Ariz Fərzulla oğlu Məhərrəmov (10 dekabr 1982, Krasnoselski, Saatlı rayonu – 20 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ariz Məhərrəmov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1982(1982-12-10) |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 2020(2020-10-20) (37 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 |
Ariz Məhərrəmov 1982-ci il dekabrın 10-da Saatlı rayonunun Qara Nuru kəndində anadan olub.[1] Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Ariz Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ariz Məhərrəmov oktyabrın 20-də Madagizin azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunun Qara Nuru kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ariz Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]