Kaxa Okriaşvili

Vikipediya, azad ensiklopediya
ARSLANER (müzakirə | töhfələr) tərəfindən edilmiş 20:14, 16 sentyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Kaxaber Okriaşvili (Kaxa Okriaşvili)
gürc. კახაბერ ოქრიაშვილი
ing. Kakhaber Okriashvili
Kaxaber Okriaşvilin namizədliyinin Tərəqqi və Azadlıq Partiyasından 2020-ci il Gürcüstan Parlament seçkilərinə təqdimaı. 15 sentyabr 2020-ci il.
Kaxaber Okriaşvilin namizədliyinin Tərəqqi və Azadlıq Partiyasından 2020-ci il Gürcüstan Parlament seçkilərinə təqdimaı. 15 sentyabr 2020-ci il.
Şəxsi məlumatlar
Doğum tarixi (58 yaş)
Doğum yeri Tbilisi şəhəri, Gürcüstan Sovet Sosialist Respublikası Gürcüstan SSR
Vətəndaşlığı SSRİ SSRİ (1966-1991)
Gürcüstan Gürcüstan (1991-dən)
Təhsili Tbilisi Dövlət Tibb Universiteti (1987)
İxtisası Müalicə işi
Fəaliyyəti siyasətçi
Atası Qoqi Okriaşvili
Anası Quliko Okruaşvili
Dini Gürcü Pravoslav Kilsəsi

Kaxaber Okriaşvili (Kaxa Okriaşvili) (21 mart 1966, Tbilisi) — Gürcüstanın siyasi və dövlət xadimi, tanınmış messenat, Gürcüstan Parlamentinin VI çağırış (2004-2008), VII çağırış (2008-2012), VIII çağırış (2012-2016), IX çağırış (2016-2020) Dmanisi-Zalqa birmandatlı seçki dairəsindən majoritar deputatı, 2008-2020-ci illərdə Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, 2015-ci ildən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambelyasının üzvü. 2013-2016-cı illərdə Gürcüstan Parlamenti Partiyasız Müstəqil Majoritarlar Fraksiyasının, 2016-cı ildən isə Gürcüstan Parlamenti Regional İnkişaf Fraksiyasının Sədri.[1].

Həyatı

Kaxaber Okriaşvili 21 mart 1966-cı ildə Qoqi Okriaşvilinin ailəsndə dünyaya göz açmış, uşaqlıq illəri və erkən gəncliyi Tbilisi şəhərində keçmişdir. 1982-1983 və 1990-1995-ci illərdə, həkimlik fəaliyyəti ilə əlaqədar Gürcüstanın Dmanisi şəhərində yaşamışdır. 1995-ci ildən 2004-cü ilə qədər isə PSP Farmaçevtik Şirkətinin Baş direktoru vəzifəsini tutarkən yenidən Tbilisi şəhərində yaşamışdır. 2004-cü ildən bu yana Dmanisi-Tetriçakro seçki dairsəindən majoritar deputat olduğu üçün Dmanisi şəhərində yaşayır.

Təhsili

Kaxaber Okriaşvili 1981-ci ildə Tbilisidə orta məktəbi bitirib. 1981-1987-ci illərdə Tbilisi Dövlət Tibb Universitetində təhsil almış və həmin universiteti ümumi müalicə işi ixtisası üzrə bitirmişdir.

Karyerası və ictimai-siyasi fəaliyyəti

Kaxaber Okriaşvili əmək faliyyətinə 1982-ci ildə, Tbilisi Dövlət Tibb Universitetini bitirdikdən dərhal sonra, Gürcüstan SSR Səhiyyə Nazirliyinin Dmanisi rayon Poliklinikasında tibb işçisi olaraq başlamışdır. 1989-cü ilə Dmanisi rayon Qantiadi kənd Poliklinikasına Baş həkim təyin edilmişdir. 1990-ci ilə qədər Qantiadi kənd Poliklinikasının Baş həkimi vəzifəsini tutan K.Okriaşvili 1990-cı ildə Gürcüstan SSR Səhiyyə Nazirliyi Dmanisi rayon Xəstəxanasına akuşer-ginekolog təyin edilmiş və burada həkim fəaliyyətini 1995-ci ilə qədər davam etdirmişdir.

