Ariz Məhərrəmov

Vikipediya, azad ensiklopediya
Xeyal (müzakirə | töhfələr) (→‎Hərbi xidməti) tərəfindən edilmiş 12:51, 21 dekabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Ariz Məhərrəmov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qara Nuru, Saatlı, Azərbaycan SSR
Vəfat tarixi (37 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikası
Xidmət illəri 2020
Rütbəsi Gizir
Döyüşlər Vətən müharibəsi
Təltifləri

Ariz Məhərrəmov (azərb. Məhərrəmov Ariz Fərzulla oğlu;10 dekabr 1982, Krasnoselski, Saatlı rayonu20 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan giziri, Vətən müharibəsi şəhidi[1]

Həyatı

Məhərrəmov Ariz Fərzulla oğlu 10 dekabr 1982-ci ildə Saatlı rayonunun Qara Nuru kəndində ziyalı ailəsində anadan olmuşdur. Qara Nuru kənd orta məktəbini bitirmişdir.[2]

Ailəsi

İki övladı var idi.

Hərbi xidməti

Hərbi xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı bölüyündə keçirib. Əsgərliyini bitirdikdən sonra evdən gizli gedib gizirlik kursunu oxuyub. Gizirlik kursunu fərqlənməylə bitirdikdən sonra, Bakıda N saylı hərbi hissədə idman rəisi (sərbəst döyüş üzrə təlimatçı) vəzifəsində xidmət edib. Sonra könüllü döyüş bölgəsinə yollanıb. Döyüş bölgəsində hərbi hissənin kəşfiyyat bölüyündə baş çavuş kimi xidmət edib. Xidmət dövründə atıcılıq üzrə orduda bir neçə dəfə birinci yerə çıxıb. Silahlı Qüvvələrdə ilk dəfə "İstiqlal" snayper tüfəngini düşmənin canlı qüvvəsi üzərində sınaqdan keçirdib. 2014-cü ilədək düşmənin 31 canlı qüvvəsini məhv etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mükafatlandırılıb.

2015-ci il səhhətində yaranmış sağlıq problemlərinə görə ehtiyata buraxılmışdır.

Azərbaycan Ordusunun ehtiyyatda olan giziri olan Ariz Məhərrəmov 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə könüllü iştirak etmişdir. 29 sentyabr Suqovuşan kəndi uğrunda döyüşlərdə şəhid olmuşdur.

20 oktyabrın 2020-ci ildə kənd məzarlığında dəfn olunmuşdur.

Təltifləri

  • (15.12.2020) — Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda“ medalı ilə təltif edilmişdir.[3]


İstinadlar

Şablon:2-ci Qarabağ müharibəsinin şəhidləri