliyinə və zərbəyə qarşı davam­lı­lı­ğa, temperatur və şüa təsirindən struktur­laş­ma qabiliyyətinə malik yeni növ birgəpo­li­mer­lərin sintez üsulu işlənib hazırlanmış və alınan polimerlər əsasında neqativ xarak­ter­li foto- və elektron rezistlərin yaradılması müm­künlüyü göstərilmişdir.
  • 4-halogenmetilnikotin turşusunun efirlərinin hid­­razinlərlə reaksiyası nəticəsində antihe­mo­ko­aqulyant xasssəli, praktiki olaraq zə­hər­­siz (LD=521 mq/kq) və tibb praktikasın­da istifadə olunan heparindən daha fəal (30% yüksək) olan 1-okso-1,2,3,4-tetrahid­ro-2,3,7-triazanaftalenlərin 64-75%-lə alın­ma­sı­nın effektli sintez üsulu işlənib hazır­lanmışdır.
  • Elmi biliklərlə əqli fəaliyyət elementlərinin sin­tezini təmin edən, milli zəmin və ümum­bəşəri dəyərlər əsasında müasir təhsil siste­mi­nin bütün pillələrində (məktəbəqədər tər­bi­yə, ibtidai və orta təhsil, ali təhsilin müx­tə­lif mərhələləri - bakalavr, magistr, dokto­ran­tura) dönüş yaratmağa qadir, “Təhsildə Di­na­mik Fəzavi Təfəkkür” nəzəriyyəsi yara­dıl­mışdır.
  • β-radiasiya şüalarının (β(+) pozitron və β(-) elek­tron sellərinin) tutulmasında əhəmiy­yətli səmərəlilik göstərən, özündə polifunk­sional qrup­lar saxlayan kationit tipli yeni oliqomer po­li­elektrolitlər sintez edilmiş, onların radia­si­ya şüalarını udma qabiliyyəti geniş PH in­ter­valında tədqiq edilmiş və müəyyənləşdi­ril­miş­dir ki, radiasiya şüalarını udmaq qabi­liy­­yəti oliqomerin tərkibində olan episulfid, nit­ril və amin fraqmentlərinin mövcudluğu və miqdarından asılıdır.

Təşkilatın tarixi haqqında

İnstitut 1966-cı ildə yaradılmışdır. O, 1966-1978-ci il­lərdə Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmiş və sonradan 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Xlor Üzvi Sintez İnstitutuna çevrilmişdir.  1991-ci ildən indiyə qədər AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir.  İnstitutun ilk direktoru (1966-1973) k.e.d., professor S.İ.Sadıqzadə olmuşdur. İnstituta 1973-1986-cı illərdə AMEA-nın müxbir üzvü, k.e.d., professor M.M.Hüseynov direktorluq etmişdir.  1987-ci ildən 2007-ci  ilədək  institutun direktoru AMEA-nın həqiqi üzvü, k.e.d., professor A.A.Əfəndiyev, 2007-2014-cü ilin mart ayına qədər AMEA-nın müxbir üzvü, k.e.d., professor A.M.Quliyev olmuşdur. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər institutun direktoru AMEA-nın akademiki A.H.Əzizov olmuşdur. Hal-hazırda isə institutun direktoru AMEA-nın müxbir üzvü, k.e.d., professor B.Ə.Məmmədovdur.

Mənbə

Həmçinin bax

Xarici keçidlər