Kaxa Okriaşvili
KAXABER OKRİAŞVİLİ | |
---|---|
gürc. კახაბერ ოქრიაშვილი ing. Kakhaber Okriashvili | |
Kaxaber Okriaşvili Gürcüstan Hökümətinin İgamətgahında brifinq zamanı 2015-ci il. Tbilisi. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 mart 1966 |
Doğum yeri | Tbilisi şəhəri, Gürcüstan SSR |
Vətəndaşlığı |
SSRİ (1966-1991) Gürcüstan (1991-dən) |
Təhsili | Tbilisi Dövlət Tibb Universiteti (1987) |
İxtisası | Həkim-Ginekoloq |
Fəaliyyəti | siyasətçi |
Atası | Qoqi Okriaşvili |
Anası | Quliko Okruaşvili |
Dini | Gürcü Pravoslav Kilsəsi |
Kaxaber Okriaşvili — Gürcüstanın siyasi və dövlət xadimi, tanınmış messenat, Gürcüstan Parlamentinin VI çağırış (2004-2008), VII çağırış (2008-2012), VIII çağırış (2012-2016), IX çağırış (2016-2020) Dmanisi-Zalqa birmandatlı seçki dairəsindən majoritar deputatı, 2008-2020-ci illərdə GÜrcüstan-Azərbaycan Parlamentlərarası Dosluq Qrupunun üzvü, 2015-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambelyasının üzvü. 2013-2016-cı illərdə Gürcüstan Parlamenti Partiyasız Müstəqil Majoritarlar Fraksiyasının sədri.[1].
Həyatı
Kaxaber Okriaşvili 21 mart 1966-cı ildə Qoqi Okriaşvilinin ailəsndə dünyaya göz açmış, uşaqlıq illəri və erkən gəncliyi Tbilisi şəhərində keçmişdir. 1982-1983 və 1990-1995-ci illərdə, həkimlik fəaliyyəti ilə əlaqədar Gürcüstanın Dmanisi şəhərində yaşamışdır. 1995-ci ildən 2004-cü ilə qədər isə PSP Farmaçevtik Şirkətinin Baş direktoru vəzifəsini tutarkən yenidən Tbilisi şəhərində yaşamışdır. 2004-cü ildən bu yana Dmanisi-Tetriçakro seçki dairsəindən majoritar deputat olduğu üçün Dmanisi şəhərində yaşayır.
Təhsili
Kaxaber Okriaşvili 1981-ci ildə Tbilisidə orta məktəbi bitirib. 1981-1987-ci illərdə Tbilisi Dövlət Universitetində təhsil almış və həmin universiteti Ginekologiya ixtisası üzrə bitirmişdir.
Karyerası və ictimai-siyasi fəaliyyəti
Kaxaber Okriaşvili əmək faliyyətinə 1982-ci ildə, Tbilisi Dövlət Tibb Universitetini bitirdikdən dərhal sonra, Gürcüstan SSR Səhiyyə Nazirliyinin Dmanisi rayon Poliklinikasında tibb işçisi olaraq başlamışdır. 1989-cü ilə Dmanisi rayon Qantiadi kənd Poliklinikasına Baş həkim təyin edilmişdir. 1990-ci ilə qədər Qantiadi kənd Poliklinikasının Baş həkimi vəzifəsini tutan K.Okriaşvili 1990-cı ildə Gürcüstan SSR Səhiyyə Nazirliyi Dmanisi rayon Xəstəxanasına akuşer-ginekolog təyin edilmiş və burada həkim fəaliyyətini 1995-ci ilə qədər davam etdirmişdir.
1995-ci ildə Kaxa Okriaşvili PSP Farmaçevtik Şirkətini yaratmış və 2003-cü ilə qədər həmin şirkətin Baş direktoru vəzifəsini tutmuşdur. 2004-cü ildə siyasi fəaliyyətə başlayan K.Okriaçvili Gürcüstan Vahid Milli Hərakat Partiyasına daxil olmuş və Gürcüstan Parlamentinə keçirilən seçkilərdə Dmanisi birmandatlı seçki dairəsindən deputat seçilmişdir. 2008-ci ildə K.Okriaşvili Gürcüstan Vahid Milli Hərkat Partiyasından majoritar namizəd kimi Dmanisi-Zalqa birmandatlı seçki dairəsində seçkilərdə qələbə qazanaraq yenidən Parlamentin deputatı seçilmişdir. 2004-2013-cü illərdə K.Okriaşvili Gürcüstan Vahid Milli Hərakat partiyasının fəal üzvlərində biri olmuş, siyasi partiyanın Dmanisi və Zalqa rayonlarında fəaliyyətini koordinasiya etmiş, həmçinin Vahid Milli Hərkat Partiyasının parlament fraksiyasında fəal deputatlardan biri kimi tanınmışdır. 2013-cü ildə Parlament deputatı olan K.Okriaşvili siyai baxışlarına görə vahid Milli Hərakat Partiyasını tərk edərək, "Gürcü Arzusu-Demokratik Gürcüstan" Siyasi Partiyasına daxil olmuşdur. K.Okriaşvili 2016-cı ildə "Gürcü Arzusu-Demokratik Gürcüstan" Siyasi Partiyasının majoritar namizədi kimi Dmanisi-Zalqa birmandatlı seçki dairəsindən Gürcüstan Parlamentinin deputatı seçilmişdir.
Gürcüstan Parlamentində fəliyyəti
Dmanisi və Zalqa rayonlarının inkişafında rolu
2004-cü ildən etibarən K.Okriaşvili Dmanisi-Zalqa birmandatlı dairəsindən Gürcüstan Parlamentinin deputatı seçildikdən sonra Dmanisi və Zalqa rayonlarında sosial və infrasturukturun inkişaf etdirilməsi və bu istiqamətlərdə dövlət büdcəsindən maliyyə ayrılmasına nail olmuşdur.
Messantlığı
Ailəsi
Fotoqalereya
İstinadlar
- ↑ Parliament of Georgia. "კახაბერ ოქრიაშვილი". Parliament of Georgia (gürcü). www.parliament.ge. 21.06.2019. İstifadə tarixi: 2010-07-11.
Bu məqalə qaralama halındadır. |