1995-ci ildə Kaxa Okriaşvili PSP Farmaçevtik Şirkətini yaratmış və 2003-cü ilə qədər həmin şirkətin Baş direktoru vəzifəsini tutmuşdur. 2004-cü ildə siyasi fəaliyyətə başlayan K.Okriaçvili Gürcüstan Vahid Milli Hərakat Partiyasına daxil olmuş və Gürcüstan Parlamentinə keçirilən seçkilərdə Dmanisi birmandatlı seçki dairəsindən deputat seçilmişdir. 2008-ci ildə K.Okriaşvili müstəqil majoritar namizəd kimi Dmanisi-Zalqa birmandatlı seçki dairəsində seçkilərdə qələbə qazanaraq yenidən Parlamentin deputatı seçilmişdir. 2004-2013-cü illərdə K.Okriaşvili Gürcüstan Vahid Milli Hərakat Partiyasının fəal üzvlərində biri olmuş, siyasi partiyanın Dmanisi və Zalqa rayonlarında fəaliyyətini koordinasiya etmiş, həmçinin Vahid Milli Hərkat Partiyasının parlament fraksiyasında fəal deputatlardan biri kimi tanınmışdır. 2013-cü ildə "Gürcü Arzusu-Demokratik Gürcüstan" Siyasi Partiyasına daxil olmuşdur. K.Okriaşvili 2016-cı ildə "Gürcü Arzusu-Demokratik Gürcüstan" Siyasi Partiyasının majoritar namizədi kimi Dmanisi-Zalqa birmandatlı seçki dairəsindən Gürcüstan Parlamentinin deputatı seçilmişdir.

Gürcüstan Parlamentində fəliyyəti

Kaxaber Okriaşvili 2004-cü ildə Gürcüstan Parlamentinin deputatı seçildikdən sonra siyasi, qanunvericilik və fraksiyalar arası fəallığı seçilmişdir. 2008-2012-ci illərdə Gürcüstan Parlamentində vahid Milli Hərakat fraksiyasının aparıcı üzvlərindən biri omuşdur. 2012-2013-cü illərdə isə K.Okriaşvili Parlamentin partiyasız Müstəqil majoritarlar Fraksiyasının sədr müavini vəzifəsini tutmuşdur. 2014-2016-cı illərdə isə həmin fraksiyanın sədri olmuşdur. 2016-cı ildən Regionların İnkişafı Fraksiyasının Sədrdir.

K.Okriaşvili fəal qanunverici deputat kimi 2016-cı ildə Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü olmuşdur.

2008-2020-ci illər ərzində Gürcüstan parlamentinin deputatı olan K.Okriaşvili müxtəlif zaman kəsiklərində Gürcüstan parlamentinin Shiyyə və Sosial məsələr Komitəsi, Ətraf Mühit və Təbii Ehtiyatlar Komitəsinin və Sahə İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin üzvü olaraq fəaliyyətini davam etdirmişdir.

Gürcüstan parlamentinin beynəlxalq fəaliyyətində və həmçinin Türkdilli ölkələrin parlamentləri ilə birgə fəaliyyətlərdə dostluq qruplarının tərkibində iştirak etmişdir. 2018-cu ildən Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvüdür və Azərbaycanla ikitərfli əlqaələrini möhkəmləndirilməsində ciddi töhfə vermişdir. K.Okriaşvili həmçinin Gürcüstan-Qazağıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Türkmənistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Qırğızıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Gürcüstan-Özbəkistan Parlamentlərarası Dostluq Qrupunun üzvü vəzifələrini tutur.

Fayl:K Okriaşvili.jpg
Kaxaber Okriaşvili Gürcüstan Hökümətinin İgamətgahında brifinq zamanı 2015-ci il. Tbilisi.

Gürcüstan parlamentinin beynəlxalq fəaliyyətndə ciddi iştirak edən K.Okriaşvili Qaradəniz iqtisadi Əməkdaşlıq Parlament Assambleyasının 2016-cı ildən üzvüdür. 2015-2016-da ATƏT Parlamnet Assambleyasının üzvü və 2012-2015-ci illərdə GUAM Parlament Assambleyasının üzvü olmuşdur. 2016-2017-ci illərdə Kaxaber Okriaşvili Gürcüstan Dövlət Konstitusiya Komisiyasının üzvü olmuşdur. 2006-2007-ci illərdə Rusiya federasiyası Hökümətinin Gürcüstan Vətəndaşlarına qarşı yönəlmiş fəaliyyətinin araşdırılması üzrə parlamnetin Müvəqqəti Komisiyyasının üzvü olmuşdur.

2020-ci ildə Kaxa Okriaşvili "Tərqqi və Azadlıq" partiyasının yardılmasına iştirak etmiş və 2020-ci ilin avqustunda "Güc birlikdədir Siyasi Blokuna daxil olan "Tərəqqi və Azadlıq" partiyasının Bolnisi-Dmanizi-Tetriçkaro-Zalqa Birmandatlı seçki dairəsindən gürcüstan Parlamentinə majoritar namizəd kimi irəli sürülmüşdür.


Dmanisi və Zalqa rayonlarının inkişafında rolu

2004-cü ildən etibarən K.Okriaşvili Dmanisi-Zalqa birmandatlı dairəsindən Gürcüstan Parlamentinin deputatı seçildikdən sonra Dmanisi və Zalqa rayonlarında sosial və infrasturukturun inkişaf etdirilməsi və bu istiqamətlərdə dövlət büdcəsindən maliyyə ayrılmasına nail olmuşdur. Kaxaber Okriaşvilinin Gürcüstan parlamentinin Səhiyyə və Sosial Məslələr üzrə Komitəsindəki fəaliyyəti nəticəsində Dmanisi rayonun azərbaycanlılar yaşayan kəndlərinə"Yüksək dağlıq region yaşayış məntəqəsi" statusu verilmiş. Dmanisi rayonuna isə vergi güzəştlərinin tətbiq edilməsi qanunvercililə təsdiq edlmişdir.

Messenatlığı

Gürcüstanda COVİD19 pandemiyası ilə əlaqədar karantin elan edilmsi və COVİD19 Virusu ilə Mübarizə Fondu yardıldıqdan dərhal sonra K.Okriaşvili həmin fonda öz şəxsi vəsaitindən 300 000 lari vəsait köşürmüşdür.[2]

Gürcüstanın və Qafqaz regionun aparıcı farmasevtik şirkətlərindən biri olan PSP Farmaseptik Şirkətinin əsas sahiblərindən biri olan Kaxa Okruaşvili dəflərlə Dmanisi və Zalqa rayonlarında aşayan yerli əhaliyə, əsasən də azərbaycanlılara sosial-humanitar yardımların göstərmişdir.

K.Okriaşvilinin tarixdə qalan ən böyük humanitar aksiyalarından biri, COVİD19 virusu pandemiyası ilə bağlı karantin rejiminin tətbiqi zamanı, ərzaq qıtlığından əziyyət çəkən Dmansi və Zalqa rayonlarında yaşayan 16 min ailəyə 27 aprel 2020-ci ildə ərzaq humanitar yardımının çatdırılması olmuşdur. Humanitar yardım göstərilən ailələrin 70 faizi azərbaycanlılar olmşdur. Humatitar yardımın məbləği 200 min ABŞ dolları təşkil etmişdir. K.Okriaşvili şəxsi vəsaiti hesabına Dmanisi və Zalqa rayonlarının əhalisinə humanitar yardım çərçivəsində hərrac yoluyla ümumilikdə 32 000 litr yağ, 48 000 kq makaron, 32 000 kq düyü, 32 000 kq qarabaşaq və 32 000 kq qənd ilə təmin etmişdir.[3]

Ailəsi

Fotoqalereya

İstinadlar

  1. Parliament of Georgia. "კახაბერ ოქრიაშვილი". Parliament of Georgia (gürcü). www.parliament.ge. 21.06.2019. İstifadə tarixi: 2010-07-11.
  2. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi. "Dmanisi və Tsalka millət vəkili Kaxa Okriaşvili Koronavirusla Mübarizə Fonduna 300 000 lari köçürəcək". Gaxa.ge (az.). www.gaxa.ge. 21.03.2020. İstifadə tarixi: 2020-03-21.
  3. Marneulifm.ge. "Dmanisi-Zalqanın majoritar deputatı Kaxa Okriaşvili 16 000 ailəyə yarım milyon lari ərzaq yardımı edib". Marneulifm.ge Radio Service (az.). www.marneulifm.ge. 28.04.2020. İstifadə tarixi: 2020-04-28.

Mənbə

Xarici keçidlər